Ziya Məmmədovun qardaşına sərt cavab - "Qardaşın "kaznit" ediləndə niyə səsin çıxmırdı?!"
Siyaset
Oxunub: 806
11 avq 2017 | 13:08
Ziya Məmmədovun qardaşına sərt cavab - "Qardaşın "kaznit" ediləndə niyə səsin çıxmırdı?!"













"Qardaşın "kaznit" ediləndə niyə səsin çıxmırdı?!"

Keçmiş millət vəkili, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun müsahibədə işlətdiyi bəzi fikirlərə cavab verib.

O, özünün facebokk səhifəsində bu barədə yazıb. H.Abdullayevun həmin statusunu kiçik ixtisarla dərc edirik.

Əziz həmvətənlərim!!!

Mən şübhə etmirəm ki, sizlər ölkə daxilində baş verən prosesləri, eləcə də heç bir əxlaq çərçivəsinə sığmayan biabırçılıqları diqqətlə izləyirsiniz. Elə bu baxımdan da hadisələrə detallı fikir bildirməyə ehtiyac görmürəm.

Lakin iki gün öncə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və bir vaxtlar güya “millət vəkili'' olmuş Elton Məmmədovun başından böyük verdiyi bir açıqlamasına diqqət yetirmənizi xahiş edirəm. Deməli, “adam” xaricdə yaşayan bütün soydaşlarımızı şərəfsiz adlandırır. Hesab edirəm, bu açıqlamanın nə qədər provakativ olub-olmamasından asılı olmayaraq, fikir bildirməliyəm.

Əvvəla, onu deyim ki, öz ana yurdunu tərk etməyə məcbur qalan muhacirlərin şərəfinə şübhəylə baxan insanların nəsli, sülaləsi və var-yoxları şərəfsizdir. İkincisi, ey şərəf lövhəsində ən yuxarıda duran zat, əgər elə cəsarətlisənsə, niyə qardaşı “kaznit” ediləndə, cəzalandırılanda, sənin cınqırın belə çıxmadı?!. Yoxsa səsin tutulmuşdu, ay bədbəxt?!.

Mən 2007-ci ildə millət vəkili olarkən (yəni Almaniyada deyil, elə Azərbaycanda yaşayarkən) hökümətin yarıtmaz fəaliyyətini üzünə tənqid etdiyimdə, sənin kimi “divarzadələr” mənə qarşı çıxıb, parlamentdə mənimlə baglı çağırılmış “fövqaladə iclas”da həbs olunmağımı tələb etdiniz. Məgər mən bilmirdimmi hakimiyyəti tənqid etdiyim üçün həbs ediləcəm? Və yaxud bilmirdimmi ki, mənim də mülkiyyətimə həbs qoyulacaq? Əlbətdə bilirdim, özü də çox yaxşı bilirdim. Amma həmin vaxt qarşımda iki həyati önəm daşıyan seçim var idi: ya özümü təsdiq edib, mənliyimi və bütün var dövlətimdən üstün olan adımı qorumaq, ya da nəfsimə təslim olub sürünərək, eyni zamanda öz gözümdən düşərək kölə hayatını davam etmək. Onu da tam səmimiyyətimlə qeyd edim ki, çəkdiyim bu əziyyətlərə və bəzən də qəlbimdə acı iz buraxan xatirələrə baxmayaraq, xoşbəxtəm. Çünkü bu günə kimi öz keçmişimdən utanacaq və kiminsə qarşısında xəcalət çəkəcək heç bir addım atmamışam. Və ən əsası ona görə ki, mənsub olduğum və canım qədər sevdiyim Azərbaycan xalqına xəyanət etməmişəm. İndiki hakimiyyətdən fərqli olaraq. (Musavat.com )
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR