Ərdoğan və Netanyahu yenidən üz-üzə
Siyaset
Oxunub: 558
15 mar 2019 | 13:00
Ərdoğan və Netanyahu yenidən üz-üzə
















Şahin Cəfərli: “Siyasi gərginlik, ölkə rəhbərlərinin sərt bəyanatları və ittihamları daxili ictimaiyyətə yönəlib”

İsrailin baş naziri Benyamin Netanyahu ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti söz “atışması” başlayıb. Budəfəki söz duelini körükləyən Netanyahu olub. İsrail baş naziri sosial media hesabında yazdığı statusunda Ərdoğanı “Türkiyənin diktatoru” adlandırıb.

Sitat: “Türk jurnalistlər və müstəntiqlər həbsxanaları doldurduğu halda Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına dil uzadır. Bu necə bir komediyadır! İsraildə kimsə ikinci sinif vətəndaş deyildir. İsraildə təxminən 2 milyon israilli ərəb də daxil olmaqla, bütün israillilər bərabər haqlara sahibdir. Ancaq İsrail eyni zamanda yeganə və tək yəhudi dövlətidir”.

Gözlənildiyi kimi, Türkiyədən Netanyahuya sərt cavab verilib. Xarici işlər naziri Mövlud Çavuşoğlu, prezidentin sözçüsü İbrahim Kalın Netanyahuya sərt cavab veriblər. Kalın bildirib ki, Netanyahunun rəhbərlik etdiyi dövlət Fələstin torpaqlarını işğal edir, qadın və uşaqları qətlə yetirir.

Prezident Ərdoğan özü də Netanyahuya cavab verib. Türkiyə prezidenti İsrailin baş nazirini “zalım” adlandırıb. Sitat: “Netanyahu Tayyib Ərdoğanın ölkəsində jurnalistlərin həbsxanaya salınmasından narahat olubmuş. Netanyahu, sən zalımsan, zalım… Hazırda İsraildə parlament seçkiləri kampaniyası aparıldığı üçün həbsxanalarda minlərlə uşaq, qadın və yaşlı adam saxlayan sən deyilsən? Onlara zülm edən sən deyilsən? Əgər dünyada bir zalım axtarılacaqsa, o da sənsən”.

Qeyd edək ki, hazırda hər iki ölkə seçkilər ərəfəsindədir. Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri, aprelin 9-da isə İsraildə parlament seçkiləridir. Aydın məsələdir ki, seçki kampaniyaları dövründə bir qayda olaraq liderlərin bu cür “problemli qonşuları” hədəfə alması nadir rast gəlinən hadisə deyil. Digər tərəfdən, hər iki lider arasında söz dueli birinci hadisə deyil, buna qədər bir neçə dəfə bu cür “söz atışması” olub.

Lakin məsələ ondadır ki, hər iki ölkə Azərbaycanla müttəfiq münasibətləri olan dövlətdir. Bu iki ölkə arasında münasibətlərin pisləşməsi, düşmənçiliyin yaranması Azərbaycan üçün çətin situasiya yarada bilərmi?

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, İsrail-Türkiyə münasibətlərindən danışarkən təkcə siyasi səviyyədə mövcud olan gərginlik əsasında fikir yürütmək doğru olmaz. Ekspertin fikrincə, siyasi liderlərin söz duelləri heç də dövlətlər arasındakı münasibətlərə kəskin təsir etmir: “Bəli, iki ölkə arasında siyasi səviyyədə gərginlik var. Son 10 ildə biz zaman-zaman bu gərginliyin dərəcəsinin yüksəlməsini, zaman-zaman isə aşağı enməsini müşahidə etmişik. Amma medalın başqa üzünə də nəzər salmaq zəruridir, əks halda, gerçək mənzərəni görə bilmərik. Məsələ burasındadır ki, ötən müddət ərzində iqtisadi əlaqələr, qarşılıqlı ticarət öz axarında davam edib. Ümumiyyətlə, Ədalət və İnkişaf Partiyası iqtidara gəldikdən bəri bu sahədə pozitiv dinamika müşahidə olunur və qarşılıqlı ticarət həcmi 2,5 dəfə artıb. Yaxın keçmişə nəzər salanda 2009-cu ilin yanvarında Davosdakı məşhur ”One minute” qalmaqalını və 2010-cu ilin mayında baş vermiş qanlı “Mavi Marmara” hadisəsini mütləq xatırlatmaq lazımdır. Bu iki olay Türkiyə-İsrail münasibətlərində siyasi böhranın zirvəyə çatdığı dönəmlər idi. Lakin həmin hadisələr, hətta “Mavi Marmara” gəmisində 10 Türkiyə vətəndaşının öldürülməsi belə iqtisadi əlaqələrin dinamikasına neqativ təsir göstərə bilmədi.

Ərdoğan və Netanyahu yenidən üz-üzə









Gəlin, rəqəmlərin dili ilə danışaq. 2009-cu ildə iki ölkə arasında ticarət həcmi 2 milyard 603 milyard dollar təşkil etmişdi və 2008-ci il dünya maliyyə böhranının təsiri ilə azalma tendensiyası qeydə alınmışdı. Lakin 2010-cu ildə bu rəqəm 3 milyard 440 milyard dollara, 2011-ci ildə isə 4 milyard 448 milyard dollara yüksəldi. Yəni nə “One minute”, nə də “Mavi Marmara” faciəsi nəinki ticarəti əngəllədi, əksinə, ciddi artımlar qeydə alındı. 2014-cü ildə 5 milyard 882 milyon dollarlıq ticarət həcmi ilə bu sahədə tarixi rekorda nail olundu. Sonrakı illərdə Türkiyə iqtisadiyyatında durğunluğun təsiri ilə müəyyən azalmalar baş versə də, 2017-ci ildə 4 milyard 914 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb ki, bu da yaxşı rəqəmdir (2018-ci ilin rəqəmləri hələ rəsmən açıqlanmayıb.) 2017-ci ildə İsraildən Türkiyəyə gələn turistlərin sayı 380 min nəfərdən çox olub. Türkiyə İsrail vətəndaşları üçün vizasız gediş-gəliş tətbiq edib. Göründüyü kimi, hər iki dövlət çalışır ki, iqtisadi və insanlararası əlaqələr siyasətin təsirindən asılı olmasın. Yəni siyasət ayrı, ticarət ayrı. Onu da qeyd etmək lazımdır ki, qarşılıqlı ticarətdə Türkiyənin xeyrinə müsbət saldo var, yəni Türkiyə İsrailə daha çox mal satır”.

Şahin Cəfərlinin fikrincə, hazırda davam edən və daha əvvəl də qeydə alınan qarşılıqlı ittihamlar bir qayda olaraq daxil auditoriyaya hesablanıb. Ancaq o, bu vəziyyətin Azərbaycanın İsraillə münasibətlərinə təsir edəcəyini düşünmür:“Siyasi gərginlik, ölkə rəhbərlərinin sərt bəyanatları və ittihamları, açıq deyək ki, daxili ictimaiyyətə yönəlib. Xüsusən son illər Türkiyədə hər seçki kampaniyası öncəsi biz İsrail-Fələstin mövzusunun aktuallaşdığını görürük. İndi yenə hər iki ölkə seçki ərəfəsindədir: Türkiyədə martın 31-də bələdiyyə, İsraildə isə aprelin 9-da parlament seçkiləri keçiriləcək. Görünür, hər iki ölkə rəhbərliyi siyasi hərarəti yenidən yüksəltməyə ehtiyac duyub. Yaxın keçmişdə Türkiyə-İsrail münasibətlərinin gedişatından asılı olmayaraq, Azərbaycan-İsrail münasibətləri öz axarında davam edib. Bu, tam normal haldır. Əvvəla, Türkiyə və İsrail rəhbərlikləri arasında baş verən söz duelləri bu iki ölkənin ticarətinə mənfi təsir etmirsə, Azərbaycan-İsrail münasibətlərinə niyə təsir etməlidir? İkincisi də, Türkiyə ilə Azərbaycan bir-birinə nə qədər yaxın olursa-olsun, hər halda, iki ayrı dövlətdir. Biz ayrı dövlətiksə, deməli, fərqli maraqlarımız da ola bilər və var. Türkiyənin son illər problem yaşamadığı çox az ölkə olub. Əgər Azərbaycan öz siyasətini Türkiyənin siyasəti ilə əlaqələndirmiş olsaydı, biz də həmin ölkələrlə soyuqluq yaşayacaqdıq. Ona görə də ən doğru yol ölkəmizin özünün müstəqil xarici siyasət kursunun olmasıdır. Zatən rəsmi Bakı da hər zaman bu mövqedə olub”.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq