Gülənin Dubayda şirkətini quran Elnur Aslanov Bakıya dönmür - Gizlinlər...
Siyaset
Oxunub: 511
2 yan 2019 | 19:44
Gülənin Dubayda şirkətini quran Elnur Aslanov Bakıya dönmür - Gizlinlər...















Prezident Administrasiyasından uzaqlaşdırılan sabiq məmur Elnur Aslanovun ölkəyə qayıdışına bir qadağa olmasa da, vətənə tez-tez baş çəkməyə üstünlük vermir

Cahan.info-nun verdiyi xəbərə görə, E.Aslanov dövlət rəhbərliyinin gözündən düşüb. Onun siyasi hakimiyyətə xəyanət eləməsi birdəfəlik üstündən xətt çəkib.

Azərbaycanda gənc məmurların irəli çəkilməsi, yüksək vəzifələrə, nazir postlarına gətirilməsi prosesində E.Aslanov çıxdaş edilib.

Halbuki, onun Fətullah Gülən hərəkatının Azərbaycan "imamı" olduğu üzə çıxmasaydı, bəlkə də indi nazir vəzifəsində yaxud prezident köməkçilərindən biri postunu tuturdu.

Amma iqtidara sədaqət nümayiş etdirməyən E.Aslanov bir müddət işlədiyi Rabitə Nazirliyindəki vəzifəsindən də gedərək "peyğəmbəri" Gülənin yanına - ABŞ-a köçür.

Bu günlərdə isə Türkiyənin "Akşam" qəzeti yazıb ki, Elnur Aslanov Dubayda müsəlmanlardan zəkat yığmaq üçün şirkət qurub və ona rəhbərlik edir
Neçə gündür Azərbaycanda bəzi saytlarda dolaşan bu məlumatlara indi Türkiyə hakimiyyətinə yaxın KİV-lər, o cümlədən “Akşam” qəzeti yer verib.

Bildirilir ki, Pensilvaniyadakı terrorçubaşının təlimatı ilə hərəkətə keçən FETÖ-çular internet üzərində “PayzakatGlobal” adlı şirkət qurublar və dindarlardan zəkat adı altında pul toplayırlar.

Bu pulların yoxsullara, imkansızlara yardım adı altında yığıldığı bildirilir, əslində isə FETÖ-nun kassasına gedir.

Rus, ingilis və ərəb dillərində fəaliyyət göstərən “PayzakatGlobal” şirkətinə Elnur Aslanov rəhbərlik edir. Aslanov sosial media üzərindən paylaşımlar həyata keçirməklə din istismarçılığını buradan davam etdirir”- qəzet yazır.

Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır.

Bu ilin noyabrında Aslanov Dubayda “Global İslam İqtisadi Sammiti” adlı toplantıda iştirak edib. Onun həmin toplantıdan fotoları “PayzakatGlobal”ın sosial media hesabı üzərindən yayılıb.

E.Aslanovun FETÖ ilə əlaqələrinin üzə çıxması təkcə onun karyerasına yox, həm də anası Rəbiyyət Aslanovanın "vurulmasına" səbəb oldu. Sabiq deputat R.Aslanova növbəti sonuncu parlamentə buraxılmadı.

Onun Putinin sinif yoldaşı, son vaxtlar hədəfə gələn professor-oliqarx İlham Rəhimovla ailə həyatının qısa sürməsinin də səbəbləri sırasında bu hadisələrin təsiri göstərilir.

Yeri gəlmişkən, Bakı Dövlət Universitetində qalmaqal baş verib. Axar.az yazmışdı ki, BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri olan Rəbiyyət Aslanova universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət edib.

Səbəb isə kafedrada işləyən gənc xanımla Hüquq fakültəsinin tələbəsi arasında sevgi münasibətləri olub.

valideynləri universitetə gələrək, həmin xanımın onların övladına hər gün mesajlar yazdığını və bu münasibətdən narahat olduqlarını bildiriblər.

İddiaya görə, kafedrada baş verən insidentə universitetin hüquqşünası müdaxilə edib və gənc xanımdan şikayətlə bağlı izahat istəyib.

Bundan xəbər tutan R.Aslanovanın həmin xanımı müdafiə etməsi onun T.Çələbiyeva ilə toqquşmasına səbəb olub. Nəticədə T.Çələbiyevadan polisə şikayət olunub.

Məsələ ilə bağlı açıqlama verən T.Çələbiyeva bildirib ki, ondan polisə R.Aslanova deyil, sözügedən, adının açıqlanmasını istəmədiyi laborant şikayət edib.

T.Çələbiyeva R.Aslanova ilə aralarında heç bir problem olmadığını da deyib:“Bir xanımın valideynləri rektorun qəbuluna gəlmişdilər. Rektor olmadığına görə, onlardan nə ilə bağlı rektorun qəbulunda olmaq istədiklərini soruşdum.

ildirdilər ki, R.Aslanovanın kafedrasında çalışan laborantla bağlı şikayətləri var. Mən onları dinlədim, daha sonra onların müraciətinə əsasən şikayət etdikləri həmin xanımı çağırdım. Bu isə Rəbiyyət xanımın xoşuna gəlməmişdi ki, onun işçisini niyə çağırmışam”.

T.Çələbiyeva bildirib ki, R.Aslanovanın əsəbiləşməsinə səbəb onun kafedrasının əməkdaşını çağırması olub:

“Mən universitetdə hamıya kömək edən şəxsəm. Heç kəslə bu günə qədər bir problem yaşamamışam. Mənimlə bağlı polisə şikayət etmək o xanımlıq da deyil.

Yəqin ki, onu kimsə öyrədib ki, belə etsin. Rəbiyyət xanım məni otağına çağırıb bildirdi ki, mən hansı səbəblə onun kafedrasının əməkdaşını çağırmışam. Rəbiyyət xanıma bildirdim ki, vəzifə borclarımdan biri də budur. İzah etdim ki, bir xanım valideynləri ilə gəlmişdi və şikayət edirdi həmin xanımdan.

Bu səbəbdən həmin laborant xanımı çağırıb izahat almışam. Laborant xanım bizim əməkdaşımızdır, universitetimizin işçisidir, mən də istəmərəm bizim əməkdaşla bağlı hər hansı şikayət olsun. Yasamal Rayon Polis İdarəsinə də izahatımı sizə bildirdiyim kimi verəcəyəm”.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq