Xalqlar sülhə necə hazırlanır - Azərbaycan və erməni müxalifətinin oxşar ittihamı
Siyaset
Oxunub: 702
6 mar 2019 | 23:39
Xalqlar sülhə necə hazırlanır - Azərbaycan və erməni müxalifətinin oxşar ittihamı














ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən son bəyanatda xalqların sülhə hazırlanmasından söz açılması Azərbaycan və Ermənistanda gündəmin əsas mövzusuna çevrilib. Hər iki xalqın necə sülhə hazırlanacağı, bu planın tərkib hissəsinin nədən ibarət olduğu geniş suallar doğurub.

Təsadüfi deyil ki, hər iki ölkənin müxalifəti bundan hakimiyyətə qarşı istifadə edirlər. Azərbaycan müxalifəti bununla iqtidarın Qarabağı güzəştə gedə biləcəyini deyir. Eyni ilə düşmən ölkədə hazırda müxalifətin həbsdəki sədri, sabiq prezident Robert Köçəryan rəqibi, baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycana qaytarmaq istədiyini, lakin buna imkan verməyəcəyini deyir.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a öncəliklə dünya praktikasında xalqları necə sülhə hazırlamaqla bağlı təcrübələrdən söz açdı: “Xalqları sülhə hazırlamaq dedikdə ağlımıza ilk gələn fikir odur ki, xalqların beynindəki düşmən obrazı silinməyə çalışılsın, ədavət aradan qaldırılsın, yenidən əvvəlki dövrlərdə olduğu kimi dinc yanaşı yaşamanın mümkünlüyü təlqin olunsun və s. Çünki 30 il davam edən münaqişə azərbaycanlılar və ermənilər arasında dərin ziddiyyətlər yaradıb, nifaq, ədavət yaradıb və onun aradan qaldırılması belə asanlıqla mümkün olmayacaq. Rusiya imperiyasının himayəsi ilə ermənilərin Qafqaza kütləvi köçürülməsi burada 1905, 1918-ci illərdə müsəlman qırğınına səbəb olmuşdu. Lakin ruslar iki xalq arasındakı düşmən obrazını unutdurdular. Sovet zamanı Azərbaycan-Ermənistan qardaşlığı təlqin olundu. Sual olunur ki, bəs bundan sonra necə olacaq?! Sovet vaxtı burada tək söz sahibi, ideologiyanı müəyyən edən ruslar idisə, indi prosesə çox oyunçular qoşulub. ABŞ, Avropa, İran və s. Oradakı erməni diasporası da qızışdırıcı rol oynayır. Belə mürəkkəb bir şəraitdə sülh baş tuta bilərmi, tutsa da bunun, nə qədər müddət davam edəcəyi sual altındadır. Fikrimcə, Azərbaycan xalqı bunu belə tezliklə qəbul etməz. Əvvəla, müharibənin nəticələri aradan qalxmamış sülhdən danışmaq mənasızdır. İnsanlar müharibənin ağrı-acısını hələ öz üzərlərində, gündəlik həyatlarında hiss edirsə, hansı sülhdən danışmaq olar? Səmərəli sülhdən o vaxt danışmaq olar ki, müharibə tam başa çatsın, təcavüzkar tərəf layiqli cəzasını alsın, hərbi canilər tribunalda mühakimə olunsun, əsir və girovlar bir nəfərə kimi azad edilsin, Ermənistan Azərbaycana dəymiş mənəvi zərərə görə üzr istəsin, maddi ziyana görə təzminat ödəsin və s. İşğalın bütün nəticələri aradan qaldırılsın. O zaman sülhə hazırlıqdan danışmaq olar. İndiki şəraitdə isə bu, mənasızdır.

Ermənistan səhvini etiraf etməli, bir daha Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcəyinə dair öhdəlik götürməlidir. Bütün müharibələr o zaman başa çatıb və sülh o zaman dayanıqlı olub ki, işğalçı layiqli cəzasını alsın. Sülhə hazırlama ATƏT-in Minsk Qrupundan gəlir. Onlar hamısı böyük müharibələr keçmiş ölkələrdir. Sual olunur, almanlar SSRİ ərazisini işğaldan azad etməmiş, SSRİ ilə Almaniya anlaşdımı ki, rus və alman xalqını sülhə hazırlayaq? Fransa işğal altında olan zaman fransızlarla almanlar xalqları sülhə hazırlayırdımı? Doğrudur, digər həmsədr ABŞ ərazisi coğrafi baxımdan əlçatan olmadığı üçün işğal oluna bilməmişdi, amma ABŞ da müharibədə iştirak edirdi. Nəticə nə oldu? Almaniya özü dörd işğal zonasına bölündü, daha sonra iki yerə parçalandı, bir daha müharibə etməmək öhdəliyi götürdü və s.

İşğalçı cəzalanmasa, heç vaxt heç bir beynəlxalq təşkilat təcavüzə məruz qalan xalqın yaddaşından işğalçını silib, onun simasında dost obrazı yarada bilməz. Xatırlayırıq ki, Azərbaycan-Ermənistan düşmənçiliyini aradan qaldırmaq üçün bir neçə dəfə kommunikasiyaların bərpası, ticarət əlaqələrinin qurulması yolu ilə azərbaycanlılarla ermənilər arasında yaxınlaşma təklifləri səslənib, bunun üçün beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən işlər görülüb. Həm də təkcə Ermənistan və Azərbaycan arasında yox, Türkiyə və Ermənistan arasında da Qarsda ortaq mətbəx nümunələri və s. Yaxud ”Sarı gəlin" mahnısının bölgə xalqlarının ortaq nəğməsi olması kimi cəfəng ideya təbliğ olunurdu. Etiraf edək ki, dörd bir tərəfimizdə milyonlarla azərbaycanlı olmasına baxmayaraq, biz lazımi dəstəyi görmürük. Nəinki görmürük, hətta sirr deyil ki, İranda yaşayan azərbaycanlılardan Qarabağda və Ermənistanda ticarətlə məşğul olanlar az deyil, Gürcüstan azərbaycanlıları uzun illər Sadaxlı bazarında ermənilərlə alver edirdi. Hətta Tomas de Val kitabında bunu xalqların sülhə yaxınlaşmasına ümid kimi göstərmişdi. Yaxud Xankəndində ermənilərin Azərbaycan musiqiləri dinləməsini.

Ərazisinin beşdə bir hissəsi işğalda olan, on minlərlə şəhid vermiş, qaçqın düşmüş xalq erməniləri özünə dost bilə bilərmi?!

Üstəlik, erməni xalqı, ümumiyyətlə, sülh barədə düşünmür. Sülh ikitərəfli, qarşılıqlı olmalıdır. Lap tutalım ki, biz sülh əlimizi uzatdıq, ermənilərin o əli tutacağına inanmaq sadəlövhlük olardı. Onlar fikirləşir ki, müharibə ilə alınan torpaq sülhlə qaytarıla bilməz. Bunu onların sosial şəbəkələrdə, mətbuatda olan yanaşmasından müşahidə edirik. Eyni zamanda rəy sorğuları, jurnalist araşdırmaları, sosioloji sorğular əksər ermənilərin sülh istəmədiyini qeyd edir. Hətta ABŞ-ın İrəvandakı keçmis səfirinin də təəccübü xatirimizdədir.

Xüsusi vurğulamaq istərdim ki, ədalətli sülh şərtləri olmasa, o müharibə bitmiş sayılmaz və yenidən alovlanması ehtimalı yüz faizdir. Heç sülh müqaviləsinin şərtləri belə açıqlanmadan, xalqları sülhə hazırlamadan söhbət gedirsə, sual ortaya çıxır: hansı sülhə?! Birdən-birə bir azərbaycanlı gecə yatıb, səhər yuxudan oyanıb deyə bilərmi ki, mən artıq sülhpərvərəm, müharibə istəmirəm, erməni bizim dostumuzdur?! Sülh, barış arzusu xalqın beynində təkamül yolu ilə formalaşmalıdır. İnsan gördüyünə inanır. İngilislərin bir atalar sözü var: görmək, inanmaqdır. Azərbaycanlılar görsə ki, ermənilər öz əməllərindən peşman olub, bəlkə o zaman sülh barədə düşünə bilərlər. Hətta bu halda belə bu, birdən-birə mümkün deyil, illər lazımdır. Sülhə hazırlanmalı olan bir xalq var, o da ermənilərdir. Torpaq iddiasını onlar irəli sürüb, müharibəyə başlayıblarsa, onlar da geri çəkilməli, sülh çağırışlarına məhəl qoymalıdırlar. Azərbaycan dövləti hər zaman sülh istəyib, burada müharibə ritorikası ilə çıxış edən Ermənistandır, öz xalqını da sülhə o hazırlamalıdır. Ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür".

Politoloq müxalifətin hökumətə yönəlik ittihamlarına da toxundu: “Doğrusu, hakimiyyətin Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsinə razılıq verməsi inandırıcı deyil. İlham Əliyev bunu etsəydi, niyə bu qədər uzun illərdə danışıqlar aparır, beynəlxalq təzyiqlərə müqavimət göstərirdi? İstənilən hakimiyyət bunu etsə, xalqın etimadını itirə bilər. Qarabağ Azərbaycan xalqı üçün ölüm-qalım məsələsidir. Ona görə də hakimiyyətin bu məsələdə güzəştə gedəcəyinə inanmıram. Ehtimal ki, güzəşt Ermənistandan tələb olunur, lakin təkcə erməniləri sülhə hazırlamaq çağırışı səslənsə, bu, böyük səs-can ən böyük güzəşti edib Qarabağa ən yüksək muxtariyyət təklif edir, ondan böyük güzəşt təslimçilik, Qarabağın Ermənistana verilməsidir ki, nə Azərbaycan xalqı, nə ölkə hakimiyyəti heç vaxt bununla razılaşmaz. Müxalifət bu məsələyə münasibətini ehtimallar əsasında irəli sürür, çünki danışıqlar açıq getmir və ortada konkret fakt yoxdur. Ehtimal əsasında hakimiyyəti ittiham etmək, məncə, doğru deyil, əgər deyilsəydi Qarabağı güzəştə gedirik, o zaman bu narahatlıq başadüşülən olardı. Lakin indi fərziyyələr əsasında mülahizə yürütmək əsassızdır”.
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO