Əgər ədalət budursa, o zaman qınanmalı tək ünvan da elə ədalətin özüdür...
Siyaset
Oxunub: 1 545
2 apr 2015 | 14:59
Məlum məsələdir ki, aprel ayının 24-də Qərb və ABŞ Ermənistan və Türkiyə arasında siyasi müstəvidə öz seçimini nümayiş etdirmiş olacaq. 24 aprel tarixən eməni adlı xalqın mövcudluğuna dair heç bir dəlil olmadığı halda, elə ermənisayağı təfəkkürə malik olanlar da, iddia edir ki, həmin tarixdə guya Ermənistanın soyqrımı günü olub. Nə isə, bunu tarixi faktlarla sübut etməyi belə bacarmayan və bu günə qədər Suriyada, Tükiyədə, Gürcüstanda, Rusiya və ABŞ-da qəbilə halında yaşamalarının səbəbini belə açıqlamırlar. Əslində Ermənistanın Türkiyə ərazisində yaşayıb, daha sonra ona qarşı ərazi iddiası irəli sürən, onu soyqrım törətməkdə günahkar bilən bir həyasız erməni siyasəti digər erməni qəbilələrinin mövcud olduğu və yuxarıda adlarını sadaladığımız ölkələri düşündürməlidir.

Ermənistan dövlətinin tarixən olmaması, erməni xalqının soyu-kökü bilinmədiyi üçün onun növbəti hədəfi həmin dövlətlər olacaqdır. Çünki Ermənistanın xarici siyasəti mənimsəmək, özəlləşdirmək və hər bir xırda tarixi hadisədən gəlir əldə etmək üzərində qurulub. Bu cür siyasətin sübutudur ki, hazırda Ermənistan regiondakı siyasi və iqtisadi əhəmiyyətli layihələrdən kənarda qalıb. Bu gün rəsmi İrəvan təcrid olunmuş “forpost” dövlət kimi kiminsə “himayədarı” olmadan yürüyə bilmədiyini dəfələrlə aldığı qərarlarla sübuta yetirib.

Ermənistanın alətə çevrilmiş “dövlətcik” olmasını onun Avrasiya İttifaqındakı mövcid durumu və yer aldığı pozisiya sübut edir. Etiraf etmək gərəkir ki, rəsmi İrəvanın Avrasiya ittifaqında rolu sadəcə görüntü, daha doğru desək maket xarakteri daşıyır. Çünki bu gün İrəvan azad ticarət yolu ilə idxal edə biləcək heç bir məhsula malik deyil. Çünki bu gün Ermənistan heç bir təbii sərvətlərlə zəngin olan bir dövlət olmadığı halda nə azad ticarət yolu ilə pul ödəyib digər üzv dövlətlərlə ticarət etmək, nə də coğrafi vəziyyətindən dolayı tranzit ölkə rolunu oynamağa da qadir deyil. Bəs sual olunur ki, elə isə Ermənistanın Avrasiya İttifaqında nə işi var? Bu sualın cavabını heç rəsmi İrəvan da, bilmir... Amma rəsmi Bakı fərqindədir ki, həmin azad iqtisadi ticarət layihəsi olan Avrasiya İqtisadi İttifaqında Ermənistanın formal olaraq, təmsil olunması məhz onu, alət kimi, lazım gəldiyində Azərbaycana qarşı istifadə etmək mahiyyəti daşıyır. Hazırda isə Avropa ölkələrinin də, Rusiya üsulu ilə Ermənistanı alətə çevirmələrini müşahidə edirik.

İtaliya nəşrlərindən biri “24 apreldə dünya ölkələri qətlə uğramışların, ya cəlladların yanında olacaq?” başlıqlı məqalə dərc edib. Məlum olduğu kimi burada söhbət Qondarma erməni soyqrımından gedir. Məlum dərgi isə türkləri cəllad adlandırıb. Dünya ölkələrinin isə cəlladlar və qətlə uğramışlar arasında seçim aparmalarını şərh edən məqalədə sözün əsl mənasında ermənilərin qondarma soyqrımlarına adam toplamaq piyarı aparılır.

Bu günlərdə isə Latviyalı bir politoloq və deputat Boris Tsilaviçlə söhbət əsnasında “Baxın, postsovet dövləti olan Azərbaycan illər sonra Birinci Avropa Oyunlarına ev sahibliyi edir. Latviyadan d,a ora idmançıların qatılacağı bildirilir” dedim. Sonra da buna münasibətini bildirməsini istədim. Bəlkə də, Latviyada postsovet dövləti olub, amma Azərbaycan kimi inkişaf səviyyəsini nümayiş etdirə bilmədiyi üçün, gözləmədiyim bir cavab verdi: “Bilirsiz, mən Azərbaycanı tərifləməyəcəm. Ümumiyyətlə sizin idman üzərindən piyar kompaniyası aparmaq siyasətini də anlamıram. İdman və piyar başqa-başqa şeylərdir”- dedi. Bu bir Avropa ölkəsinin nümayəndəsinə məxsus fikir idi. Bəs siyasət və piyar eyni şeydirmi? Nə üçün Ermənistan öz qondarma soyqrımını hamının gözünə soxmağa çalışdığı zaman əməlli başlı piyar kompaniyası aparması üçün bir az əvvəl elə bizdə nöqsan tutmağa çalışan Avropa ölkələri onlar üçün şərait yaradır?

Bir çoxları hesab edir ki, bu məhz erməni lobbilərinin gücünün hesabına və ya ermənipərəst siyasətçilərin işinin bəhrəsidir. Amma bu qətiyyən belə deyil. İlk əvvəl qeyd edim ki, lobbi də diaspora da, icma da, məhz maliyyə üzərində qurulur. Maliyyə nə qədər çoxdursa və lazimi səviyyədə məqsəyönlü şəkildə sərf olunursa demək lobbi güclüdür.

Ermənilər məlum məsələdir ki, hər il daha müflisləşir. Demək ki, erməni lobbisinin güclü olması praktiki olaraq mükün deyil. Ermənilərə qarşı bu cür fikir və münasibətlərin mahiyyəti məhs ermənilərin asanlıqla hər hansısa bir dövlətin alətinə çevrilə bilmə bacarığıdır. Bəli, razılaşaq ki, bu böyük bacarıqdır. Heç bir dövlət Ermənistan kimi suverenliyini, müstəqilliyini, hüququnu, ölkədaxili mövqeyini belə maliyyəyə sata bilməz. Amma erməni bunu edir və alətə çevrildiyinin heç fərqinə də varmır.

Bu gün Kəlbəcərin ermənilər tərəfindən işğalından 22 il ötür. O qədər insan evindən, yerindən yurdundan didərgin düşdü. Qondarma soqrımdan bar-bar bağıran ermənilər tərəfindən çox sayda soydaşlarımız qətlə yetirildi. Bu gün bundan əfsuslar olsun ki, dünyanın heç bir yerində danışılmır və ya müzakirə obyekti belə deyil. Amma nədənsə Azərbaycan idmançısının düşməninin himni zamanı çömbəlməsi məsələsi qabardırlır. Əgər ədalət budursa, o zaman qınanmalı tək ünvan da elə ədalətin özüdür.

Avropa Ermənistan kimi asanlıqla suverenliyini bir badə “Nayora” çaxırı kimi satan alət dövləti Rusiyanın əlindən alamaq üçün və onu öz maraqlarında istifadə etməkdən ötrü hər yola gedir. Baxın Almaniyanın 2-ci imperatoru Vilhelmin nəvəsi Filip Kiril qondarma erməni soyqrımına görə, ermənilərdən üzr belə istədi. Hətta dinimiz, imanımız bir olan Kipr dövləti belə ermənilər qarşısında qondarma soyqrımı tanımayacaqları ilə bağlı yuayılan xəbəri təkzib edir və ermənilərə bunun hesabatını verir.

Bu da, ona dəlalət verir ki, hazırda Avropa və ABŞ Rusiyanın forpostu olan Ermənistanı satın alaraq, Gümridəki Rusiya bazasını öz qoşunları ilə əvəz etmək niyyətindədir. Beləliklə, Avropa da, ABŞ da Qafqazda nəzarəti ələ almaq planı başa çatmış olacaq. Çünki əgər nəzər yetirisinizsə, eyni mövqe Gürcüstan-Rusiya münasibətlərində də müşahidə olunur. Bəli, Gürcüstan Ermənistan deyil. Amma Gürcüstanın Avropa İttifaqına qoşulması ilə orada hərbi baza yaradılması qaçılmazdır. Bu da Cənubi Qafqazın Rusiyanın deyil, Qərbin və ABŞ-ın nəzarəti altında olmasına hesablanmış bir siyasi addımdır. Ermənistan isə həmin siyasi müstəvinin sadəcə kiçik bir alətidir.



Ülkər MusazadəƏgər ədalət budursa, o zaman qınanmalı tək ünvan da elə ədalətin özüdür...
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ