Generalın həbs edilən bacısı oğlu kimdir? — FOTO
Siyaset
Oxunub: 834
26 okt 2017 | 14:54
Generalın həbs edilən bacısı oğlu kimdir? — FOTO













Bakıda məhbusların qaçması faktı ilə bağlı həbs olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı, qarovul rəisi Ceyhun Səmədov şəhid ailəsinin üzvüdür.
"Ölkə.Az"ın "Report"a istinadən məlumatına görə, C.Səmədovun qardaşlarından biri - Gülümxan Hüseyn oğlu Səmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda döyüşlərdə şəhid olub. Belə ki, 1994-cü ilin martın 21-də Daxili Qoşunların kəşfiyyatçısı kimi ermənilərlə döyüş zamanı Gülümxan Səmədov əsgər yoldaşları Faiq Rzayev və Tofiq Abdullayevlə birgə minaya düşərək, dünyasını dəyişib. G.Səmədov Bakının Keşlə qəsəbəsindəki şəhid qəbiristanlığında torpağa tapşırılıb. Hazırda Keşlədə ailə üzvlərinin yaşadığı evə xatirə lövhəsi vurulub.

Çoxuşaqlı ailənin övladı olan C.Səmədov əvvəllər daha iki qardaşını itirib. Qardaşlarından daha biri - Rafael Səmədov da hərbi xidmət vaxtı bədbəxt hadisə nəticəsində vəfat edib.

Qardaşı Oqtay Səmədov "Report"a qeyd olunan məlumatları təsdiqləyib. O, hazırda istintaq getdiyi üçün açıqlama vermək istəmədiyini, lakin iki qardaşını Vətən yolunda itirən, şəhid ailəsinin üzvü olan C.Səmədovun dövlətin qanunlarına zidd əmələ yol verməsinə inanmadığını bildirib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Kriminal aləmdə tanınan Ə.Ağaminin “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb,

Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ceyhun Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.
Generalın həbs edilən bacısı oğlu kimdir? — FOTOGeneralın həbs edilən bacısı oğlu kimdir? — FOTOGeneralın həbs edilən bacısı oğlu kimdir? — FOTOGeneralın həbs edilən bacısı oğlu kimdir? — FOTOGeneralın həbs edilən bacısı oğlu kimdir? — FOTO
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!