“Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?”
Siyaset
Oxunub: 1 962
30 mar 2015 | 23:05
“Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?”

















AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov real həbs təhlükəsiylə üzləşdiyini əsas gətirərək Fransada yaşamaq qərarına gəlib. Onun bu qərarına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı facebook sosial şəbəkəsində qarşı tərəfdə qıcıq doğuracaq münasibət bildirib:

“Natiq Ədliov da Fransa da yaşayacaq....Bu gündən məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq. Bütün günü gənclərin başını xarab edib "bu yaxınlarda hakmiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik" deyən adamın səsi Fransadan gəlir. Budur bunların riyakarlığı. Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardılar! Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb öz siyasətlərinin qurbanına çevirənlərin iç üzləri aşılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakmiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var:

1. Yaxşı qiymətə satılmaq.
2. Xaricə informasiya verib (əvvəllər buna işverənlik deyirdilər) və oradan gələn sifarişləri yerinə yetirib dolanmaq.
3. Xaricdə yaxşı yaşamağın yolu.


Kərimlinin təsirinə düşən gənclər başa düşməlidilər ki, bu adamlar ancaq öz həyat şəraitini yaxşılaşdırmaq üçün "radikal müxalifət" libası geyinirlər. Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını- Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiqin və s. şəxsləri Fransada yaşamasını təşkil edir.

Maraqlıdır niyə bunlar Fransaya gedirlər? Hər kəs bilir ki Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Və Fransa dövləti də hər zaman Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək şəraitdə yaşamının təmin olunmasını təbii qarşılamalıyıq... Bu Əli Kərimlinin əsl simasını göstərən faktlardan biridir.”
Bu gün, 12:00
DİQQƏT! Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Bu gün, 10:30
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
Bu gün, 10:25
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
Bu gün, 10:02
İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
Bu gün, 09:53
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Bu gün, 09:45
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
Bu gün, 09:40
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
Bu gün, 09:00
Rusiyadan Azərbaycana buğda axını gücləndi - 77 faizlik artım
Dünən, 16:00
İrəvandan sülhlə bağlı mühüm elan – Bir neçə günə imzalanacaq!
Dünən, 15:30
Vaşinqtondan sensasiyalı ssenari: Donbass müqabilində Ukrayna NATO-ya üzv ola bilər
Dünən, 14:22
İrana qarşı yeni hücum ərəfəsində ABŞ Ordusunun əlində nə var? – Mühüm hesabat
Dünən, 13:31
İlham Əliyev: Orta Dəhliz Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradır
Dünən, 13:28
Azərbaycan Prezidenti və Vyetnamın Baş naziri birbaşa aviareyslərin açılması məsələlərini müzakirə edib
Dünən, 12:35
Vyetnam Azərbaycanda səfirlik açacaq
Dünən, 12:27
Deputatlar bu tarixdə toplanır
Dünən, 12:07
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
Dünən, 12:04
Toyda oynamaq üstündə dava düşdü - Xəsarət alanlar var
Dünən, 11:59
Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
Dünən, 11:44
Bu şəxslər əsgərliyə APARILMAYACAQ
Dünən, 11:36
Gəncə Psixiatriya Xəstəxanasında dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI
Dünən, 11:15
Məşhur istirahət mərkəzinin rəhbəri vəfat etdi
Dünən, 11:12
ABŞ-də yaşayan azərbaycanlı aparıcının övladlarının məktəbində bomba təhlükəsi
Dünən, 11:08
Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı
Dünən, 11:03
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü
Dünən, 10:46
Ağdamda 247 milyon manatlıq istehsal: heyvandarlığın payı açıqlandı
Dünən, 10:19
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Dünən, 10:15
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub