Məmur övladları nəzarətə götürülür - İDDİA
Prezident İham Əliyev bütün məmurlara ərköyün övladları ilə bağlı son və ciddi xəbərdarlığını edib. Əgər bundan sonra onlardan hər hansı biri avtoxuliqanlıq və ya digər qanunsuzluq edərsə, o cümlədən ictimai yerlərdə nümunəvi davranmazsa, o zaman kimliyindən asılı olmayaraq, həbs ediləcəklər.
Bu sözləri “Reytinq”ə adının çəkilməsini istəməyən vəzifəli şəxslərdən biri deyib. Onun sözlərinə görə, bu xəbərdarlıq əslində bir müddət əvvəldən icra edilməyə başlayıb.
Mənbəmiz, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin oğlunun ötən il restoranda dava saldığını xatırladaraq bildirib ki, həmin vaxt generalın oğlu həbs edilib, bir müddət sonra isə özü vəzifəsini itirmək məcburiyyətində qalıb.
Məlumatda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun iyul ayında avtobus sürücüsünü döyən oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində daha geniş müzakirələrə səbəb olmaqla, bu məsələnin aktuallığını artırıb: “Avqustun 3-də isə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev törətdiyi qəzaya görə həbsə atıldı. Düzdür, Rüstəm Orucovdan fərqli olaraq, Nail Allahverdiyevin nə atası, nə də babası cəzalandırıldı. Halbuki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov oğluna görə vəzifəsindən də azad edilib. Hələlik hər iki ərköyün gəncin istintaqı davam edir. Güman edirəm ki, onara cəza veriləcək”.
Məlumatli şəxs bildirib ki, Ə.Həsənovun nəvəsinin həbsi və üzləşdiyi problemlərdən sonra məmurlar ölkə başçısının xəbərdarlığının daha ciddi hal alacağının fərqinə varıblar:
“Artıq yüksək vəzifəli məmurların əksəriyyəti övladlarını ciddi nəzarətə götürüblər. Bir neçə nazir və komitə sədrinin övladlarına hətta əlavə mühafizəçı də ayrılıb. Həmin mühafizəçi gün ərzində onların övadlarını nəzarətdə saxlayır, xırda bir sıxıntı olan kimi valideynlərinə məlumat verirlər. Qəribə görünsə də, onlar bununla ərköyün övladlarının başlarına bəla olmasını əngəlləmək istəyirlər”.
Məlumatlı şəxsin sözərinə görə, övladları avtoxuliqanlığa meyilli olan məmurlar daha çox narahat olmağa başlayıblar:
“Artıq bir sıra nazirlər, o cümlədən icra başçıları “maşın xəstə”si olan övladlarına qadağa qoyublar. Məsələn, Gənclər və idman naziri Azad Rəhimov oğluna “bundan sonra ortalıqda az görün”,- xəbərdarlığını edib. Yəni, demək olar, məmurların əksəriyyəti ərköyün böyütdükəri övladlarına görə indi çox narahat olurlar”.
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!