Bürokratiya, süründürməçilik, qara qüvvələr... İlham Əliyev nələri dəyişir? - Dosye
Azərbaycan dövlətinin gündən-günə güclənməsi, cəmiyyətdə böyük həmrəyliyin və birliyin hökm sürməsi aydın görsənir
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik – bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir.
Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutaraq cəmiyyətdə ədalət prinsipini daim önə çəkir, hər şeyin ədalət prinsipi əsasında qurulmalı olduğunu və ədalətin pozulmasının yolverilməzliyini, əks halda, cəmiyyətin çətinliklərlə üzləşə biləcəyini xüsusi vurğulayır.
Dövlətin həyata keçirdiyi siyasətin və xalqın dövlətə münasibətinin formalaşmasında dövlət qulluqçusunun müsbət imici mühüm rol oynayır.
Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən, insanlarla düzgün ünsiyyət qurmasından asılıdır.
Azərbaycanda dövlət qulluqçularının nə dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məhz məmur-vətəndaş münasibətlərində büruzə verir.
Bu baxımdan Prezident Administrasiyasında, eləcə də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşları narahat edən məsələlərin həlli üçün görülən işlər ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olmuş və olacaqdır.
Çünki Azərbaycan vətəndaşları öz gündəlik qayğıları, özlərinin həll edə bilmədikləri problemlər barədə, ilk növbədə, dövlət qulluqçularına müraciət edirlər.
Ulus.Az-ın Analitik Qrupu yazıb ki, Azərbaycan prezidenti vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ayrı-ayrı dövlət qurumlarında yol verilən bürokratik maneələri, süründürməçilik hallarını və digər mənfi halları aradan qaldırmaq üçün, ilk növbədə, idarəetmə sistemində müasir texnologiyalardan istifadə edilməklə bu işin daha səmərəli qurulması üçün ciddi tədbirlər görülməsini təmin edir.
Hazırda Azərbaycan brendi sayılan “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən Prezident sistemin yaradılmasının əsas məqsədinin vətəndaşların rahatlığı və öz problemlərini həll etmək üçün bürokratik əngəllərlə qarşılaşmaması olduğunu qeyd edərək bu xidmətdə tətbiq olunan üsulların bütün dövlət orqanlarında tətbiqini tövsiyə edir.
Prezidentin dövlət qulluqçularından bir tələbi də budur ki, onlar ölkənin iqtisadi inkişafını sürətləndirməyə dair təşəbbüslərə dərhal reaksiya versinlər və ümumi inkişafımıza yararlı təklifləri reallaşdırmağa yardımçı olsunlar, sahibkarlığın inkişafına xüsusi dəstək göstərsinlər.
Azərbaycan dövləti 25 ildən çoxdur ki, bərpa etdiyi müstəqilliyini möhkəmlətmək, bu müstəqilliyi gözü götürməyən qüvvələrin müqavimətini dəf etmək, dərin milli-mənəvi köklər üzərində müasir dövlət qurmaq və hər bir vətənpərvər insanın fəxr edəcəyi bu ölkəni dünyaya tanıtmaq üçün böyük səylər göstərir.
Azərbaycan Prezidentinin 2017-ci ilin mayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.
Dünən, 12:08
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Dünən, 11:46
Yol polisi sürücülərə müraciət etdi
Dünən, 11:41
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Dünən, 11:37
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı
Dünən, 10:32
4 cüdoçumuz Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
Dünən, 10:29
Azərbaycanda insanlar bu qədər yaşayır - NAZİRLİK AÇIQLADI
Dünən, 10:24
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər - FOTO
Dünən, 10:19
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Dünən, 10:14
Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
Dünən, 09:00
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr
9-10-2026, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
9-10-2026, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
9-10-2026, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
9-10-2026, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
9-10-2026, 13:19
Azərbaycanda maaş artdı
9-10-2026, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
9-10-2026, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
9-10-2026, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
9-10-2026, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
9-10-2026, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
9-10-2026, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
9-10-2026, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
9-10-2026, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
9-10-2026, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
9-10-2026, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
9-10-2026, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi