İlham Əliyev cənablarının akademik Mikayıl Useynov və akademik Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında sərəncamı respublikanın elmi-mədəni ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının görkəmli Azərbaycan memarları, eyni zamanda elmi-pedaqoji və ictimai fəaliyyətləri ilə tanınan, AMEA-nın təsisçilərindən və ilk həqiqi üzvlərindən olan akademik Mikayıl Useynov və akademik Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında 08.10.2022-ci il tarixli Sərəncamı respublikanın elmi-mədəni ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. XX əsr Azərbaycan peşəkar memarlıq məktəbinin baniləri olan hər iki sənətkar Bakı şəhərində və ümumilikdə respublikada nəhəng memarlıq abidələrinin müəllifləri kimi ölkəmizin əsrlər boyu yaşayan memarlıq sənətinə yeni bir ruh vermişlər.
Ailə üzvlərinin verdiyi məlumata görə, bu iki memar yalnız həmkar və həm dost deyil, həm də qohum olmuşlar. S.Dadaşov M.Useynovun bacısı ilə evli olmuşdur. M.Useynovun 200-ə yaxın layihəsi həyata keçirilmişdir ki, bu layihələr üzrə yaşayış, inzibati, mehmanxana, nəqliyyat və s. binalar Moskva, Düşənbə, Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Azərbaycanın müxtəlif şəhərlərində inşa edilmişdir. Bakıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin binası, Azərbaycan Dövlət Konservatoriyası, Respublika Dövlət Kitabxanası, Elmlər Akademiyasının binaları kompleksi, Nizami adına Ədəbiyyat Muzeyi, bir sıra metropoliten stansiyaları, şəhərin ən iri mehmanxana-restoran kompleksləri və s. tikililər Azərbaycan paytaxtını indi də gözəlləşdirməkdədir. Qeyd edək ki, 1946-cı ilə qədər həyata keçirilmiş layihələr həmin il vəfat etmiş akademik Sadıq Dadaşovla birgə hazırlanmışdır. Onların yaradıcılığı, şübhəsiz ki, XX əsr Azərbaycan memarlığının inkişafına həlledici təsir göstərmişdir.
1992-ci ildə Mikayıl Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılmış və həmin qurumun ilk prezidenti alim özü olmuşdur. M.Useynovun yaradıcılığı təkcə respublikamızda deyil, beynəlxalq sənət aləmində də böyük nüfuz qazanmışdır. Təsadüfi deyil ki, o, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, İranın Müasir Memarlıq Daimi Konqresinin vitse-prezidenti və s. beynəlxalq təşkilatların üzvü, 1985-ci ildə Londonda fəaliyyət göstərən Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Dünya şöhrətli memar, alim-pedaqoq akademik 1970-ci ildə Ulu Öndərin təqdimatı ilə M.Useynov SSRİ Xalq memarı fəxri adına layiq görülmüşdür.
Akademik Mikayıl Useynov 7 oktyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmiş, akademik Sadıq Dadaşov kimi o da I Fəxri xiyabanda dəfn edilmişdir.
Milli-mənəvi dəyərlərimizə qiymət verdiyinə, qlobal problemlərin həllindən vaxt ayırıb qabaqcıl ziyalıların, o cümlədən Mikayil Useynovun xatirəsini yaşatdığına və əziz tutduğuna görə bütün Useynovlar ailəsinin adından ailənin ağbirçəyi kimi Səidə xanım Useynova və qızı Tubuxanım Qasımzadə Möhtərəm cənab Prezidentə dərin təşəkkür və minnətdarlıq hissini ifadə edir, Azərbaycan ziyalıları zümrəsinin nümayəndələri olaraq, hər zaman Prezidentin siyasi kursunu dəstəklədiklərini bildirirlər.
Dünən, 16:00
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
Dünən, 15:39
Əli Əsədovdan dəmir yolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR və Bakı-Tbilisi qatarını qimyəti bəlli oldu
Dünən, 15:30
Sabah Bakıda hava yağmursuz olacaq
Dünən, 14:58
Prezident bir qrup şəxsə medal verdi - SİYAHI
Dünən, 13:49
Paşinyan canlı yayımda SÖYÜŞ SÖYDÜ: Onları təhqir etdi
Dünən, 13:13
Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyinə hazırlaşır
Dünən, 12:54
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1500 manatdan başlayır - TAM SİYAHI
Dünən, 12:17
İçərişəhərdə "Ağıllı qoruq" konsepsiyası tətbiq ediləcək
Dünən, 12:07
NATO Hörmüzdə əməliyyata hazırlaşır, gəmilər göndərir - General
Dünən, 11:54
Azərbaycanda ən yüksək maaşı onlar ALIR
Dünən, 11:39
Saleh Səmədov 200 min manat mənimsəyibmiş
Dünən, 11:31
“Bu komandanın çəkisi ağırdır” - Qurban Qurbanov
Dünən, 11:08
Elvinin “Qarabağ”ın tədbirinə çağırılmaması müzakirə yaratdı - Yola salınır?
Dünən, 10:51
“Səs-küylü yox, uzaqgörən transfer siyasətinə üstünlük veririk” - Tahir Gözəl
Dünən, 10:46
“Google”da 25 il sonra - Yeni dövr
Dünən, 10:08
Si Cinpinlə Putin Pekində görüşdü
Dünən, 10:04
Piyada keçidindəki qəzada “AzParking” heyətindən müdaxilə - Video
Dünən, 09:54
WUF13 dünya mediasının diqqət mərkəzində - Fotolar
Dünən, 09:49
Azərbaycan nefti ucuzlaşdı
Dünən, 09:43
ABŞ İrana qarşı hərbi əməliyyatı zamanı 42 təyyarə itirib
Dünən, 09:39
Bakıdan Tbilisiyə qatarların hərəkət qrafiki açıqlandı
Dünən, 09:00
İran-Azərbaycan sərhədində avtomobil keçidi ilə bağlı yeni qərar
19-05-2026, 21:26
Prezidentə Fəxri doktor adı verildi
19-05-2026, 16:00
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
19-05-2026, 15:30
Kreditlə həccə getmək olar? — AÇIQLAMA
19-05-2026, 14:22
Tehrandan Ağ Evə xəbərdarlıq: Bu halda, ABŞ-ni təslim olmağa məcbur edəcəyik
19-05-2026, 13:30
Bakı-Tbilisi xətti yenidən işə düşür - Ailələr daha rahat görüşəcək