Fazil Mustafadan AP-nin qərarına sərt reaksiya
Siyaset
Oxunub: 1 605
16 apr 2015 | 12:43

Fazil Mustafadan AP-nin qərarına sərt reaksiya

Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı verdiyi qərara Azərbaycanda da etirazlara səbəb olub.

"Hafta.az-ın debatı" rubrikasında məsələ ilə bağlı Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın və Müsavat Partiyasının başqanın Arif Hacılının məsələ ilə bağlı mövqelərini təqdim edirik:

Qurumun qərarını ədalətsiz hesab edən Fazil Mustafa qərarı gözlənilən adlandırıb:

“Ancaq bu qərarı qəbul edən avropalı axmaqlar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər. Ancaq Türkiyənin də sağlam və rasional qərar alacağını gözləmək bir qədər çətind. Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz. Hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa. Xocalı hadisələrinə "qətliam" deyib aradan çıxmayın. Birbaşa Parlamentdə sıyqırım kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sairə. Biz də bu addımları, siyasəti cani-könüldən dəstəkləyək”.

Musavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, Avropa Parlamentinin "erməni soyqırımı"ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış, siyasi baxımdan çox zərərlidir:

“Bu qərar Avropa Birliyinin nüfuzuna sarsıdıcı zərbədir.Ermənistanın bu günki işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandırmaqla yanaşı,Qarabağ probleminin diplomatık üsullarla həlli yolunda daha bir maneə yaradır.İndiki həssas məqamda konfessiyalararası etimadı azaldır. Avtoritar rejimlərin qərbin ikili standartlar tədbiq etdiyi barədə təbliğatına əsas verir.Avropa Parlamentinin bu qərarı həm də təhlükəsiz dünya, dincyanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir”.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq