Azərbaycan deputatı AŞPA-da erməni deputatın ittihamlarına sərt cavab verib
Siyaset
Oxunub: 971
18 apr 2016 | 17:05
Azərbaycan deputatı AŞPA-da erməni deputatın ittihamlarına sərt cavab veribMillət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Büronun inkişaf qətnaməsi”nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycanın ünvanına ittiham dolu çıxış edən erməni deputat Samvel Fərmanyana sərt cavab verib.
APA-nın Avropa müxbiri xəbər verir ki, Q. Paşayeva erməni deputatın ittihamlarının şər və böhtandan başqa bir şey olmadığını sessiya iştirakçılarının diqqətinə çatdırıb: "Mən burada başqa çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməli olduğumuzdan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Fərmanyanın ölkəm əleyhinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm.
Mən sizlərə işğalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və son günlərdə ön cəbhədə Ermənistan hərbiçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülkü Azərbaycanlı ailənin çağırışlarını səsləndirmək istəyirəm. Aprel ayında Ermənistan atəşkəsi pozaraq mülkü azərbaycanlıları, kəndləri hədəfə alaraq onları bir neçə mülkü vətəndaşı qətl edib, çoxlu sayda evi dağıdıb. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına burada çıxış edən Fərmanyan təəssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətllərə səssiz qalaraq həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışır.
Ermənistan ordusu 2 apreldən başlayaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən atəşkəsi pozaraq hücuma keçib. Bunu xüsusilə bilmənizi istəyirik. Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu toqquşmada mülkü insanlarımızı qoruyaraq həlak olan Azərbaycan əsgərləri, hərbçiləri öz torpaqlarını qoruyurdu. Bəs Ermənistan əsgər və hərbçiləri orada nə gəzirdi? Soruşun Fərmanyandan ki, sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi vardı? Mən burda sizin yanınızda soruşuram. Cavab versin, görək, nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərək hələ də Azərbaycan torpaqlarından çıxmır. Mən Fərmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq".
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI