`Dəstəyi prezidentdən gözləməlidirlər...` - Azay Quliyev

Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev prezidentin imzaladığı əfv sərəncamını dəyərləndirib.
O, qeyd edib ki, əfv sərəncamı istənilən halda müsbət qiymətləndirilməlidir:
“Çünki əfv sərəncamının imzalanması xeyli sayda Azərbaycan ailəsinə sevinc, xoşbəxtlik bəxş edir. Cənab prezidentin əfv sərəncamı yüksək səviyyədə qiymətləndirilir, bu onun tərəfindən atılmış növbəti humanist addımdır. Bayram ərəfəsində əfv sərəncamlarının imzalanması ailələrə ikiqat sevinc bəxş edir. Mən cənab prezidentimizə təşəkkür edirəm ki, ayrı-ayrı ictimai təşkilatların, şəxslərin, QHT-lərin, İnsan haqları üzrə Birgə İşçi Qrupunun da rəyini, təkliflərini nəzərə alaraq növbəti əfv sərəncamı imzaladı. Məsələnin siyasi tərəflərinə gəldikdə, burada da çox müsbət məqamlar var; hər bir əfv sərəncamı cəmiyyətdə barış əhval-ruhiyyəsinin möhkəmləndirilməsi, etimad mühitinin güclənməsinə xidmət edir, vətəndaşların dövlətə inamını gücləndirir, onların hüquqlarının dövlət tərəfindən daim müdafiə edilməsinə əminlik yaradır. Həmçinin, müxtəlif cinayətlər törətmiş şəxslərin cəzalarının müəyyən hissəsini çəkdikdən sonra cəmiyyətə inteqrasiyası, bir daha belə səhvlərə yol verməmələri üçün şans yaradır. Bu baxımdan da fərmanın əhəmiyyəti çox böyükdür”.
A.Quliyev bildirdi ki, əfv sərəncamı verilərkən bir sıra vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İşçi Qrupunun da təklifləri nəzərə alınıb:
“Sərəncamla İşçi Qrupunun təqdim etdiyi siyahıda adları olan bir neçə də azadlığa buraxılıb, qurumun müraciətinə adekvat redaksiya verilib. Bu baxımdan da fərman çox əhəmiyyətlidir ki, dövlət-QHT münasibətləri daha da yaxınlaşır. Bu, həm də bir mesajdır ki, bu kimi problem kimi təqdim edilən məsələlər Azərbaycanın daxilində həll edilə bilər. Bu, həmçinin digərlərinə də bir mesajdır ki, dəstəyi hansısa xarici qurumlardan deyil, dövlətdən, cənab prezidentdən gözləməlidirlər. Bütün bunları nəzərə alaraq bir daha qeyd edirəm ki, əfv sərəncamı ancaq pozitiv qiymətləndirilə bilər və qiymətləndirilməlidir”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü