Epidemiyadan sonrakı dövrə hazırlaşmalıyıq – Ərdoğan
Siyaset
Oxunub: 347
10 apr 2020 | 18:49
Epidemiyadan sonrakı dövrə hazırlaşmalıyıq – Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının “COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət” adlı videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə çıxış edib.

Report xəbər verir ki, o, deyib ki, hazırda görünməz düşmənə qarşı çətin mübarizə aparırlar.

Dövlət başçısı virusa qarşı mübarizə məqsədi ilə quruma üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans keçirərək təcrübə mübadiləsi edəcəklərini də vurğulayıb:

“Türk Şurası zirvəsi koronavirusun yayılması ilə mübarizədə həmrəyliyimizi gücləndirəcək. İnfeksiyanın təsiri ilə eyni zamanda qlobal iqtisadi böhranla üz-üzəyik. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir”.

“Koronavirusa qarşı mübarizədə əlbəttə, qalib gələcəyik. Bundan sonra yeni bir dünyanın reallığı ilə qarşılaşacağıq. Mübarizəmizə davam edərkən, epidemiyadan sonrakı dövrə hazırlaşmalıyıq. İnkişafa vahid şəkildə yanaşmalı, əməkdaşlıq sahələrini müəyyənləşdirməli və tez bir zamanda lazımi addımlar atmalıyıq”, – deyə R.T.Ərdoğan vurğulayıb.

O, 65 ölkədən Türkiyənin 25 mindən çox vətəndaşını geri gətirilməsinə nail olduqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?