"Bu, son mübarizəm olacaq" - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: "Sədrlikdən getmək niyyətim yoxdur"
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a müsahibə verib. Azerinfo.az həmin müsahibəni təqdim edir:
- Mirmahmud bəy, KXCP-nin növbəti qurultayına hazırlıq işləri necə gedir?
- Qurultaya hazırlıq işləri üzrə fəaliyyətimiz davam edir. Rayon təşkilatlarında konfranslar keçirilir. Qurultaya nümayəndələr seçilir və s.
- Qurultayı təxminən hansı aylarda keçirmək niyyətindəsiz?
- Parlament seçkilərinə qədər qurultayı keçirmək istəyirik. İnşallah, istəyimizə nail olacağıq. Amma bunu indidən demək düzgün deyil. Gərək rayon təşkilatlarının 50 faizindən çoxunda konfrans keçirək ki, qurultayın vaxtını təyin edək.
- Sədliyə namizədliyinizi verəcəksiz?
- Sədrlikdən getmək niyyətim yoxdur. Namizədliyimi verib sədrlik uğurunda mübarizə aparacam. İnşallah, bu, mənim KXCP sədrliyi uğurunda son mübarizəm olacaq. Növbəti qurultaylarda namizədliyimi irəli sürmək niyyətim yoxdur. Yəqin ki, növbəti qurultayda partiyamızın potensiallı gəncləri öz namizədliklərini irəli sürəcəklər.
- Azərbaycandakı siyasi partiyalar liderin ətrafında formalaşıb. Oturuşmuş liderlər sədrlikdən gedəndən sonra partiyada parçalanmalar olur. Bəlkə bu üzdən bu dəfə sədrlikdən getmək istəmirsiz?
- Bu sizin yanaşmanızdır. Hər kəsin yanaşmasına, mövqeyinə hörmət edirəm. Müqayisələrdə özünəməxsusluq var. Amma eyni zamanda bildirmək istəyirəm ki, bu müqayisələr uğursuzdur. Mən heç kəsin adını çəkmədən demək istəyirəım ki, bizim partiyada güclü komanda var və hər kəs partiyamızın güclənməsində maraqlıdır. Bizim nəzərimizdə olan başqadır və nəzərimizdə olanları həyata keçirmək istəyirik. Mənim Azərbaycan naminə görəcəyim çox işlər var. Ona görə də daha 5 il KXCP-nin sədri olmaq iddiasındayam.
- Son günlər Azərbaycanda "müxalifətə müxalifətçilik edənlərin" sayı artıb. Bu, yaxın müddət ərzində KXCP-də də olmuşdu. Rəhbərliyə qarşı etiraz edənlər oldu. Hazırda bu proses Müsavat Partiyası və AXCP ətrafında da cərəyan edir. Bütün bunlarla bağlı mövqeyinizi bilmək maraqlı olardı.
- Bu proses hələ 90-cı illərin əvvəllərindən var. AXC-də bu prosesi yaşamışıq. Çoxları belə şeyləri indi görür, amma biz ötən əsrin sonlarından bunu yaşamışıq. Sizin sadaladığınız partiyalarda baş verənlərin hər bizi özünəməxsusdur. Biri-digərini təkrarlamır.
- Sizin keçmiş müavininiz, KXCP Salyan rayon təşkilatının sədri Ədalət Yusibov Teleqraf.com-a açıqlamasında bildirib ki, onu partiyanın ali orqanlarının toplantılarına çağırmırlar. Aranızda nə baş verir?
- Çox sağ olun, təşəkkür edirəm, başqa sualınız var?
- "Azadlıq-2015" seçki blokunda vəziyyət nə yerdədir?
- Çalışmalarımız davam edir. Dairələrdə namizədlər müəyyən edilib. Seçki qərargahı da namizədləri müəyyən edib. Hazırlıqlar davam edir.
- Seçki blokunuzun qapıları bağlanıbmı?
- Xeyr. Qapımız bütün partiyaların üzünə açıqdır. Kim istəsə, bloka qoşulmaq üçün müraciət edə bilər. Müraciət tərəfimizdən dəyərləndiriləcək. Hesab edirəm ki, cavabımız müsbət olacaq. Siyasi partiya rəhbərləri ilə görüşlərimiz, müzakirələrimiz davam edəcək. Bununla bağlı mövqeyimiz də, əməlimiz də ortadadır.
- Hakimiyyətlə dialoq məsələsi nə yerdədir?
- Bununla bağlı heç bir yenilik yoxdur. Reqlament müəyyənləşdirilib. İki aydan bir görüşün keçirilməsi nəzərdə tutulub. Görüş olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı