Rəsmi İrəvan qondarma erməni soyqrımının tanıdılmasında Kim Kardaşyana ümidlidir...
Siyaset
Oxunub: 3 016
14 apr 2015 | 12:00
Ara Papanyan: “Hesab edirəm ki, soyqrımın adını belə ermənilər çəkməməlidir”

“Bu gün biz dünyada ən məşhur olan porno-ulduzun Kim Kardaşyan olmasından istifadə etməliyik”


Azərinfo.az Ermənistanın “lragir.am” saytına istinadən Ermənistanın Modus-Vivendi Mərkəzinin rəhbəri Ara Papayanla müsahibəni təqdim edir:


Rəsmi İrəvan  qondarma erməni soyqrımının tanıdılmasında  Kim Kardaşyana ümidlidir...


- Cənab Papayan, Kim Kardaşyanın Gümriyə səfəri zamanı bloger Ara Naxşkaryan ona szin tərəfinizdən redaktə olunmuş Erməni-Türkiyə münasibətlərindən bəhs edən “Arbitral Award of the President of the United States of America Woodrow Wilson« full Report of the Committee Upon the Arbitration of the Boundary between Turkey and Armenia: Washington, november 22 nd, 1920” sənədlərini hədiyyə etdi. Həmin sənədlərdə isə siz Ermənistanın şou-divası və parlayan ulduzu hesab edilən Kim Kardaşyanın babasından bəhs edirmiş...

- Yox, Vaan Kardaşyan onun babası deyil, uzaq qohumudur. Vaan Kardaşyan olduqca tanınmış hüquqşünas olub. O Osmanlı İmperiyasının Nyu-Yorkda baş konsulu olub. 1916-cı ildə o Osmanlı İmperiyasına qarşı mübarizə aparmağa başlayır. Onun adı hətta Vilsonun arbitrajı ilə də, adı hallanır. Çünki o ilk lobbiçilərdən olub. 1933-cü ilə qədər Kardaşyan çox işlər görüb və olduqca böyük mənəvi xəzinə qoyub. O Amerikada ilk erməni lobiçiliyini yaradan adam olub. Həmin təşkilat isə “American Kommitte For Armenian Independent” adlanırdı.

-İndiyə qədər ermənilərin soyqrımlarının 100-illiyi ilə bağlı işlərin o qədər də, effektli aparılmadığı iddia olunurdu. İndi necə bilirsiz, Kim Kardaşyanın səfərindən sonra bu vəziyyət dəyişəcəkmi?

-Mənim bir ölçü vahidim var- soyqrımın 100-illiyinin tanınması bizə nə verəcək? Əgər bizim məqsədimiz özümüzü dünyaya qurban kimi göstərmək və zorakılığa məruz qalmış dövlət kimi qələmə verməkdirsə, etiraf edək ki, bu bizdə çox gözəl alınır. Çünki onsuzda hər kəs kər şeyin fərqindədir. Ona görə də, mənim üçün əsas məqsəd soyrımın tanınması mərhələsindən sonrakı mərhələdir. Bizim vətənimizi 100-il bundan əvvəl əlimizdən alıblar və bizim ərazi bütövlüyümüzü pozublar. Əfsuslar olsun ki, bu gün bu istiqamətdə heç bir dəqiq siyasi istiqamət yoxdur. Ona görə də, soyqrımın 100-illiyinin keçirilməsi uğursuz addımdır. Hesab edirəm ki, soyqrımın adını belə ermənilər çəkməməlidir. Bu sahədə əslində Kardaşyan böyük addımlar atıb. Ona görə də, mən Kim Kardaşyanın ünvanına hər hansısa bir tənqidi qəbul etmirəm.

-Etiraf edək ki, 77 milyon insan İnstaqramda Kim Kardaşyanı addımba addım izləyir. Siz düşünürsüz, bu Ermənistanın xeyrinədir?

-Bilirsiz, mən düşünürəm ki, soyqrımı tanıyan dövlətlər bunu sadəcə yaxşı informasiyaya malik olduqları üçün etməyiblər. Bir az əvvəl də qeyd etdim. Hər kəs hər şeyi çox gözəl bilir. Hər bir ölkənin özünün haqq-hesabı var. Onlar həmin hesabları mənfi və ya müsbət olaraq dəyərləndirirlər. Daha sonra isə qərar verirlər. Çox zaman bu bizim xeyrimizə olur. Çox zaman da yox. Ona görə də, soyqrım haqqında bar-bar bağırılması məsələsi ilə razı deyiləm. Sanki bütün dünya nəyisə bilsə, nə isə dəyişəcək... Misal üçün İsraildə hazırda ermənilərə qarşı böyük təbliğat baş qaldırıb. Xüsusəndə soyqrıma görə. Lakin İsraildə mövcud cəmiyyətdə olan fikirlər heç zaman dövlətin verdiyi siyasi qərara təsir edə bilməz.

-Bəs necə baxırsız ki, rəsmi Moskva bəyanmat verərək, Türkiyədə keçiriləcək tədbirdə iştirak edəcəyini bildirib. Sizcə Rusiya Türkiyə və Ermənistan arasında seçim arasında qaldığı üçünmü belə qərar verib?

-Etiraf edək ki, Türkiyə hazırda Rusiyanın ən yaxın müttəfiqlərindən hesab olunur. Onların olduqca sıx iqtisadi və ticarət əlaqələri var. Lakin hər şeydən əvvəl onları siyasi maraqlar birləşdirir. Hər iki dövlət müəyyən səbəblərə görə zamanla Qərbdən uzaqlaşır. Türkiyə öz kökünə, islama söykənərək, Rusiya isə kommunist və imperialist düşüncə tərzinə əsaslanaraq irəliləyir. Səbəblər müxtəlif olsa da, lakin maraqlar eynidir. Ona görə də, Rusiya heç zaman Ermənistan görə, Türkiyə ilə münasibətlərini korlamaz. Əlbəttə Putin Türkiyədə ən yüksək səviyyədə qarşılanacaq. Ümid edək ki, o daha sonra Ermənistana da, gələcək. Amma mən Putini öz gözlərimlə Ermənistanda görməsəm, buna heç cür inana bilmərəm. Çünki gözlənilmədən son dəqiqədə Putin xəstələnə bilər. Yaşıyarıq görərik...
Əgər Putin hər şeyə rəğmən Ermənistana gələrsə, bu heç olmasa protokol səviyyəsində belə, bizim ünvanımıza yüksək dəyərləndirilmə kimi qəbul ediləcək. Yox, əgər Putin xəstələnərsə və Türkiyəyə, Ermənistana onun əvəzinə məmurlar gələrsə, bu Ermənistan adına biyabırçılıq kimi qiymətləndiriləcək. Çünki Ermənistan Rusiyanın strateji müttəfiqidir, Türkiyə isə yox.

-Məgər Panermənistan deklarasiyasında siz qeyd etdiyiniz müddəalar qeyd olunmayıb?

-Əlbəttə orada Vilsonun arbitrajını tuşlayan link də qeyd olunub. Lakin bu hələ real siyasətə axıdılmayan sadə deklarasiyadır. Misal üçün deklarasiyada işçi qrupunun yaradılması ilə bağlı müddəa var. Əgər işçi qrupu həqiqətən də yaradılsaydı, ona maliyyə vəsaiti ayrılmalıydı və o zaman praktiki addımlara keçid almaq olardı. Lakin mən anlamıram, niyə görə mütəxəssislər deyir ki, Türkiyə bizə torpaq verməyəcək? Siz hardan bilirsiz, siz tələb etmisinizmi, sonra da verər ya verməz deyirsiniz?

-Necə düşünürsüz, Kardaşyanın Gümriyə səfərini siyasi səfər adlandırmaq olarmı?

-Onun üçün yox. Çünki o siyasətçi deyil. O sadəcə öz əcdadlarını görmək istəyirdi. Bu gün dünyada öz əcdalarına qayıtmaq kimi bir tendensiya mövcuddur. Lakin hər bir xüsusi səfər siyasi mövqe daşıya bilər. Bir çoxları iddia edir ki, ermənilərin Kardaşyanla tanınması düzgün deyil. Lakin o insanlar anlamırlar ki, dünya dəyişib və insanların təfəkkürü artıq dəyişib. Bu gün biz dünyada ən məşhur olan porno-ulduzun Kim Kardaşyan olmasından istifadə etməliyik. Hesab edirəm ki, Kim Kardaşyana kitab hədiyyə edənlər də, əslində onun qohumu Vaan Kardaşyanın davamçısıdır.




Ü. Musazadə
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq