İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn ediləcək
Medeniyyet
Oxunub: 1 227
25 fev 2016 | 17:22
Xalq artisti bu gün səhər saatlarında keçinib.
İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn ediləcək
İlhamə Quliyeva sabah II Fəxri Xiyabanda dəfn ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, xalq artisti ilə vida mərasimi R. Behbudov adına mahnı teatrında fevralın 26-da saat 12-dən 14-ə qədər baş tutacaq.
İlhamə Quliyeva bu gün səhər saatlarında insultdan vəfat edib.

Allah Rəhmət eləsin.

*** 12:33**

Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saatlarında xalq artistinin səhhəti pisləşib. Onun ailəsindən çağırış olub. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. İlhamə Quliyeva insultdan vəfat edib.
Ə.Mirəliyevin qızı Samiranın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi. "O Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayaqlarında ağrılar olurdu. Lakin bunu büruza vermirdi".
Xatırladaq ki, bir müddət öncə xalq artisti, müğənni İlhamə Quliyeva istintaqa cəlb edilib. Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb. Xalq artistinin səhhətində problem yaranıb. Bu səbəbdən də onun ifadəsi yaşadığı evdə alınıb.
İlhamə Quliyeva: "100 baş kəsəcəm"

Ötən ilin sonunda ifaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda ittiham edib. Xalq artistinin sözlərinə görə, köməkçisi onu öldürmək istəyib. Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata da təqdim edib. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Müğənni Tükəzban İsmayılovanın qızıdır.
Bu gün, 12:21
Naxçıvanın yeni Baş naziri kimdir?
Bu gün, 12:16
Prezident bu şirkətlərin rəhbərlərini qəbul etdi - Fotolar
Bu gün, 11:41
Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı
Bu gün, 11:36
Baş nazirdən silah satışı ilə bağlı - Qərar
Bu gün, 11:32
146 kq at ətini mal əti adı ilə Bakıda satacaqdılar - Fotolar
Bu gün, 10:33
Polis əməliyyat keçirdi - Saxlanılanlar var
Bu gün, 10:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 09:51
Bəhlul və Nərimanın gedişi ilə bağlı qeyri-müəyyənlik
Bu gün, 09:46
Leyla Əliyeva Gəncə səfərindən paylaşım edib
Bu gün, 09:26
"Amerika seçkiləri saxtalaşdırılıb" - Tramp
Bu gün, 09:21
İraqa gətirilən İŞİD döyüşçüləri arasında 42 ölkənin vətəndaşları var
Bu gün, 09:15
“Rusiya Avropaya hücum etmək niyyətində deyil, lakin..." - Lavrov
Bu gün, 09:11
Mənzil bazarı: Harda bahalaşır, harda sabit qalır?
Bu gün, 09:11
"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK
Bu gün, 09:00
Ramazanın ilk gününün imsak və iftar vaxtı AÇIQLANDI
7-02-2026, 10:23
Epşteynin qardaşından şok ittiham: Cefrini Tramp öldürtdürüb
7-02-2026, 10:02
Brüssel: Ankara Cənubi Qafqazda əsas geosiyasi oyunçudur
7-02-2026, 09:55
İranda ət kreditlə satılır - FOTO
7-02-2026, 09:49
Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı
7-02-2026, 09:45
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
7-02-2026, 09:11
Avropa İttifaqı Ankaraya yaxınlaşır
7-02-2026, 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
6-02-2026, 19:43
İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
6-02-2026, 19:34
Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
6-02-2026, 16:00
Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
6-02-2026, 15:30
Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
6-02-2026, 14:22
Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...