Zərdabi niyə müəllim oldu?
Medeniyyet
Oxunub: 622
22 iy 2019 | 14:50
Zərdabi niyə müəllim oldu?

Və ya Salberqin Fin hekayəsi…

Biz adətən fin təhsilindən danışmağı xoşlayırıq. Niyə? Suallar çoxdu. Axundzadə məşhur komediyalarında funksional savadlılıqla mübarizə aparanda Fin kilsəsi oxuyub yazmağı bacarmayan finlinin evliliyini qadağan edirdi. Bunu Fin dərslərinin müəllifi Pasi Salberq deyir.

Və həmin tarixdən təxminən 50-60 il sonra Azərbaycanın mütəfəkkir insanı Zərdabi Rusiyada ali riyaziyyat təhsili alaraq Bakı Realnı Gimnaziyasının təbiət tarixi və riyaziyyat fənləri üzrə müəllimi olmuşdu. Zərdabinin müəllimliyi onun qəzet naşirliyindən heç də az əhəmiyyət kəsb etmirdi. Bu dövrdə həm də Qori məzunları Azərbaycanın bölgələrində müəllimliklə məşğul idilər. Elə həmin məzunlardan biri, böyük bəstəkar Üzeyir bəy həm Qarabağda, həm də Bayılda hesabdan dərs deyirdi.

Elə finlərin mənəvi atası Snelman da Finlandiyanı bucaq-bucaq gəzərək milləti üçün müəllimlik edirdi. Bu işi Azərbaycanda Zərdabi, Üzeyir bəylə yanaşı, Mirzə Cəlil, Sabir, Şaxtaxtlı, Ağaoğlu da edirdi. Onların mənəvi dühası ilə Cümhuriyyət quruldu, millət quruculuğu başladı.

Məşhur ingilis təhsilşünası Maykl Barber deyir ki, hər bir təhsil sisteminin gücü onun müəllimini gücünə bərabərdir. Bu ifadəni Bismarksayağı genişləndirsək “hər bir millətin gücü onun müəlliminin gücünə bərabərdir”. Bu gün daha çox iqtibaslar gətirdiyimiz almanı da, yaponu da tarixdə güclü edən onun müəllimi olub.

Məsələn, 1870-1871-ci illərdə Fransa-Prusiya müharibəsində fransızların məğlubiyyətə uğrama səbəbini məşhur fransız mütəfəkkirləri Lui Paster, Ernest Renan, Emil Zolya almanların müəlliminin keyfiyyət fərqində görürdülər.

Müəllim təkcə öyrədəndimi?

Bu suala birmənalı cavab yoxdur. Ancaq həm də var. Məsələn, məşhur Azərbaycan müəllimi Azad Mirzəcanzadənin ifadəsi ilə desək, müəllim həm də öyrənəndir. Müasir təhsil tədqiqatlarına baxsaq, bunu təsdiq edə bilərik. İndi bilik öyrətmək üçün təkcə müəllimə ehtiyac yoxdur. Cibimizdə gəzdirdiyimiz “Google” müəllimdən və hətta hər kəsdən daha çox bilir. Bəs onda müəllim nə etməlidir? Yeni dövrün müəllimi məşhur təhsil viziyoneri Ken Robinsonun ifadəsi ilə desək, daha çox “ilhamlandıran, özünə əminlik yaradan və yaradıcı olmağı düşündürən” müəllimdir. Həm də “dizayn təfəkkür” formalaşdıran müəllim olmalıdır.

Yaxşı məktəb, yoxsa yaxşı müəllim?

Yaxşı məktəbi yaxşı müəllim yaradır. Biz hələ müəllif (oxu-müəllim) məktəbindən danışmırıq. Əgər məktəbə yeni gələn müəllimi mühit motivasiya edirsə, daxilən müəllim keyfiyyətlərinə malikdirsə, onda “peşəkar sönmə” baş vermir.Və obrazlı desək o məktəbi, öyrənəni “alov”landırır.

Haradan başlamalı?

Medianın ən böyük müəllimi olan Zərdabinin deyimi olmasın, müəllimi asan yetişdirmək olmur. Onu tam filtrdən keçirmək lazımdır. Əslində media bir çox hallarda tənqid etsə də, son illərin müəllim seçimi də ən azı buna hesablanıb. Biz kifayət qədər mürəkkəb gələcəyin müəllimini o qədər filtrdən keçirməliyik ki, “qeyri-müəyyən gələcəyi” daha müəyyən görə bilək. Sonuncu cümləni ifadə edərkən bir çox hallarda media başlıqlarına çevrilən cümlələr diqqətimi çəkdi: “Müəllim olmaq istəyənlərə çətin suallar verilib”, “Namizədlər masada çarpaz əyləşiblər” və sair.

Müəllim Frensis Fukuyamanın ifadəsi ilə desək, “milli quruculuğu” (“nation-building”) həyata keçirən peşə sahibləridir. Ən azı biz son iki həftədə bu işə uyğun gələn müəllimləri seçirik. İnanıram ki, seçə bilirik. Bir çox halda XXI əsrin müəlliminin seçimindən danışmıram. Çünki bu, kifayət qədər mürəkkəb məsələ kimi görünür. Hətta bir çox hallarda süni zəka bu işə alternativ olmaq istəyir. İddiaları isə zaman təsdiq edir.

... Ancaq müəllim həmişə müəllim olub. Bu antik dövrdə Platonunun da, Nyutonun da, elə ötən şənbə riyaziyyat müəllimliyi imtahanında 59 bal qazanan Familin timsalında da belədir. Və belə də olacaq..

P.S. Sual- Niyə müəllim imtahanları kompüterlə aparılır, kağızla yox?

Cavab- Onda niyə həyatımızı app-lar idarə edir. Gəzəndə addımımızı telefon ölçür, maşında yolumuzu naviqasiya göstərir, hətta “smart watch” ürək döyüntülərimizə nəzarət edir. Rəqəmsal gələcəyin müəllimini ən azı klavişlə test etmək vacibdir. Özü də cavabını anındaca biləndə. Elə deyilmi?

Cəsarət Valehov/Fəlsəfə doktoru
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…