Aslanı pişiyə döndərəndə - Ukrayna nümunəsi
Şəhərdəki ukraynalı əsgərlər məhv olmaq üzrədirlər. Hökumət daha bu faktı ört-basdır edə bilmir. Poroşenko təcili surətdə Obamaya zəng edib silah istəyir. Döyüş meydanları vurulmuş Ukrayna texnikası ilə doludur. Bəs Ukrayna ordusunun məğlubiyyətinin səbəbi nədir?
Düşünmürəm ki, rus separatçıları say üstünlüyünə malikdirlər. Putin hələ o dərəcədə ağlını itirməyib ki, nizami qoşunları yeridib say üstünlüyü qazansın. Düzdür, separatçılar tərəfində vuruşanlar peşəkar rus əsgər və zabitləridir. Ancaq ukraynalılar da həvəskar deyil axı. Sovet vaxtı azərbaycanlılardan fərqli olaraq, ukraynalılar "stroybatlar"da deyil, döyüş batalyonlarında xidmət keçirdilər. Hər bir hərbi hissədə onlarla ukraynalı zabit olurdu.
Qarabağ müharibəsi zamanı yüzlərlə ukraynalı tərəfimizdə vuruşurdu. Əsgərlərimizə texnikadan istifadə etməyi öyrədirdi, erməni mövqelərini təyyarədən bombardman edənlərin də arasında xeyli ukraynalı vardı. Döyüşkənliklərinə, mərdliklərinə söz yox idi.
Gələnlərdən ikisi ilə dost idim. Ağdam istiqamətində döyüşürdülər - Qavriş və Butiç. Hər ikisi Kiyevdən idi. Arada dincəlmək üçün Bakıya gəlirdilər. Onları Bakı Dəniz Vağzalının barında qonaq edirdim. İlk dəfə çörək kəsəndə araq dolu badəni qaldırıb "Za Karabax" dedim. Qavriş düzəliş verdi: "Ölənlərin ruhunu da yad edək". Çox danışmırdıq. Sadəcə, içir və həlak olan dostları xatırlayırdıq. Butiç sağ-salamat evinə qayıtdı, Qavriş isə itkin düşdü. Çox güman ki, həlak oldu, həmişəlik Azərbaycanda qaldı.
Sonradan Çeçenistan müharibəsi oldu. Ukraynalılar Qroznıya gəlib yenə ruslara qarşı vuruşdular. Bəs bu döyüşkən millət niyə öz vətənini qoruya bilmir?
Poroşenko hökuməti bizim AXC hakimiyyətini xatırladır. Başıpozuqluq və xaos. Onu hakimiyyətə gətirən oliqarxlar müharibədən geninə-boluna qazanır. Orduda korrupsiya dəhşətli hala çatıb. Müharibə dibsiz burulğandı, onun içində saxta yolla minlərlə ton yanacağı, hərbi texnikanı "silib" batırmaq olar. Müharibə kimlərisə milyonçu edir. Bir dahinin dediyi ki, "Müharibəni varlılar sifariş edir, ölənlər isə orta və kasıb sinfin uşaqları olur".
Hətta NATO-nun Ukrayna nümayəndəsi Aleksandr Lapko da etiraf etdi ki, orduda korrupsiya pik həddə çatıb. Ukraynalı gənc ordudan yayınmaq üçün 2 min dollar ödəməli olur. Hətta orduya getsə belə, yenə xərcə düşür. İşlək avtomat və yararlı silah-sursat üçün pul ödəməli olur. Bir ara orduya Amerika zirehli jiletləri gətirmişdilər. Rus güllələri bu zirehli jiletləri pendir kimi dəlib-keçirdi.
Nizami qoşunlardan fərqli olaraq, oliqarxların təşkil edib, Maydan fəallarından ibarət olan batalyonları yaxşı təchiz olunub. Ancaq onlar Müdafiə Nazirliyinin əmrlərini bir o qədər saymır, müstəqil əməliyyat keçirirlər. Poroşenko onlardan qorxur. Bacara da bilməz. Üstlərinə getsə, oliqarxlar eynən Surət Hüseynov kimi batalyonları cəbhədən geri çəkib hakimiyyəti devirə bilər.
Ukraynalıların məğlubiyyətinin əsas səbəbi xəyanətdir. Ordunun keçirəcəyi əməliyyatları sanki qabaqcadan ruslara ötürənlər var. Odur ki, ağır itkilər baş verir.
Ukrayna tərəfindən vuruşan Elşən Cavadzadənin son hadisələrlə bağlı sosial şəbəkədə yazır ki, Ukrayna əsgəri qorxaq deyil, Kiyevdə oturan, generalitet arasında olan xainlər ucbatından məğlub oluruq.
Debaltsevoda bir aya yaxındır ki, 8 min ukraynalı mühasirəyə düşüb. Onları mühasirədən çıxarmaq üçün rəsmi Kiyev əlini ağdan-qaraya vurmur.
Bu müharibədə görünən odur ki, Ukrayna uduzacaq. Ola bilsin ki, atəşkəs əldə edilsin. Ancaq qondarma "DXR" və "LXR" ləğv edilməyəcək. De-fakto müstəqil olacaqlar. Arada atəşkəs pozulanda isə ATƏT sadəcə "narahat" olacaq.
Yanukoviçi qova-qova namərd etdilər. Halbuki o, bu situasiyanı görürdü və Avropa İttifaqına qoşulmaqdan imtina edəndə açıq demişdi ki, Rusiya bizi təhdid edir. Guya o, öz vətənini Poroşenko, yaxud Yasenyukdan az sevirdi? Sevməsəydi, Maydanı qan gölündə boğardı. Onun dövründə Ukrayna bütöv ölkə idi, ölkə ərazisindən keçən qaz kəmərindən oğuluq edib babat dolanırdılar. Ukrayna Rusiya kimi nəhəng bazarı da itirdi. Üstəlik Krımı.
Parçalanmış və zəifləmiş ukraynalılar Avropaya çoxmu gərəkdir? Onları açılmış qucaqla heç kim gözləmir. Bu yaxınlıqda bir ukraynalı qadın miqranta həsr edilmiş klip gördüm. Qadın Macarıstanda bir evdə qulluqçu kimi işləyir. Ona münasibət yaxşı deyil. Bir gün ev yiyəsi riyazi məsələni həll edə bilmir. Qulluqçu qadın ona kömək edir. Məlum olur ki, bu qadın ali məktəbdə riyaziyyat müəllimi olub. İşsizlikdən gəlib qulluqçu kimi xaricdə çalışır. Bax belə, ikinci növ adam kimi...
http://publika.az
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi