Ermənistanın “lragir.am” saytı: “Ermənistan bütün şanslarını itirmiş bir dövlətdir”
Siyaset
Oxunub: 2 379
21 apr 2015 | 14:08
80-ci illərdən başlayaraq, guya Ermənistan daha effektli siyasi mərhələyə keçid almışdı. Elə təsürat formalaşırdı ki, sanki sadəcə Ermənistanın imza atdığı siyasi hadisələri seyr etmək və ara-sıra həmin hadisələrlə müəyyən əməliyyatlar aparmaq yetərli olacaqdı.
Ermənistanın “lragir.am” saytı: “Ermənistan bütün şanslarını itirmiş bir dövlətdir”
Lakin Ermənistan olduqca əhəmiyyətsiz danışıqlar aparırdı və olduqca az maliyyə ehtiyyatına malik idi. Ermənistan tarixboyu səs küyə səbəb olacaq o qədər kütləvi aktlara imza atdı. Lakin geridə həmin səs küyün Ermənistanı əməlli başlı dezirtir vəziyyətinə sürükləməsindən başqa heç nəyə nail ola bilmədi.
Lakin Ermənistan bütün törətdiyi əməllərdən sonra sentyabrın 3-də bütün gələcəyinə nöqtə qoydu və dezirtir halında olan Ermənistana düşən Qərbin işığını belə qapatdı.
Hələ 2013-cü ildə bir çox analitiklər Ermənistanın acizanə şəkildə Avropa Birliyinə arxa çevirəcəyinin anonsunu verirdilər. Bir çox arqumentlər, bir çox səbəblər və faktlar irəli sürürdülər. Lakin Ermənistan prezidenti özünü çoxbilmiş göstərib dezirtir kimi yaşamağı tərciyə etdi və 4.5 milyard avrodan imtina etdi. Sizcə Ermənistan prezidentini nə qorxutdu? Bu günə qədər bu qorxaqlığı Ermənistanın hakim strukturu ört-bastır etməyə çalışırdı. Amma bu gün bunu gizlətmək qeyri mükündür.
Bu gün isə Qərbin bir sıra dövlətləri Ermənistanı zamanında nümayiş etdirdiyi qorxaqlığından dolayı iqnor etməyə davam edir. Bu gün Ermənistan Rusiyanın əsarəti altında olan bir mütəmləkə kimi fəaliyyət göstərməklə yanaşı həm Avropa Birliyinə, həm də NATO-ya üzvlüklə bağlı xəyal belə qura bilməkdən məhrumdur. Ermənistan əsl qorxaqdır. Təsəvvür edin bu gün Ermənistanda hətta hərbi struktur belə mövcud vəziyyətlə barışıb və dezirtir həyatı sürdürməyə davam edir. İndiyə kimi Ermənistan hazırda olduğu kimi, acınacaqlı halda olmamışdı... Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hər gün qorxaq və asılı Ermənistan üçün səfalətin yeni qapılarını açır.

Bu gün Ukraynadakı hadisələr Ermənistanı NATO-nun bir nömrəli düşməninə çevirib. Burada heç bir damcı belə şişirtmə yoxdur. Bu yazılanlar nöqtəsinə qədər Ermənistanın mövcud vəziyyətinin real təsviridir. Ermənistanda bu gün vəziyyət həddindən artıq ciddidir. Bu gün Ermənistan hər bir layihədən təcrid olunub, dünyada mövcud iqtisadi və hərbi bütün əməkdaşlıqlardan uzaq qalıb. ABŞ-da Ermənistanın hər dəfə onun ayaqlarına qapandıqda bir yolla “problemi” həll etməkdən imtina etməsi də bir faktdır. Bu danışılanlar sadəcə Ermənistanın bərbad xarici siyasətinin təsviridir. Ermənistanın daxili siaysəti isə xarici siyasətindən daha bərbad gündədir. Bunu həm Ermənistan əhalisi, həm də daxildəki mövcud həc mərclik sübut edir. ABŞ belə Ermənistandan sözün əsl mənasında üz döndərdi. Hətta bu günlərdə öz səfirini belə göndərərək, Ermənistanın bundan sonra ABŞ-ın maliyyə dəstəyinə arxalanmaması ilə bağlı xəbərdarlıq edib. Məlum məslədir ki, ABŞ-ın üz döndərdiyi Ermənistana Avropa Birliyi heç zaman qucaq açmayacaq. Bu da, o deməkdir ki, Ermənistan Rusiyanın vassalı vəziyyətindən də, pis gündədir.

Ona görə də, mövcud vəziyyətdə bir sual erməni rəsmilərini düşündürür: Görəsən Ermənistan vassal olmaqdan radikalca imtina etsə, Qərb Ermənistana arxa duracaqmı? Qərb bu suala olduqca gözlənilməz cavab verib. O bildirib ki, Ermənistan əhalisi xəstə təfəkkürə malikdir və onlar mövcud vəziyyətdə hansı bataqlıqda yaşadıqlarının fərqində belə deyillər.

Bu günlərdə Romada Boqreza evinin önünə bir neçə erməni yiğışaraq Ermənistandakı mövcud durumun həlli ilə bağlı müzakirə aparıblar. Və nəticə olaraq o qənatə gəliblər ki, Ermənistan başdan ayağa qədər səhv siyasət yürütməkdədir. Ermənistan mövcud durumda radikal addım ata bilmədiyi, Rusiyanın vassalığından imtina edə bilmədiyi üçün Avropa Birliyi və ABŞ-ın güvənini itirib. O üzdən də, Ermənistan mövcud şərtlərdə sadəcə Rusiyanın dağılmasını gözləməlidir. Bundan sonra isə böyük fransız səhmdarının dediyi kimi Ermənistan 5-ci Rusiya kolonnasının əsarətində daha yaxşı şərtlərdə yaşamağa başlayacaq. Lakin Ermənistana yaxşı gələcəkdən danışan həmin fransız səhmdarı nədənsə acınacaqlı halda olan Ermənistana sərmayə yatırmala bağlı heç danışmayıb da... İndi elə şərait yaranıb ki, hətta Ermənistana xeyriyyə məqsədi ilə olunan yardımı belə, Ermənistanı bir dövlət kimi ələ salaraq verirlər. Ermənistanın mövcud strukturu öz məqsədinə nail olub. O dövlətçiliyi itirdi və bütün dünyaya nümayiş etdirdi ki, Ermənistan artıq çoxdan suverenliyini satmış bir “dövlətcik”dir. Əslində buna nail olmağı hələ 80-ci illərdən qarşısına məqsəd qoymuş kaputalistləri təbrik etmək gərəkir.

Bu gün Ermənistan ABŞ-ın və Qərbin Ermənistana yatırım etdikləri ilə bağlı yalan informasiyalar yazdırırlar. Sizcə ABŞ və Qərbin Rusiyanın vassalı olan Ermənistana yatırım etməsi gülünc səslənmirmi? Bu əlbəttəki absurddur. İndiki durumda Ermənistan və Qərb haqqında nə isə bir mülahizə aparmağın özü belə gülməlidir. Çünki Qərbin Ermənistanla bağlı heç bir marağı yoxdur. Ermənistan dərk etməlidir ki, hər gün o daha çox öz əhəmiyyətini itirir. Bu cür vəziyyətdə Qərbin Ermənistana hansı təkliflərindən söhbət gedir? ABŞ və Avropa Birliyi Türkiyə kimi geosiyasi müttəfiqlə apardığı danışıqları müşahidə etdikdə, Ermənistan kimi vecsiz bir vassall onlar üçün bir əhəmiyyət kəsb edərmi?

Rusiya da, öz növbəsində Ermənistana bir müttəfiq kimi ehtiyacı olmadığını çoxdan sərgilədi. Bu gün hər bir erməni, Ermənistan vətəndaşı olmağına görə utanır. Əlbəttə bu vəziyyəti yaratmış insanlar istisna olmaqla. Əslində bu durumda bir konfrans təşkil etmək yerinə düşərdi. Həmin konfransın mövzusu isə “Ermənistan Rusiyanın vassalı kimi daha nə qədər fəaliyyət göstərəcək?” sualını qoymaq lazımdır. Axı belə bir konfransda kimlər iştirak edəcək? Sadəcə Rusiya ekspertləri və Ermənistanın sərxoş deputatları iştirak edə bilər. Ermənistan anlamalıdır ki, bütün şanslarını artıq itirib. Daha şans yoxdur. Hətta rüşvətlə alına biləcək təkliflər belə artıq sərf olunub. Zaman olmadığından Ermənistan kimi “xaraba” dövlət heç kəsin vecinə də, bundan sonra gəlməz. Ona görə də, qəbul etmək gərəkir ki, Ermənistan çoxdan süqüta uğramış acınacaqlı bir vassalın son çırpınışlarını yaşayır...

Bu sözləri bir azərbaycanlı və ya başqa bir dövlətin nümayəndəsi deyil. Məhz erməninin özünün etiraf etməsi insana sözün əsl mənasında ləzzət edir. Bu yazıda Ermənistandakı mövcud durum və Ermənistanın dünya dövlətləri arasındakı nüfuzu elə gözəl xarakterizə edilib ki, hesab edirəm başqa bir şərhə ehtiyac yoxdur. Bir daha qeyd edim ki, yazını Ermənistanın lragir.am saytında İqor Muradyan adlı bir analitik yazıb. Yazı o qədər Ermənistanın real siyasi addımlarını təsvir edir ki, onu tərcümə etməmək ən azından günah olardı...





Ülkər Musazadə
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq