Paşinyan Zəngəzur dəhlizinə tələsir: İrəvan ABŞ-ni gözləmək istəmir!
Siyaset
Oxunub: 19
5 noy 2026 | 09:00
Paşinyan Zəngəzur dəhlizinə tələsir: İrəvan ABŞ-ni gözləmək istəmir!


Ermənistan Zəngəzur dəhlizi – TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsinin reallaşdırılması istiqamətində ilkin addımları özü atmağa hazırlaşır. Baş nazir Nikol Paşinyan Amerika-Ermənistan birgə şirkətinin fəaliyyətə başlamasını gözləmədən marşrut üzrə hazırlıq işlərinə start vermək niyyətindədir. Bu yanaşma Vaşinqtonun təşəbbüsü ilə razılaşdırılan layihənin Ermənistan üçün strateji əhəmiyyətini bir daha ortaya qoyur. Eyni zamanda, Paşinyanın tələskənliyi TRIPP-in reallaşmasında vaxt amilinin İrəvan üçün nə qədər vacib olduğunu göstərir. Zəngəzur istiqamətində kommunikasiyaların açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin qurulması, eləcə də regionun nəqliyyat xəritəsinin dəyişməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirdi ki, Paşinyanın son açıqlaması Ermənistanın prosesi sürətləndirməklə yanaşı, marşrutun reallaşdırılmasında təşəbbüsü və müəyyən nəzarət imkanlarını öz əlində saxlamağa çalışdığını göstərir: "Başqa sözlə, İrəvan ABŞ-nin layihədəki rolunun dominant xarakter almasında maraqlı görünmür. Azərbaycan tərəfi də Zəngəzur dəhlizinin, yaxud Tramp marşrutunun mümkün qədər tez reallaşmasında maraqlıdır və bu istiqamətdə Ermənistana müxtəlif təkliflər təqdim edir. Digər tərəfdən, ABŞ-İran qarşıdurmasının davam etməsi və regionda hərbi-siyasi gərginliyin artması Amerika şirkətinin yaxın perspektivdə layihəyə cəlb olunmasını qeyri-müəyyən edə bilər. Görünür, Ermənistan hökuməti də bu amili nəzərə alaraq gözləmə mövqeyindən çıxmağa və ilkin işlərə özü başlamağa qərar verir. Diqqətçəkən digər məqam Paşinyanın Cənubi Qafqazın gələcəyi ilə bağlı açıqlamalarıdır. O, artıq regional əməkdaşlıq platformasından çıxış edir, Cənubi Qafqaz ölkələri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafının vacibliyini önə çəkir. Bu isə Azərbaycanın uzun illərdir irəli sürdüyü regional sülh, təhlükəsizlik və əməkdaşlıq konsepsiyasının Ermənistan tərəfindən də qəbul olunmağa başladığını göstərir.

Təbii ki, bu yeni siyasi reallığın formalaşmasında Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə və regionda yaratdığı yeni geosiyasi nizam həlledici rol oynayıb. Ermənistan artıq başa düşür ki, Cənubi Qafqazda davamlı inkişaf və təhlükəsizlik qarşılıqlı əməkdaşlıqdan, kommunikasiya xətlərinin açılmasından və siyasi münasibətlərin normallaşmasından keçir.

Paşinyanın Cənubi Qafqaz ölkələrinin müəyyən fərqliliklərinə baxmayaraq, ortaq siyasi və xarici siyasət maraqlarının mövcudluğunu vurğulaması da diqqətəlayiqdir. Bu yanaşma region dövlətlərinin təhlükəsizlik və geosiyasi maraqlarının müəyyən istiqamətlərdə üst-üstə düşdüyünü göstərir. Xüsusilə Rusiya və İranın Cənubi Qafqazla bağlı siyasətindən irəli gələn risklərin regional dövlətlər üçün ortaq çağırışlar yaratması bu əməkdaşlığın əhəmiyyətini artırır".

Politoloqun fikrincə, bütün bunlar müsbət tendensiya kimi qiymətləndirilməlidir: "Ermənistan rəhbərliyi regiondakı yeni geosiyasi reallıqları daha obyektiv təhlil etməyə və praktik qərarlar qəbul etməyə başlayır. Paşinyanın Brüsseldə Cənubi Qafqazın gələcəyi ilə bağlı verdiyi açıqlamalar Ermənistanın yekun sülh müqaviləsinə və regional əməkdaşlığa münasibətində müsbət dəyişikliklərin baş verdiyini göstərir. Eyni zamanda, Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı Paşinyanın mövqeyindəki dəyişikliklər də Ermənistanın layihənin reallaşdırılmasına əvvəlki dövrlə müqayisədə daha praqmatik yanaşdığını nümayiş etdirir. Bu proseslərin davam etməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır".
Bu gün, 15:30
Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ
Bu gün, 14:22
İnternat məktəbində şagirdlər xəsarət alır, içməli su yoxdur iddiasına - İdarədən CAVAB
Bu gün, 13:35
Uşağa qulluğa görə müavinət almaq qaydasında dəyişiklik
Bu gün, 13:30
Maaşların ödənilməsi qaydası dəyişir
Bu gün, 13:27
Ev satışı ilə bağlı YENİLİK
Bu gün, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
Bu gün, 13:11
Azərbaycanda saatlıq maaş sistemi tətbiq ediləcək
Bu gün, 13:07
Ərdoğan Azərbaycana gəlir
Bu gün, 12:11
Ərzaq toplanır, işıq və internetin kəsiləcəyi deyilir – Dünya niyə panikadadır?
Bu gün, 11:18
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
Bu gün, 11:15
Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq
Bu gün, 11:10
İstilik mövsümü başlayır: 77 min manat ayrıldı
Bu gün, 11:06
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
Bu gün, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Bu gün, 10:48
Dövlət başçısı: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Bu gün, 10:45
Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO/VİDEO
Bu gün, 10:40
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanladı
Bu gün, 10:01
Şad xəbər: Pensiyalar, müavinətlər, təqaüdlər artırılır
Bu gün, 09:55
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Bu gün, 09:52
Şəhid anası faciəvi şəkildə öldü - Foto
Bu gün, 09:40
Neftimizin qiyməti 106 dollara düşdü
Bu gün, 09:00
Paşinyan Zəngəzur dəhlizinə tələsir: İrəvan ABŞ-ni gözləmək istəmir!
Dünən, 16:00
Rusiya Türk Dövlətləri Təşkilatına buraxılmır – Ankaradan önəmli şərt!
Dünən, 15:30
Türkiyədə bu məhsul qadağan edildi - Azərbaycanda da istifadə olunur
Dünən, 13:42
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Dünən, 13:37
Sabah leysan olacaq, qar yağacaq
Dünən, 13:04
Prezident və birinci xanım “AIREX 2026” sərgisi ilə tanış oldular