“ABŞ Azərbaycanda inqilab istəmir”
Siyaset
Oxunub: 1 704
19 fev 2015 | 11:54
“ABŞ Azərbaycanda inqilab istəmir”



“Viktoriya Nulandın səfərinin hansı dövrə düşdüyünü birinci növbədə dəyərləndirməliyik. Çünki 1990-cı illərin əvvəllərindən iki ölkənin əlaqələri bölgənin siyasi arxitekturasının, iqtisadi həyatının və yeni təhlükəsizlik sisteminin bərqərar olması baxımından çox əlamətdar olub. Məhz ABŞ-ın Azərbaycanın yerləşdiyi bölgəyə maraq göstərməsi fonunda neft müqavilələri ərsəyə gəldi”.

Azerinfo.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, Nulandın səfəri Azərbaycan-ABŞ münasibətlərindəki soyuqlaşmanın, qarşılıqlı siyasi bəyanatların və informasiya qarşıdurmasının olduğu bir şəraitə düşüb:

“Deməli, bütün bu məsələlər müzakirələrdə yer alıb. Verilən mesajlar sübut edir ki, Amerika tərəfi Bakının çağırışlarını adekvat dəyərləndirib. Əslində, Azərbaycanın Qərbdən tamam fərqli istiqamətə çevrilmədiyini o zaman da qeyd etmişdik. Guya Rusiya və İranla yaxınlaşmaq üçün Amerikanı məqsədli şəkildə hədəfə çevirmişik deyən rəy sahiblərinin mövqeyinin yanlış olduğu bir daha sübut olundu. Azərbaycanı son bir ay ərzində iki dəfə xüsusi dinləmələrə məruz qoyan Konqress təmsilçilərinin və QHT sektor nümayəndələrinin bəyanatlarının Amerika administrasiyasının siyasi xəttinə təsir etmədiyini göstərdik. Bakıda keçirilən dinləmələrdə qətiyyən ABŞ-ın dünyadakı gücünə və roluna münasibətdə qeyri-real fikirlər söylənilmədi. Münasibətlərə nələrin zərbə vurduğu haqda dialoq istənildi. Artıq görünən budur ki, bütün bu məsələlərin anlayışla qarşılanması baş verir. Yəni ABŞ tərəfindən hədələyici tonda münasibətləri davam etdirmək, qarşılıqlı siyasi savaşı gücləndirmək mövqeyi tutulmur. Yeni səfirin təyin olunması və Nulandın görüşləri bu cəhətdən əhəmiyyətlidir”.

“Ölkəmizdə bir ovuc QHT sektorunu himayə olunmuş qaydada müdafiə etməklə Azərbaycana onların üzərindən münasibət qurumağın yanlışlığı da görünür, artıq ABŞ tərəfindən qəbul olunub”, - deyə, Zahid Oruc bildirib.

Millət vəkili bu səfərin və görüşlərin bölgədəki situasiyaya təsir göstərəcəyini vurğulayıb:

“Nulandın daimi bir strukturun formalaşacağı və bunun Avropa Şurasına paralel işləyəcəyi ilə bağlı yanaşması onu göstərir ki, müxtəlif məsələlər birbaşa təmasların hesabına ortadan qaldırıla bilər. Yəni bəzən məsələləri sadəcə media üzərindən çözmək istəmək ciddi problemlərə yol açır. Ona görə də belə bir şuranın və daimi fəaliyyət göstərən dövlət komissiyalarının birgə qurumu gələcək əlaqələrə müsbət təsir göstərəcək. Ən önəmlisi Amerikanın Azərbaycanda müxtəlif daxili proseslərə mənfi yön vermək haqqında mövqeləridir ki, bununla da bağlı açıq və dəqiq bir yanaşma sərgilənib. Bu mövqeyə görə, ABŞ Azərbaycanda inqilab istəmir, bunun mənfi nəticələrini görür və həm də bunun üçün heç bir zərurətə ehtiyac yoxdur. Nulandın ölkəyə gəlişi cənab Prezident və Elmar Məmmədyarovla görüşü ABŞ-Azərbaycan münasibətlərində problemləri aradan qaldırmağa şərait yaradacaq, Qərblə münasibətlərə təsir göstərəcək və süni vasitələr, müxtəlif geosiyasi və iqtisadi maraqlarla Azərbaycanı təzyiq altında saxlamaq istəyənlərin çox yanlış olduqlarını göstərəcək. Bununla da bölgədəki situasiya dəyişəcək”.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi