Qəmişlogiya: Di, indi qəmişinizi çəkin…
Medeniyyet
Oxunub: 1 257
25 noy 2015 | 08:30
Qəmişlogiya: Di, indi qəmişinizi çəkin…













Yazı satirik, yumoristikdir, gülmək üçün yazılmışdır, mövzu aktualdır, realdır, lakin əsəbləşməyin, hirslənməyin… Gülüş hər kəsə yaraşır və ömrü uzadır…

İnsandan əl çəkməyən, onu daim narahat edən, həyasız, üzsüz, “xoşniyyətli” və hər şeyi bilmək istəyən insana qəmiş deyilir… Qəmiş insanları mədəni şəkildə yola salmaq istəyəndə, o, qəmiş insan şüvən insana çevrilir…

Qəmiş sözünün kökü qamışdan gəlir, qamış otunun xüsusiyyətləri insana keçdiyindən, qamış otundan keçən xəstəliklə yoluxmuş insana qəmiş deyirlər…

Qəmişləri öyrənən elmə qəmişlogiya deyilir… Qəmiş insanları öyrənməmiş, müşahidə etməmiş, təhlil etməmiş, onların kimliyini, niyyətlərini bilmək və onlarla mübarizə aparmaq çətin olur…

Qəmiş insanlar bezdirici, darıxdırıcı, yorucu, inad, qırsaqqız , zəhlətökən təbiətə malikdirlər…

Qamış kimi qəmiş insanların da içi boş olur, uzadırlar işi və sözü, kök atıb, yoluxdururlar, yayılırlar xəstəliyin epidemiyası kimi…

Qamış bataqlıqda da bitir, alaq otu kimi bir bitki sayılır… Qəmiş insanlar da bataqlığa düşən, alçaq və uçurumda olan, səviyyəsiz insanlar olur, alaq otu kimidir, kökündən vurmasan, baltalamasan, üzündən qopartsan, yenidən bitəcək, yayılacaqdır… Kökündən çıxartmaq və yerini elə dağlayıb yandırmaq lazımdır ki, birdə bitməsin qamış kimi… Dərs olsun ömürlük…

Qamışdan çəpər çəkmək, damların üstünü örtmək, arakəsmələr hazırlamaq üçün istifadə edilir. Odunlaşmamış yaşıl kütləsindən silos hazırlanır. Təzə halda qaramala verilir.

Bu qəmiş insanlar da sanki qamış kimi çəpər çəkir insanların həyatını məhdudlaşdırmaqla, qara bulud kimi alır insanların başı üstünü, arakəsmədir, onu yola verməsən, sanki işin düz getməyəcək… Qəmiş insanlar da qara maldan fərqlənməyən insanlardır və özü kimi qara mal sayılan insanları ətrafına yığır və onları gündəlik xəbərlər ilə mənəvi baxımdan qidalandırır…

Hər qadına kişi lazımdır, danmıram, etiraf edirəm, amma o, əsl kişiyə rast gələcəyi anda biləcək, inanacaq ona, sevəcək… Qadın hər kişiyə “hə” deməməlidir, yaxın buraxmamalıdır hər kəsi… Buna baxmayaraq, əsl kişiyə rast gələnədək əksər kişilər qəmiş olurlar qadına, “mənə şans ver”, “arzularımın qadınısan, sənin istədiyin kişi mənəm, mənim olmalısan”, “tənha qadın bədbəxt və sağlamlığında, əsəbində, psixologiyasında problem olan insandır”, “sənə kişi lazımdır, sənə mən lazımam” bəhanələri ilə sırıyırlar özlərini, lazım bilsəydi qadın, özü sizi seçərdi, seçmədisə, deməli axtardığı əsl kişi siz deyilsiniz… Deməli, qəmiş olmayın, anlayın, özünüzü sırımayın, əl çəkin, sanki əlinizdə qalıb bədəninizdəki bir yeriniz, soxmağa yer axtarırsınız…

Bəzi qəmişlər də var ki, hər kəs haqqında eksklüziv, ilk və ən yeni xəbərləri hər gün əldə edib, ellə bir eləməlidir ki, təklikdə olmayanda, kimisə müzakirə edə bilsin… Qeybət edən, “hamı ona borcludur, hesabat verməli, hesablaşmalı, ondan icazə almalı, onunla məsləhətləşməlidir” kimi xəstə təxəyyülə malik qəmişlərə bir sözüm var, qəmişinizi çəkin bizdən… Çəkməsəniz, mən sizi el içində biabır edəcəyəm, sənin qəmiş rolunda cəlladın mən olacağam! Xoşuna gəldisə, başlayaq hoydu-hoyduya, yordu-yorduya…

Bir də ki, özünü ağıllı bilib, hamıya dərs keçmək, ağıl və məsləhət verməklə, məşğul olan, bezdirən, yapışqandan betər, ideal tənqidçi qəmişlər var ki, bizi ya özləri kimi etmək istəyirlər, ya da özlərinə uyğun, özləri görmək istədikləri kimi… Hər kəs fərqli, fərdidir, əlavə ağıl, məsləhətə ehtiyac duyduqda, bilirik kimə müraciət edək… Əsl ağıllı, bilən və arif insan özünü gözə soxmaz, öyrədəndə də bilik və təcrübəsini sırımaz… Daha bəziləri kimi hər yerdə və hər işdə yarımçıq olmaz…

“El nə deyər, kim nə deyər” ilə öz həyatını yaşa bilməyən, paxıl, qısqanc insanlar da qəmiş insanlardır… Burunları o qədər böyükdür ki, soxurlar hər yerə… “Filankəs niyə getmir ərə, yaşı 25-i keçib”, “Filankəsin oğlu qızla gəzir, yəqin yaşayır da onunla, fırlanır, almır”, “Filankəsin oğlu 30 yaşındadır, evlənməyib, yəqin qeyri-qanuni ailəsi, arvad-uşağı var”, “Filankəs ərə getdi, evləndi, uşaqları yoxdur, xəstədir yəqin hansısa, sonsuzdular”, “Filankəs ərə getdi, evləndi, boşandı, gərək boşanmayaydı, dözərdi, meyidi çıxardı o evdən”, “Filankəsin oğlu, qızı filan yerdə təhsil alır, xaricə gedib, yəqin orda bazlıq edir təhsil almaq, işləmək əvəzinə, ezamiyyət, məzuniyyət bəhanəsi ilə”,”Filankəsin oğlu, qızı filan yerdə işləyir, vəzifəyə gedir, maaşı yaxşıdır yəqin, gərək gedim evlərinə, bir az tərfiləyim, bəlkə məni də öz yanına aparar, ondan nəyim əskikdir axı… Onu saxlayan var, dolandıran var, mənə də birini tapsın”, “Filankəsin oğlu, qızı bahalı nəsə aldı, kredit götürdü, yəqin varlı sponsoru, bankda tanışı var… Mən niyə ala bilmirəm o aldığını?!”, “Zalımın balası elə arıqdır, yəqin xəstədir, qurdları var, zalımın balası necə kökdür, elə hey ağzı işləyir… Belə getsə, Vinni Puxun şarına dönəcək…”, “Filankəsin oğlu, qızı evə gec gəldi, yəqin oynaşıyla idi, ehtirasını öldürüb gəlir…” və s kimi sözlərlə babalısını yuyur başqa insanların qəmiş insanlar… Tanış gəldi sözlər, mənzərə?! Ya da ki, “bunu geyinmə, eləmə, yemə, demə, sus, eldən, qonşudan, qohumdan ayıbdır!”, “Sus, dillənmə, yazma, ya da bundan danışma, yazma, ondan danış, yaz” kimi sifarişlər verirlər başqa insanlara qəmişlər…Qəmişinizi çəkin bizdən…

“Kafirsən?” sualını verənlərə cavabım budur: “mən büdpərəstlər kimi Kəbə daşının başına fırlanmağın, insanları ilahiləşdirməyin, Allaha bərabər tutmağın, 3 gündən artıq kiməsə görə yas saxlamağın tərəfdarı deyiləm, Məhərrəmlik ayının, qan tökülməsinin, aqressiyanın və zor tətbiqetmənin tərəfdarı deyiləm əsla… Sizin kimi dindar olub, cənnətə düşməkdənsə, dinsiz, kafir olum, cəhənnəmə düşüm, sizin kimi qəmişlərin olacağı cənnət mənə lazım deyil, əsla! Rahatlıq tapdınız cavabımdan… Di, indi qəmişinizi çəkin!
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu