Oqtay Əsədov Sankt-Peterburqa gedir

Sabah Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
Azerinfo.az-ın "Trend"-ə istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
A.Təvəkküloğlu deyib ki, səfər çərçivəsində Milli Məclis sədri MDB PA-nın Şura iclasına qatılacaq: “Şura iclasında təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlamentlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək. Qurumun plenar iclasında Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auiditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq”.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, nümayəndə heyətinə daxil olan deputatlar qurumun Sosial siyasət və insan hüquqları, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm və təhsil üzrə daimi komitələrinin iclaslarında müzakirə olunan məsələrə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
A.Təvəkküloğlu bildirib ki, nümayəndə heyətinin üzvləri səfər çərçivəsində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılacaq.
Onun sözlərinə görə, Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.
A.Təvəkküloğlu qeyd edib ki, nümayəndə heyətinə deputatlar Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Bu gün, 13:04
Ceyhun Bayramov: Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb
Bu gün, 13:01
Deputatdan çağırış: Bu avtomobillərin qiyməti artacaq
Bu gün, 12:56
Sabah 21 dərəcə isti olacaq
Bu gün, 10:31
Mərdəkanda yataqxana binası yandı
Bu gün, 10:17
Putin: Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır, Aİ çökür...
Bu gün, 10:02
Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU
Bu gün, 09:58
Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ
Bu gün, 09:53
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi
Bu gün, 09:50
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər
Bu gün, 09:42
İran ABŞ-nin Küveytdəki hərbi bazasına PUA-larla zərbə endirib
Bu gün, 09:37
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
Bu gün, 09:00
Bu müavinətlər artırılır - Yeni məbləğ nə qədər olacaq?
Dünən, 16:00
Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı
Dünən, 15:30
Ukraynanı tamamilə məhv etmək lazımdır!– Rusiya televiziyalarında dəhşətli çağırışlar
Dünən, 14:22
Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”
Dünən, 13:14
Azərbaycanın ən təhlükəli magistralları: Hansında ölüm daha çoxdur? – QORXULU STATİSTİKA
Dünən, 12:46
Kirayə yolu ilə mənzil almaq istəyənlərə şad xəbər
Dünən, 12:36
“Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - Yenilənib
Dünən, 12:31
Sabah hava necə olacaq?
Dünən, 12:03
Türkiyə MN Azərbaycanı təbrik etdi
Dünən, 11:59
Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
Dünən, 11:34
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:30
Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq
Dünən, 11:09
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
Dünən, 11:05
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Dünən, 09:54
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Dünən, 09:51
Bu qəsəbə və kəndlərə su çəkiləcək - SİYAHI