Bürclər: 26 iyul
Medeniyyet
Oxunub: 526
26 iy 2019 | 09:00
Bürclər: 26 iyul

Qoç – intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz.

Gərəkli informasiyanı vaxtında xatırlayın, bu məlumatı tətbiq etməyə çalışın.

Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı dəstəkləyən insanlar olacaq.

Bu gün baş tutacaq istənilən tanışlıq sizə sərfəli olacaq. Romantik münasibət başlarsa, çox dinamik inkişaf edəcək.

Nikah təklifi istisna deyil.

Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür.

Buğa – günün ilk yarısında hadisələrin ənənəvi axarını dəyişməyə çalışmayın. Praktik, realist və zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədlərin hamısına çata bilərsiniz. Bir şərtlə ki, qətiyyətli və iradəli olasınız.

Günün ikinci yarısında istənilən situasiyada müstəqil hərəkət etməyə hazır olun. İfrat aktivliyə qapılmayın. Dostlardan və tanışlardan yardım təklifi olarsa, qəbul edin. Daha təcrübəli, müdrik insanların məsləhətlərindən yararlana bilərsiniz.

Əkizlər – günün ilk yarısında hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. İşlərin gedişatına nəzarət edin. Kontrol rıçaqlarını əldən verməyin. Maliyyə məsələlərində, hesablamalarda səhvlərə yol verməyin. İşdə rəhbərliklə münaqişəyə meylli olmayın.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən birinin problemləri yarana bilər. Həll prosesində mümkün qədər aktiv iştirak edin.

Xərçəng – xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə – nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir.

Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.

Şir – sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.

Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.

Qız – işlərin mövcud durumundan razılıq hissi yoxdur. Təlaşa qapılmayın, ifrat özünütənqidə varmayın. Vəziyyəti soyuqqanlı şəkildə təhlil edəndən sonra hərəkətə keçin. Süstlük etməyin.

Günün ikinci yarısında yeni işə başlamaq və ya fərqli istiqaməti seçmək üçün yetərincə imkanlarınız, qüvvəniz və potensialınız var. Niyyətinizi reallaşdırmaq üçün cəsarətli olun.

İrəliyə doğru sürətlə addımlayın. Geriyə baxmayın.

Tərəzi – yaşmınızda müsbət dəyişikliklərə can atın. Karyeranızda inkişaf, yaşam yerinin dəyişdirilməsi, daha uyğun arealın seçilməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayın. Öz maraqlarınızı təmin etməmiş başqalarının yardımına tələsməyin.

Günün ikinci yarısında irəliləyişə və ya inkişafa mane ola biləcək hər şeydən imtina edin. Dəyər verdiyiniz insanla təmaslarınızı keyfiyyətcə yeni səviyyəyə yüksəldin.

Axşam saatlarında normal istirahətə can atın.

Əqrəb – baş verənlərin məğzini anlamağa çalışın. Diqqətli olun. Sizə qarşı hazırlanan planı intuitiv olaraq qabaqlamaq məcburiyyətindəsiniz. Özünüzü sığortalayın.

Günün ikinci yarısında sərvaxt davranın. Şəxsi həyatınızdakı problemlərin fəaliyyətinizə sirayət etməsinə imkan verməyin. İmkanlarınızı və şanslarınızı yenidən dəyərləndirin.

Bundan sonrakı hərəkət istiqamətində zəruri korrektələr edin.

Oxatan – səbrli, ehtiyatlı, sayıq olun. Yaşamınızdakı yad elementləri diqqətlə müşahidə edin. Mümkün gəlirlərdən və şanslardan mütləq istifadə edin.

Maliyyə məsələləri xüsusi diqqət tələb edir.

Günün ikinci yarısında vergilər, kredit ödənişlər, borclar məsələsində sayıq olun.

İşdə və şəxsi həyatda ifrat dərəcədə sadəlövh davranmayın. Yalançı, məkrli, saxtakar insanın toruna düşməyin.

Axşam saatlarında gəzintiyə çıxın.

Oğlaq – günün ilk yarısı xoş emosiyalar, nikbinlik vəd edir. Məqsədə doğru aramla, tələsmədən hərəkət edin. Hansısa vəziyyətlə bağlı koqnitiv dissonansın yaranmasına imkan verməyin. Tələsməyin, eyni vaxtda bir neçə işə başlamayın.

Günün ikinci yarısında situasiyanın psixoloji fonu rəvan deyil. Qəzəbli olmayın, panikaya qapılmayın. Yaxınlarınız və ya qohumlarınız arasında kiminsə astagəlliyi aqressiv davranışınıza səbəb olmamalıdır.

Çətinliklərə, anlaşılmazlığa ehtiyatlı reaksiya verin.

Axşam saatlarında stressdən qurtulmağa çalışın.

Dolça – çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər.

Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.

Balıqlar – bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir.

İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər.

Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq.

Gəlirləriniz arta bilər.(Milli.Az)
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq