Azərbaycan-İsrail əlaqələrini Ermənistandan necə qorumalı - TƏHLİL
Siyaset
Oxunub: 581
16 mar 2019 | 22:44
Azərbaycan-İsrail əlaqələrini Ermənistandan necə qorumalı - TƏHLİL















Bəli, ən müxtəlif informasiya vasitələrinin xəbərlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik qrafikində növbəti səfər üçün İsrail nəzərdə tutulub – Paşinyan indi də Yaxın Şərqin bu əsas ölkələrindən birini “yüksək diqqətilə” xoşbəxt etmək niyyətindədir.

Artıq nisbətən aşağı ranqlı diplomatların ilkin, hazırlıq səfərləri həyata keçirilib: belə deyilir ki, ötən həftələrdə Ermənistanın xarici işlər nazirinin müavininin başçılıq etdiyi bir qrup yüksək rütbəli məmur və biznes adamları İsrailə baş çəkiblər.
Prinsipcə, burada qeyri-adi və yaxud sürpriz sayılacaq bir şey yoxdur. Bir neçə səbəb var ki, onlar erməni siyasətçilərini və diplomatlarını indi də nəzərlərini “Vəd olunmuş torpaqlar”a yönəltməyə vadar edir.

Birincisi, erməni baş naziri N.Paşinyan artıq çoxdan bütün mümkün və qeyri-mümkün üsullarla Ağ Evin qapılarını döyür və ABŞ prezidentinin diqqətini özümə çəkməyə çalışır.

Bu mənada əlbəttə ki, İsraildə səfirlik açılması və bu ölkəyə Paşinyanın rəsmi səfəri önəmli və effektiv jest ola bilər.
Amma indi İsraildə səfirlik açmaq elə də asan məsələ deyil. Söhbət heç bunun maddi tərəfindən də getmir, hərçənd, Ermənistan üçün heç bu da kiçik məsələ deyil. Sadəcə, dərhal sual yaranır: səfirliyi harada açmalı – Təl-Əvivdə, yoxsa Yerusəlimdə?..

Əgər Ermənistanın niyyəti ciddidirsə, o halda ona İsrailin paytaxtı ilə bağlı yenidən müəyyənləşmək lazım gələcək: yada salaq ki, bir il öncə İrəvan da D.Trampın ABŞ səfirliyinin Yerusəlimə köçürülməsilə bağlı məşhur qərarına dəstək verməmişdi. İndi bu ölkə prinsipcə, səfirliyini Təl-Əvivdə aça bilər, amma bütün hallarda ermənilərə İsrailin paytaxtı ilə bağlı təkrar müəyyənləşmək lazım gələcək.

İkincisi, Ermənistan üçün heç də az maraq kəsb etməyən daha bir məsələ isə əlbəttə ki, Azərbaycan-İsrail əlaqələridir.
Məlumdur ki, İsrail Azərbaycanın ən mühüm hərbi-texniki partnyorlarından biridir və bu ölkə ilə Bakının həyata keçirdiyi kontraktlar milyardlarla dollar təşkil edir. İsrail siyasətçiləri və diplomatları dəfələrlə bəyan ediblər ki, Cənubi Qafqaz ölkələri arasında onlar üçün ilk növbədə Azərbaycanla əlaqələr prioritet təşkil edir.

Amma erməniləri bu münasibətlərin təkcə hərbi-texniki tərəfləri narahat etmir.

Hamıya yaxşı məlumdur ki, yəhudilər Dünyada çox geniş diaspor şəbəkəsinə malik xalqdır və onların təkcə ABŞ-da deyil, eləcə də digər ölkələrdə çox güclü lobbiləri var. Bu isə Bakı üçün daha bir potensial dəstəkdir: xüsusən ABŞ-ın qanunvericilik və icra strukturlarında.

Bəli, o da məlumdur ki, Azərbaycanla İsrailin əlaqələri yetərincə möhkəm və qarşılıqlı faydalı maraqlar üzərində qurulub və heç bir İrəvan, nə də onun xaricdəki diasporları bu münasibətlərin əsaslarını sarsıda bilməz.

Amma D.Trampın diqqətini hansısa formada cəlb etmək üçün N.Paşinyan necə deyərlər, va-bank da gedə bilər: Yerusəlimdə erməni səfirliyi açar və bununla da Trampın məşhur qərarına dəstək verər...

Amma o da var ki, buna Moskvanın, xüsusən də Tehranın reaksiyası nə olar? Moskva da vaxtında Trampın qərarına dəstək verməmişdi, amma daha real soyuqluq ilk növbədə Tehran – İrəvan münasibətlərində yarana bilər, çünki İran özünü Fələstinin regiondakı əsas geosiyasi hamisi hesab edir.

İran-Ermənistan əlaqələrinə gəldikdə, onlar ermənilər üçün çox mühümdür və onlarsız Ermənistan dərhal çökər və heç bir İsrail ona kömək edə bilməz.

Amma ki, burada məsələ “iki ucu olan çubuğu” xatırladır. Başqa bir məqam da çox maraq kəsb edir: Yerusəlim də İran-Ermənistan əlaqələrindən razı deyil və bizə elə gəlir ki, Paşinyan üçün belə bir detal da mühümdür ki, onun ölkəsinin Tehranla münasibətləri balanslaşdırılmalıdır, bunu isə İsraillə münasibətləri artırmaqla etmək olar: əgər İran Ermənistan üçün ticari-iqtisadi nəfəslikdirsə, İsrail böyük siyasi əlaqələr, potensial dəstək, həm də ABŞ - ın hüsn-rəğbətini əldə etmək deməkdi, çünki İsraili bəzən ABŞ-ın əlli birinci ştatı adlandırırlar.

Amma bir əldə eyni zamanda iki top tutmaq! Bunun üçün jonqlyor bacarığı lazımdır və ermənilər oyunbazlıqda çox səriştəli olsalar da çətin ki, İrəvan bu məsələ ilə bacarsın.

Bəs biz özümüz üçün hansı nəticələri çıxarmalıyıq? Əlbəttə, Yerusəlimdə səfirlik açmaqla Ermənistan İsraillə, eləcə də ABŞ-la öz münasibətlərini sıxlaşdıra bilər. Amma bu, yalnız “prinsipcə” mümkün hesab edilir, çünki bir az əvvəldə qeyd etdiyimiz kimi, Rusiya və İran amili var və onlar İrəvanı çəkindirmək iqtidarındadır ki, İsrailə münasibətlərdə çox da geniş jestlər etməsin.

Azərbaycanın İsraillə münasibətlərinin perspektivinə gəldikdə isə, əlbəttə ki, diplomatik nümayəndəlik, xüsusən də səfirlik istənilən iki ölkənin əlaqələrində ən mühüm və ən yüksək pillələrdən hesab edilir.

Vaxtilə İsraildə Azərbaycan səfirliyinin açılması haqda çox söhbətlər gəzirdi və yadımıza gəlir ki, Vilayət Quliyevin nazir olduğu vaxtlarda məsələnin hətta tez zamanda həll olunacağı da deyilirdi.

Amma proses çox uzun çəkdi və bugünədək həll olunmamış qalır. İndi isə onun başqa bir “tərəfi” meydana çıxıbdı: axı səfirliyi harada açmaq – bunu Təl-Əvivdə, yoxsa Yerusəlimdə etmək özü də bir problem olub...

Fəqət, düşünürük, pessimist proqnozlar üçün də əsas yoxdur. Bir daha qeyd edirik ki, İsraillə münasibətlər möhkəm iqtisadi fundamentə söykənir. Üstəlik, İsrail elə bir ölkədir ki, orada Azərbaycanı çox yaxşı tanıyır və sevirlər.

Bu isə əhəmiyyətsiz fakt deyil, hətta iqtisadi amillərdən irəli və güclü məqamdır, çünki səmimi münasibətlər olarsa iqtisadiyyat üçün də təmas nöqtələri tapmaq da mümkünləşər...
Hüseynbala Səlimov \\musavat.com\\
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq