Siyavuş Novruzov NATO-nu tənqid etdi

Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı keçirilib.
Azerinfo.az Azərtac-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev seminarda iştirak ediblər. Tədbirdə əsas məruzə ilə Serbiya Baş nazirinin müavini, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib. Plenar iclasda çıxış edən Siyavuş Novruzov təşkilatın bəzi ölkələrə münasibətdə ikili standartlardan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirib. Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən S.Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə belə ikili standartlardan imtina etməsə və qarşı duran tərəflərə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən deputat bu qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən Milli Məclisin üzvü ATƏT-in rəhbərliyindən bu münaqişənin həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunmasını tələb edib.
S.Novruzov, həmçinin NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçirilməsi ilə bağlı təklifə kəskin etirazını bildirib. O, başqa ölkənin ərazilərini zəbt etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçirilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini diqqətə çatdırıb. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı ölkələrin nümayəndələrinin rəsmi Yerevan tərəfindən təhqir edilməsindən, Moldova ombudsmanının obyektiv çıxışına görə Yerevanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki azərbaycanlı üzərində qondarma məhkəmə prosesindən və onların hələ də girovluqda saxlanmasından bəhs edən S.Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda keçirilməsinin əleyhinə səs verməyə çağırıb.
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ