"Dünənki mitinqlə onlar artıq fiaskoya uğrayıblar" - Fəzail Ağamalı

Dünənki mitinq bir daha Milli Şuranın və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan cəmiyyətində iflasa uğradığının göstəricisi idi. Bunu millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O bildirib ki, bundan öncə də onlar ən müxtəlif, guya cəmiyyəti cəlb edə biləcək şüarlarla, tezislərlə mitinqlər keçirməyə çalışdılar: “Lakin onlar hər zaman xalq tərəfindən dəstəklənmədiklərinin şahidi olsalar belə bundan nəticə çıxarmaq əvəzinə martın 15-də bir daha mitinq etmək və yaranmış olan vəziyyətdə əhalinin sosial vəziyyətinin ağırlığı və bunun ağır nəticələri və s. bu kimi əsası olmayan fikirlərlə küçəyə çıxıb mitinq keçirməyə cəhdlər göstərdilər”.
Millət vəkili hesab edir ki, dünən bir daha Azərbaycan xalqı onların arxasında olmadığını ortaya qoydu: “Bir daha sübut olundu ki, həm AXCP, həm də Milli Şura Azərbaycan xalqı arasında sosial dayaqlara malik deyil. Onlar artıq fiaskoya uğrayıblar. Əslində yaxın zaman kəsiyində hər iki təşkilatın özü mahiyyət etibarilə tarixin arxivinə getməli olacaqlar. Çünki, onlar Azərbaycanda gedən proseslərə qarşı doğru məntiqə söykənən addımlar atmırlar. Onlar cəmiyyətin sosial sifarişini nəzərə almırlar. Bu gün Azərbaycan xalqının sosial sifarişi Azərbaycan dövlətinin yanında olmaq, dövlətçiliyi möhkəmləndirmək və cəmiyyətdə radikalizmə yox deyib, bütün bu və ya digər ortalığa çıxan sualların ətrafında dialoq aparmaq, qarşılıqlı söhbət etmək kimi bir düşüncənin daşıyıcılarıdırlar. Fakt bu düşüncənin daşıyıcılarından sözügedən qurumlar kənardadır. Onlar özlərini cəmiyyətdə tam mənada təbliğ etməkdədirlər”
Bu gün, 12:00
DİQQƏT! Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Bu gün, 10:30
Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
Bu gün, 10:25
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa
Bu gün, 10:02
İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
Bu gün, 09:53
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Bu gün, 09:45
Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub
Bu gün, 09:40
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
Bu gün, 09:00
Rusiyadan Azərbaycana buğda axını gücləndi - 77 faizlik artım
Dünən, 16:00
İrəvandan sülhlə bağlı mühüm elan – Bir neçə günə imzalanacaq!
Dünən, 15:30
Vaşinqtondan sensasiyalı ssenari: Donbass müqabilində Ukrayna NATO-ya üzv ola bilər
Dünən, 14:22
İrana qarşı yeni hücum ərəfəsində ABŞ Ordusunun əlində nə var? – Mühüm hesabat
Dünən, 13:31
İlham Əliyev: Orta Dəhliz Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradır
Dünən, 13:28
Azərbaycan Prezidenti və Vyetnamın Baş naziri birbaşa aviareyslərin açılması məsələlərini müzakirə edib
Dünən, 12:35
Vyetnam Azərbaycanda səfirlik açacaq
Dünən, 12:27
Deputatlar bu tarixdə toplanır
Dünən, 12:07
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
Dünən, 12:04
Toyda oynamaq üstündə dava düşdü - Xəsarət alanlar var
Dünən, 11:59
Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
Dünən, 11:44
Bu şəxslər əsgərliyə APARILMAYACAQ
Dünən, 11:36
Gəncə Psixiatriya Xəstəxanasında dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI
Dünən, 11:15
Məşhur istirahət mərkəzinin rəhbəri vəfat etdi
Dünən, 11:12
ABŞ-də yaşayan azərbaycanlı aparıcının övladlarının məktəbində bomba təhlükəsi
Dünən, 11:08
Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı
Dünən, 11:03
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü
Dünən, 10:46
Ağdamda 247 milyon manatlıq istehsal: heyvandarlığın payı açıqlandı
Dünən, 10:19
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Dünən, 10:15
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub