Qarabağ savaşı: Qələbə üçün son tarix - "Bir həftəyə torpaqlarımız tamamilə azad..."

Abuzər Əbilov: “Ordumuzun gücü bir həftəliyə bəs edir ki, torpaqlarımızı tamamilə azad edək”
Emin Həsənli: “Ərazilərimizin neçə günə azad olunması döyüş şəraitindən asılıdır”
Məhəmməd Əsədullazadə: “Ərazilərin dağlıq relyefli olduğunu nəzərə alsaq...”
Qurban Qurbanov: “Azərbaycan Ordusu ərazilərimizi azad eləməlidi, bunun üçün zamanın mənası yoxdur”
Azərbaycan Ordusu 23 min şəxsi heyətlə genişmiqyaslı təlimlərə başlayıb.Təlimlərə 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.Təlimlər iyunun 24-dək davam edəcək.
Qeyd edək ki, Ermənistan tərəfinin kəndlərimizi davamlı olaraq atəşə tutmasının cavabı daim verilsə də düşmən ölkə bundan nəticə çıxarmır.Üstəlik təxribatlarını genişləndirməkdə davam edir. Təlimlərdə iştirak edən 23 min şəxsi heyət o qədər də az rəqəm sayılmır. İndiki təlimlər də istənilən an döyüşə çevrilə bilər. 23 min şəxsi heyət bir istiqamətdə düşmənin mövqeyini yarıb keçsə, ölkə viran qalar.Həmin sayla Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi rahatlıqla geri qaytara bilər.Bəs bu neçə gün çəkər?
Yəni Azərbaycan Ordusuna neçə gün kifayət edər ki, torpaqlarını işğaldan azad etsin?
Qarabağ döyüşçüsü, hərbi ekspert Abuzər Əbilov “Cümhuriyət” qəzetinə bildirib ki, ən azı bir həftə Azərbaycana kifayət edir ki, erməniləri ərazilərimizdən tamamilə qovaq:
“Ancaq müharibə planlaşdırılmamış çox situasiyalarla rastlaşır.Aprel döyüşlərindəki mübarizə ordumuzun baş məşqi idi.Görün neçə ildir ki, oturmuşuq, amma real müharibə ilə üzləşməmişik.Real müharibə tamamilə başqa cürdür.Real müharibəni hansısa tarixə, günə və ya müddətə yükləmək yalnış bir fikirdir.Ordumuzun gücü bir həftəliyə bəs edir ki, torpaqlarımızı tamamilə azad edək.Nüanslar necə olacaq və hansı səviyyədə nəticələnəcək, məlum deyil.Müharibə çox sürprizlərlə qarşılaşdırır.Yaxın ərazilərin relyefi düzəngahdır.Bəzi ərazilərdə maneələr var, haranı necə keçmək və nə etmək bir qədər zaman alacaq”.
Hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, ərazilərimizin neçə günə azad olunması döyüş şəraitindən asılıdır:
“Burada döyüş şəraiti nəzərə alınmalıdır. Bütün döyüş şəraiti yaradılmaqla maksimum 1 ay kifayət edir ki, torpaqlarımızı azad edək.Ermənistan ordusu nə peşəkarlıq, nə döyüş hazırlığı, nə də silah-sursat baxımından Azərbaycan Ordusu ilə müqayisə edilə bilməz.Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.Ordu quruculuğu prosesi uğurla gedir.Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir”.
Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Azərbaycan ordusu say və döyüş qabiliyyətinə görə regionda ən güclü ordudur:
“Bundan əlavə Ermənistanın ordusundan keyfiyyət və kəmiyyət baxımindan daha da üstündür.Ordumuzun ixtiyarında olan beşinci nəsil silahları Ermənistanın Rusiyanın köhnə silahları ilə silahlanmış ordusu üzərində əzici qüvvəyə sahibdir. Bunları və ərazilərin dağlıq relyefli olduğunu nəzərə alaraq ordumuzun bir ay yarım sürəcdə işğal olunmuş əraziləri qaytara biləcəyini əminliklə söyləmək olar”.
Sorğuda polkovnik Qurban Qurbanovun cavabı isə fərqli olub:
“Bu nəyəsə hesablanmış bir məsələdir. Torpaqların neçə günə azad olunması məsələsini qoymaq absurddur.Lap 5, 10,15 günün olması nə əhəmiyyət kəsb edir? Məsələnin mahiyyəti odur ki, Azərbaycan Ordusu ərazilərmizi azad eləməlidi.Bunun üçün zamanın mənası yoxdu”. (cebhe.info)
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi