İcra hakimiyyətlərində islahat anonsu: hökumət qərar verir
Siyaset
Oxunub: 785
31 iy 2017 | 10:06
İcra hakimiyyətlərində islahat anonsu: hökumət qərar verir














2016-cı ildə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir çox dövlət qurumlarında ciddi yeyinti faktları aşkarlandı. Ümumiyyətlə, Hesablama Palatasının verdiyi məlumatlardan belə görünür ki, bu gün bir çox qurumlarda dövlət vəsaitinin mənimsənilməsi halları baş verir. Palatanın yaydığı məlumatlarda göstərildi ki, 14 İcra hakimiyyətində büdcə vəsaitinin mənimsənilməsi faktı qeydə alınıb. Bunlar Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdir. Sonradan Palata bu hesabatları Milli Məclisə təqdim etdiyini bildirdi. Qanunvericiliyə görə Milli Məclisin araşdırmalarından sonra bu yöndə müvafiq tədbirlər görülməli idi.

Bu günlərdə isə daha bir neçə İcra hakimiyyətində yeyinti faktları aşkarlanıb. Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Yoxlamalar nəticəsində Mingəçevir, Lənkəran, Beyləqan, Laçın, Neftçala və Şəki İcra hakimiyyətlərinin bir sıra xərcləmələrində nöqsanlar aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq aidiyyatı üzrə Baş Prokurorluğa müraciət göndərilib.

Bəs nöqsan aşkarlanan İcra hakimiyyətlərini nə gözləyir? Baş Prokurorluğa göndərilən işlərin sonu necə olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “Təəssüf ki, Hesablama Palatasının, Maliyyə Nazirliyinin və büdcəyə nəzarət edən qurumların apardığı yoxlamaların nəticə olaraq cinayət işinin başlanmasına səbəb olmur. Halbuki qanunvericilikdə də nəzərdə tutulub ki, büdcəyə nəzarət edən qurumların rəyi əsasında birbaşa cinayət işinin başlanılmasına və müvafiq istintaq işlərinin aparılmasına start verilməlidir. Təəssüf ki, bu yoxlamalar çox az hallarda cinayət işinin başlamasına səbəb olur. Bunun da bir sıra səbəbləri var ki, İcra Hakamiyyətlərinin bu cür fəaliyyətlərinə göz yumulur. İca hakimiyyətləri bir sıra məsələlərdə, seçki və digər proseslərdə önəmli rol oynayır.

“Əl əli yuyar, əl də üzü” yanaşması var ki, bu da çox səhfdir. Dövlətin özünün əsaslarını sarsıdan yanaşmadır. İcra hakimiyyətlərinə ciddi nəzarət mexanizmi olmalıdır. Bunun sivil yolu təbii ki, İcra hakimiyyətlərinin ləğv olunması, şəhər və rayon bələdiyyələrinin yaradılması və vətəndaş nəzarətinin gücləndirilməsidir. Azərbaycan reallığında isə bunu qısa zamanda həyata keçirmək mümkünsüz görünür. Ona görə də ən azından İcra hakimiyyətlərinə ictimai və dövlət nəzarətinin gücləndirilməsi üçün şərait yaradılmalıdır. Əslində obrazlı desək, korrupsiyaya qarşı mübarizə idarələrinin, mexanizmlərinin yaradılmasından daha vacib, effektli olan media nəzarətidir. Bütün dünya bu yollardan keçib. Heç bir inkişaf etmiş demokratik ölkədə korrupsiyaya qarşı mübarizə idarəsi yoxdur.

Ümumi cinayətkarlıqla mübarizənin tərkib hissəsidir və medianın, ictimaiyyətin gücündən istifadə olunur. Azərbaycanda isə təəssüf ki, belə deyil, amma bu cür olması daha çox effekt verərdi. İcra Hakimiyyətlərinin şəffaf fəaliyyəti üçün ya bu qurum seçkili olmalıdır, ya da medianın, ictimaiyyətin nəzarəti altında olmalıdır. Azərbaycan büdcəsi, iqtisadiyyatı elə bir vəziyyətdədir ki, büdcədən ayrılan vəsaitdən mənimsənilən hər bir qəpik dövlətin qaldıra biləcəyi yük deyil. Çünki bu iş yerlərinin azalması, inflyasiyanın sürətlənməsi, iqtisadi aktivliyin zəifləməsi deməkdir. Bütün bunlar daha ciddi nəzarət altında olmalıdır. Ümumiyyətlə, icra strukturlarında daha ciddi islahatlara ehtiyac var”.
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!