Söyün Sadıqovdan sərt ittihamlar
Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) fəxri prezidenti Söyün Sadıqov son vaxtlar təşkilatın daxilində gedən intriqalar və rəhbərlik arasında yaranan narazılıqlara aydınlıq gətirib.
Azerinfo.az-ın xəbərinə görə, S.Sadıqov “mediafax.ru” saytına müsahibəsində bildirib ki, “Azerros”un bəzi rəhbər şəxslərinin destruktiv mövqeyi üzündən qurumda krizis situasiya yaranıb və bu da daxili qarşıdurmalara gətirib çıxarıb. Onun sözlərinə görə, qurumda daxili fikir ayrılığı 2013-cü ildə “Azerros”un prezidenti vəzifəsindən gedəndən sonra yaşanmağa başlayıb: “Kadr dəyişikliyinin labüdlüyünü başa düşərək mən könüllü şəkildə yerimi Asif Məhərrəmova güzəştə gedərək postumu tərk etdim. Mən hətta ora getməyi də dayandırdım ki, “Azerros” kollektivi yeni prezidentlə işləsin və təkcə tədbirlərə qatıldım. Lakin Məhərrəmov və Ağsaqqal Şurasının sədri Abbas Abbasov regionlarda Azərbaycan təşkilatları və sadə insanlarla bağlı işlərdə yanlış taktika seçdilər. Mənə tez-tez region liderlərindən qeyd etdiyim şəxslərin təkəbbürlü davranışı ilə bağlı şikayətlər gəlməyə başladı. Bundan başqa, təşkilatın özündə də cənab Məhərrəmovun idarəetmə metodundan “ağlamağa” başladılar. Federal Şuranın sədri Mehriban Sadıqova bir neşə dəfə mənimlə görüşdü və xahiş etdi ki, mən özlərində insanları təhqir etmək haqqı görən Məhərrəmov və Abbasova təsir edim. Mən dəfələrlə Ağsaqqallar Şurasının sədri kimi Abbasovu xəbərdar etdim ki, “Azerros”da vəziyyət çox çətindir, təşkilat dağıla bilər”.
Sadıqovun sözlərinə görə, dediklərinin əksinə olaraq Abbasov Məhərrəmovun idarəetməsindən narazı olanlara qarşı intriqa aparmağa başlayıb. O bildirib ki, təzyiqlərdən sonra Məhərrəmov öz istəyi ilə postundan gedib, lakin Abbasov ağsaqqal kimi konqresdə iştirak etməkdənsə, hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək bunun qarşısını almağa çalışıb, lakin bacarmayıb: “Abbasov öz xalqından qorxdu və konqresə federal Şuranın üzvlərini buraxmadı. Özünü öz həmvətənlərindən qorumaq üçün oraya polis, OMON dəvət etdi və dağıstanlı uşaqlardan ibarət mühafizəçilər tutdu. Onlarla konqresə gələn FŞ üzləri arasında az qala dava düşmüşdü. Görünür, Abbasov ictimai təşkilatla biznesi və ya şəxsi mülkünü səhv salıb. Bu insan özünü kospolit kimi aparır, nə öz xalqını, nə vətənini, nə də yaşadığı ölkəni sevir. Dövlət məmurları və OMON-un köməyi ilə lider olmaq olmaz”
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı