"500-dən çox adamı Həccə göndərmişəm" - Şeyxin qudası

Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı hacı Qalib Salahzadə Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün 2000 rial (535 dollar) məbləğində vergi tətbiq etməsi məsələsinə münasibət bildirib.
Q.Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, sözügedən addım Həccə gedənlərin sayında azalmaya səbəb olmayacaq:
"Həcc ziyarəti Allahın istəyi ilə reallaşır. Allah istəməsə, heç kəsin ziyarəti baş tutmaz, qəbul olunmaz. Ona görə də mən bu cür addımların zəvvarların sayına ciddi təsir edəcəyini düşünmürəm. Yenə də deyirəm, hər şey Allahın istəyi ilə mümkün olur".
Keçmiş deputat Səudiyyə Ərəbistanı hökumətinin bu qərarının onu da Həcc ziyarətindən çəkindirmədiyini söyləyib:
"Allah istəmədən mən Həcc ziyarəti edə bilməzdim. Allah istədiyi üçün bu baş tutur. Ona görə də bu cür qərarlar məni çəkindirə bilməz. Qismət olsa, bu il də Həcc ziyarətinə gedəcəm. İndiyədək Həcc ziyarətində çox olmuşam. Hətta, 2 dəfə Kəbə Evinin içərisində olmuşam. Bu qədər Həcc ziyarətində olmaq hər adama nəsib olmur. Allaha yaxın olduğum üçün bunlar reallaşır. Elə olub ki, mən bir gündə Məkkə və Mədinəni ziyarət edib Bakıya qayıtmışam. Bir dəfə anam məni görüb dedi ki, ay bala, bəs sən Həcc ziyarətinə getmədin? Dedim, artıq gedib qayıtmışam. Yəni, anam da mənim bir gün ərzində Məkkə və Mədinəni ziyarət edib, Bakıya qayıtmağıma təəccüblənmişdi".
Q.Salahzadə onu dəfələrlə Həcc ziyarətinə getməkdə qınayanlara da cavab verib:
"Məni Həcc ziyarətinə çox getməkdə, kasıblara kömək etməməkdə qınayırlar. Ancaq həmin adamlar bilmirlər ki, mən hər zaman kasıbların yanında olmuşam, imkansız adamlara əl tuturam. İndiyədək 500-dən çox imkansız adamı Həcc ziyarətinə göndərmişəm. Məgər bu kasıba kömək deyil? Digər tərəfdən isə mən onlara maddi kömək etsəm də, əsas Allah onların ziyarətini reallaşdırıb. Yoxsa ki, mən kiməm! Allah istəməsəydi, mən onlara kömək edə bilməzdim və onların Həcc ziyarəti baş tutmazdı".
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!