Seçici çox, deputat sayı isə az – Milli Məclis üzvlərinin sayı niyə artırılmır?
Siyaset
Oxunub: 469
7 yan 2020 | 18:17
Seçici çox, deputat sayı isə az – Milli Məclis üzvlərinin sayı niyə artırılmır?


Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qeyd edək ki, artıq altıncı çağırış Milli Məclis formalaşacaq ki, deputatların sayı dəyişməz qalır.

Belə ki, 1995-ci ildən, yəni ilk müstəqil parlamentimiz formalaşandan bəri deputatların sayı 125 nəfər olub.

Ancaq əhalinin sayı artdıqca deputatların sayı artmayıb. Təxminən bir deputata 35-45 min seçici düşürsə, əhalinin sayı artdıqca seçici sayı artmır?!

Nəzərə alsaq ki, qonşu Gürcüstanda və Ermənistanda əhalinin sayı az, deputatların sayı çoxdur, niyə bizdə bu vaxta kimi deputatların sayında heç bir dəyişiklik edilməyib?!

Hazırkı şəraitdə buna ehtiyac varmı?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı saytımıza açıqlamasında bildirib ki, parlamentdə deputatların sayının artmasına ehtiyac var:

“Gələcəkdə parlamentdə bu cür islahatlara ehtiyac var. Ya bütün millət vəkilləri üçün eyni miqdarda səs tələb olunmalı, ya dairələr çoxalmalı, ya da islahatlar yolu ilə deputatların sayı artırılmalıdır. Bu, mümkündür. Qanun da buna imkan verir”.

Onun sözlərinə görə, deputat sayının artması parlamenti daha işlək edə bilər:

“Seçki Məcəlləsinə dəyişikliklər edilməklə, Milli Məclisə çıxarılmaqla yeni qanun layihəsi hazırlayıb qəbul etmək olar. Deputatların sayının çox olması Milli Məclisin özünə də xeyirdir ki, daha işlək parlament yaratmaq olar”.

Məhərrəm Zülfüqarlı qeyd edib ki, bununla bağlı bir neçə dəfə təkliflər də verilib:

“Biz bir neçə dəfə deputatların sayının artması təklifini vermişik. Elə dairələr var ki, bir yox, iki deputat olması mümkündür. Elə deputat var ki, deputat olmaq üçün 2 dəfə artıq səs toplamalıdır. Digəri isə ondan az səs toplayıb. Məsələn, Abşeron rayonunda seçicilərin sayı çoxdur. Orada deputatların sayını artırmaq mümkündür”. (modern.az)
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?