Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Sofiya konfransında deklarasiya qəbul olunub - FOTO
Bolqarıstan prezidentinin himayəsi altında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Sofiyada keçirilən konfrans başa çatıb.Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, 22 siyasi liderin iştirakı ilə keçirilən iki günlük konfransda Avropada əməkdaşlıq və qonşuluğa dair yeni baxışlar müzakirə edilib.
Bugünkü panel iclasda Bosniya və Herseqovinanın baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumciya, Albaniyanın keçmiş prezidenti Recep Meydani, Serbiyanın eks-prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov, Ukraynanın eks-prezidenti Viktor Yuşşenko, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin çıxış edib. Müzakirələrdə Avropadakı humanitar problemlər, Yaxın Şərqdən gələn qaçqınlarla əlaqədar yaranmış böhran, Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərə dair geniş fikir mübadiləsi aparılıb. Siyasi liderlərin problemlərin həlli istiqamətində bir sıra təkliflər səsləndirərək vəziyyətdən çıxış yolları axtarmağa çalışıblar.
Müzakirələrin sonunda iştirakçıların ümumi fikrini əks etdirən deklarasiya qəbul edilib. Sənəddə qeyd olunur ki, 25 il öncə Berlin divarının sökülməsi Avropadakı dəyişikliklərin əsasını qoyub və Avropa hələ də böyük böhran dövrünün maliyyə, həmçinin iqtisadi gərginliyin stressini yaşayır.
Deklarasiya müəllifləri hesab edir ki, BMT və Avropa İttifaqı, eləcə də regional aktorların da daxil olduğu beynəlxalq cəmiyyət əsas münaqişələrin öhdəsindən gəlməkdə və onların nəticələrinin aradan qaldırılmasında acizdir: “XXI əsrin problemləri milli maraqlar və qısamüddətli böhranlarla yaddaqalan XX əsr yanaşmaları ilə həll edilə bilməz. Bunun əvəzinə, beynəlxalq ictimaiyyət konfliktlər və onların kökündə duran əsas səbəbləri aradan qaldırılması üçün siyasi iradə və öhdəliklərini səfərbər etməlidir. Avropa əsas dəyərlərə dair açıq debatlara ehtiyac duyur, həmçinin, adekvat siyasi həll yolları tapmaq üçün Cənubi Aralıq dənizi və Yaxın Şərqdəki konfliktlərin konstruktiv həllinə şərait yaradan müştərək dəyərlərə önəm verməlidir”.
Liderlər dünya ictimaiyyətini ağır itkilərlə nəticələnən II Dünya müharibəsi və Balkan müharibələrinin acı nəticələrini unutmamağa çağırır və bildirir ki, hazırkı qaçqın böhranı şəraitində qaçqınlar sığınacaqla təmin edilməli, onların təhlükəsiz şəraitdə öz doğma ölkələrinə qayıtmasına qədər qayğı göstərilməlidir.
Sənəddə münaqişəli bölgələrdəki vəziyyət, Avropa dövlətlərindəki tolerantlıq sahəsində əldə olunmuş uğurlara da toxunulub.
Deklarasiyanın sonunda konfrans iştirakçıları Bolqarıstan prezidentinə Cənub-Şərqi Avropa liderlərinin bir araya toplaşmasına imkan yaratdığı üçün minnətdarlıq bildiriblər.
Qeyd edək ki, konfransda üç ölkənin hazırkı dövlət başçısı - Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti George İvanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edib.
Tədbirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da qatılıb.
Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək