Maaşları millət vəkillərini qane etmir - Görün özdə kimlər
Siyaset
Oxunub: 4 040
2 noy 2017 | 00:58
Maaşları millət vəkillərini qane etmir - Görün özdə kimlər












Milli Məclis gələn ay Azərbaycanın 2018-ci il üzrə büdcə zərfini müzakirəyə çıxaracaq. Artıq bəzi sahələr üzrə ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb. Ancaq şübhəsiz ki, bunlar son rəqəmlər deyil və plenar iclasın müzakirələrindən sonra dəyişikliklər mümkündür. Bəs, Milli Məclis üzvləri necə, hökumətin iştirakı ilə keçiriləcək komitə və plenar iclasın müzakirələri zamanı deputat maaşının artırılması barədə təşəbbüslə çıxış edəcəklərmi? Xatırladaq ki, vaxtaşırı deputatların özləri də maaş azlığından şikayətlənir. Bu mənada devalvasiya, bahalığın tüğyan etdiyi şəraitdə onların özləri ilə bağlı məsələ qaldırıb-qaldırmayacağı maraq doğurur.

Gununsesi.info xəbər verir ki, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu məsələnin gündəmə gətirilib-gətirilməyəcəyi barədə bilgili deyil: “Hazırkı maaş başqa ölkələrin parlamentləri ilə müqayisədə çox aşağı olsa da, müəllimin, həkimin, məmurun aldığı maaşın, təəqaüdçünün pensiyasının aşağı olması durumunda belə bir təkliflə çıxış etməyi məqsədəuyğun saymıram”.

Deputat Yevda Abramov hazırkı əmək haqqından razı deyil: “Açığını desəm, indiki maaş qane eləmir. Amma ətrafımızdakı digər insanların, kateqoriyaların ümumi əmək haqqı kontekstindən baxanda, mənə belə gəlir ki, bizim öz maaşımızla bağlı təklifi səsləndirməyimiz digər təbəqələri qıcıqlandıra bilər. Amma bəs eləmir. Mən ayda 4-5 dəfə Qusarda, 4 dəfə Qubada oluram. İndi özünüz fikirləşin, benzin, başqa məsələlər xərc tələb edir. Baxmayaraq ki, bizdə yüksək maaşdır. Amma oxucu bunu başa düşə bilmir. Deyirlər ki, biz acından qırılırıq, bunlar özlərinin problemlərinə necə yanaşırlar. O mənada mən bu məsələni qaldırmağa hardasa bir xəcalət hissi keçirirəm. Baxmayaraq ki, ehtiyacımız var”.


Y.Abramov dedi ki, aldığı maaş 1700 manat maaş alır: “Hələ mən komitə sədrinin müaviniyəm”.

Deputat dedi ki, deputatların vaxtaşırı xarici ölkələrə səfərlər etməsini də nəzərə almaq lazımdır: “Bu gün nəzərdə tutulan vəsait bir sıra ölkələrin mehmanxana xərclərini ödəmir. Məsələn, Yerusəlim şəhərində ən ucuz mehmanxana 400-500 dollardır. Burda verilən vəsait sənin yeməyinə və yatmağına bəs etmir. Amma elə ölkələr var ki, orda vəziyyət fərqlidir. Amma ümumilikdə nə edək, xalqın güzəranı bizdən də pisdir”.

Deputat büdcə müzakirələrində xalqın durumu ilə bağlı məsələ qaldıracağını istisna etmədi: “Nə vaxt olub ki, mən çıxışlarımda özümçün nə isə istəmişəm? Həmişə xalq üçün nələrsə deməyə çalışmışam. Bu dəfə də qismət olar, yazılarıq, danışarıq”.

“Bugünkü maaşım məni qane edir. Maaşım 1800 manatdır, bundan əlavə xərclər var. Ümumilikdə 2 minə yaxındır”. Bu fikirləri isə deputat Araz Əlizadə söylədi. Onun sözlərinə görə, indiki halda deputat maaşı qaneedicidir: “Bilirsinizmi, hər şey nisbətdə ölçülməlidir. Kimsə öz maaşını başqa ölkələrin deputatları, konqresmenləri ilə ölçürsə, bu, düzgün deyil. Onlar öz maaşlarını müəllimlər, həkimlər və s. müqayisə etməlidirlər”.
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!