1 milyon xərclənən “Şah İsmayıl Xətai” filmi niyə yarımçıq qaldı?
Medeniyyet
Oxunub: 604
23 iy 2019 | 10:48
1 milyon xərclənən “Şah İsmayıl Xətai” filmi niyə yarımçıq qaldı?

Əbdül Mahmudov: “İnanırıq ki, rəsmi qurumların dəstəyi ilə yenidən bu filmin çəkilişlərinə başlaya biləcəyik”

Bu günlərdə böyük dövlət xadimi, Səfəvilər dövlətinin qurucusu və ilk hökmdarı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin doğum günü qeyd olundu. Xatırladaq ki, Şah İsmayıl Heydər oğlu Səfəvi 1487-ci il iyul ayının 17-də (digər versiya ilə iyulun 23-də) Ərdəbil şəhərində anadan olub.

Hər il iyul ayında Xətaidən söz düşəndə onunla bağlı çəkiləcək film də yenidən müzakirə obyektinə çevrilir. Qeyd edək ki, təxminən 2000-ci ilin əvvəllərində dövlət sifarişi ilə Səfəvi hökmdarı barədə film çəkilişlərinə start verildiyi bildirilirdi. Filmin böyük ekran əsəri olacağı gözlənilsə də, sonradan bilinməyən səbəblərdən çəkilişlər yarımçıq saxlanıldı. Bəs bu filmin sonrakı taleyi necə olacaq?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı adıçəkilən filmin rejissoru Əbdül Mahmudovla əlaqə saxlayıb. Rejissor bildirib ki, çəkilişləri bərpa etmək üçün rəsmi qurumlara müraciət edib: “Artıq 40 ildir ki, bu filmin çəkilməsi üçün çalışıram. Uzun-uzadı mübarizəmdən sonra 2000-ci ildə çəkilişlərə başladıq. Belə ki, həmin dövrdə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə filmin ssenarisi qəbul edildi və filmin çəkilməsinə xeyir-dua verildi. Hətta filmin çəkilişləri üçün 1 milyon pul ayrıldı. Mən filmin çəkilişləri üçün məkanlar seçməyə başladım, aktyor seçimi aparıldı və birdən filmin çəkilişləri dayandı. Bütün hər şey ”Azərbaycanfilm” kinostudiyasının arxivində saxlanılır”.

Rejissor deyir ki, film 2 hissəli kinoepopeya formasında çəkilməli idi: “Birinci iki seriyanın ssenarisi hazırdır. Bununla bağlı 1 milyon manat pul xərclənmişdi, sonra bəlli olmayan səbəblərdən işlər dayandırıldı və bunun səbəbi barədə hələ də mənə bir söz deyilməyib. Bu, böyük ekran əsəri olmalıdır. Şah İsmayıl Xətai zamanında bizə 2 milyon 800 min kvadrat kilometrə çatan ərazi qoyub gedib. Baxın, bu gün isə ərazimiz cəmi 86, 600 min kvadrat km-dir.

Qeyd edim ki, filmin ssenarisi hazırda Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın stolunun üstündədir. İnanırıq ki, rəsmi qurumların dəstəyi ilə yenidən bu filmin çəkilişlərinə başlaya biləcəyik”.

Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri Cəmil Quliyevlə əlaqə saxladıq. C.Quliyev hazırda bölgələrin birində istirahətdə olduğunu və buna görə sualımıza cavab verə bilməyəcəyini dedi.
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO