"Siyasətdə gözlənilməz heç nə yoxdur"
Siyaset
Oxunub: 1 302
11 in 2015 | 20:00
Rauf Qurbanov: Türkiyədəki siyasi prosesləri təbii qəbul etmək lazımdır

Xəbər verdiyimiz kimi, Türkiyədə iyunun 7-də baş tutan parlament seçkilərinin ilkin nəticələri müəyyənləşib. Göstəricilərə əsasən yeni məclisdə hazırda hakimiyyətdə olan AKP 258, CHP 132, MHP 80, HDP isə 78 deputat mandatı qazanıb. Beləliklə, hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Ölkədə koalision hökumət qurmaq zərurəti ortaya çıxıb.

Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Ə.Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcək. Lakin MHP və HDP AKP ilə koalisiyaya getməyəcəklərini açıq şəkildə bəyan ediblər. CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirib. Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir. Siyasilər isə qardaş ölkədəki siyasi proseslərə dair çox ziddiyyətli proqnozlar verirlər. Bəziləri koalision hökumətin qurulacağını söyləsə də, əksəriyyət növbəti seçkilərin gerçəkləşəcəyini iddia edir. Bu fərqli yanaşmalara aydınlıq gətirmək məqsədilə Azərbaycanda sol partiya kimi tanınan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun münasibətini öyrəndik. Təşkilat sədri "Şərqə müsahibəsində qeyd etdi ki, bu nəticə gözlənilən idi: "Düzdü, AKP populyar təşkilatdır. Lakin bu o demək deyil ki, birpartiyalı sistem olaraq onlar daim hakimiyyətdə olmalıdırlar. Ona görə də qardaş ölkədə baş verən siyasi prosesləri təbii qəbul etmək lazımdır. Siyasətdə gözlənilməz heç nə yoxdur. Hansısa təhlükə gözləmək və narahatlıq keçirməyə ehtiyac yoxdur. Məsələn, MHP dövlət maraqlarından çıxış edən təşkilatdır. O necə xarici qüvvələrə xidmət göstərə bilər? Hesab edirəm ki, Türkiyənin ictimai-siyasi həyatı üçün heç bir təhlükə gözlənilmir.

- Kürdlərin partiyası olan HDP-nin baryeri aşaraq 13,10 faiz səs qazanması rəsmi Ankara üçün təhlükə kimi dəyərləndirilir. Bu, doğru yanaşmadırmı?

- Türkiyə demokratik bir dövlətdir. Orada yaşayan kürdlərin də maraqları Türkiyənin inkişaf etdirilməsinə yönəlib. Separatçı və ya məkirli düşüncələri yoxdursa, kürdlər hansı təhlükəni
yarada bilər? Heç bir dövlət vahid millətdən ibarət deyil. Baxın, Azərbaycanda da müxtəlif xalqlar məskunlaşıb. Bu o anlama gəlməli deyil ki, hansısa millətdən olan nümayəndə parlamentdə mandat qazanarsa, ölkəmizin bütövlüyünə xələl gətirən addım atar. Azərbaycanın sərhədləri çərçivəsində hər kəs müstəqildir. Ancaq ümummilli dəyərlərə xələl gətirilməməlidir. Bu baxımdan zənn edirəm ki, kürdlər də Türkiyənin mənafeyinin müdafiəsi uğrunda mübarizə aparacaqlar. Orada hər hansı bir xoşagəlməz hadisələrin yaşanmasına yol verməyəcəklər. Əlbəttə, hər bir dövlətdə olduğu kimi qardaş ölkənin də tərəqqisini gözü götürməyən qüvvələr mövcuddur. Onlar Türkiyə daxilində vəziyyətin gərginləşməsini istəyirlər və buna cəhd də göstərirlər. Ancaq harada sağlam qüvvələr öz birliyini təmin edirsə, kənar qüvvələrin təsiri hiss olunmur. Bir sözlə, AKP-nin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Məncə, Türkiyə daxilində heç bir xoşagəlməz hadisələr baş verməyəcək. Qardaş ölkə cəmiyyəti daxili qarşıdurmaya getməyəcək.

- Ötən seçkilərlə müqayisədə hakim AKP 9 faiz səs itirib. Bu nə ilə əlaqədardır?

- Bunun müxtəlif səbəbləri ola bilər. Son zamanlar Türkiyə ilə Qərb dövlətləri arasında soyuq münasibət hökm sürür. Bu, danılmaz faktdır. Türkiyə-Rusiya münasibətlərində isə istiləşmə var. Bu münasibətə qarşı olan qüvvələr öz səslərini müxalif təşkilata veriblər. Bu səbəbdən səslər parçalanıb. Səbəbi bunda görürəm. Yəni AKP-nin müəyyən qədər səs itirməsi, onun son zamanlar apardığı siyasəti ilə bağlıdır.

- Hakim partiyanın səs itirməsi koalision hökumət məsələsini gündəmə gətirib. Seçkidə uğur qazanmış digər təşkilatlar isə AKP ilə koalisiyaya getməyəcəklərini bəyan ediblər. Belə olacağı halda hakim partiya hansı yolu tutacaq?

- Bu proses konstitusiyada aydınca yazılıb. Koalisiyaya getməsələr, təkrar seçkilər keçirilməlidir. Zənnimcə, belə bir dövrdə seçkilərin yenidən reallaşması Türkiyə iqtisadiyyatına ciddi zərbə vura bilər. Milli mənafedən çıxış edən siyasi təşkilatlar bu cür şəraiti yaratmalı deyil. Müxalifətdə olan partiyalar doğrudan da Türkiyə xalqının maraqlarına xidmət göstərirsə, koalisiyaya gedəcəklər. Yox əgər Türkiyənin imicinə zərbə vurmaq istəyirlərsə, koalisiyaya getməyəcəklər. Bir daha bəyan edirəm ki, müxalif təşkilatlar koalisiyaya getməsə, Türkiyə seçkiləri yenidən təşkil etmək məcburiyyətində qalacaq.

- Seçkilərin nəticəsinə müvafiq olaraq qardaş ölkə parlamentində Azərbaycan əsilli namizədlərdən 1-i erməni kökənlilərdən isə 3-ü mandat qazandı. Maraqlıdır, MHP-ni çıxmaq şərtilə Türkiyənin digər siyasi təşkilatlarının bu erməni sevdası nədən və haradan qaynaqlanır?

- Siyasətlə məşğul olan adamlar milli mənsubiyyətə o qədər də diqqət yetirmirlər. Onlar Türkiyə vətəndaşlarıdır. Seçicilərin dəstəyini alıblar. Gəlin, onları erməni, gürcü deyə ayırmayaq. Həmin deputatlar öhdəlik götürüblər ki, xalqın rifahı naminə addım atacaqlar. Xırda millətçiliyə qapılıb, bu işləri araşdırmağa ehtiyac yoxdur. Bu bizim siyasi proseslərə primitiv və bəsit yanaşmamızı ortaya qoya bilər.

- 3 erməni əsilli deputatın Türkiyə məclisində oturub, Ermənistanın maraqlarına xidmət edən bəyanatlar verməyəcəyinə kim zəmanət verə bilər?

- Təbii ki, buna zəmanət vermək çətin məsələdir. Etiraf edim ki, ermənilərin bu xisləti onların qanına hopub. Ancaq bir məqam var ki, Türkiyə böyük millət məclisində 550 deputat təmsil olunur. Bununla yanaşı, inanmıram ki, 3 nəfər erməninin parlamentdə olması Türkiyənin ümumi siyasətinə mənfi təsir göstərsin. Bu, mümkünsüzdür.

http://www.sherg.az
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib