Bürclər – 24 İyun
Medeniyyet
Oxunub: 443
24 in 2019 | 09:00
Bürclər – 24 İyun


Qoç – çoxdan başladığınız işi bu gün başa vura bilərsiniz. Layihələri yarımçıq qoymayın. Yaşamınıza əhəmiyyətli dərəcədə təsir edə biləcək qərar istisna deyil. Yaşam və iş yerini dəyişmək, kollektiv fəaliyyəti intensivləşdirmək üçün münasib zamandır.
Günün ikinci yarısında iş yerində rəhbərliklə aşkar münaqişəyə başlamayın. Həmkarlarla münasibətləri ayırd etməyin zamanı deyil. Münasibətlərinə önəm verdiyiniz insanın istəklərinə diqqətlə yanaşın.
Axşam saatları romantik macəra üçün əlverişli vaxt deyil.

Buğa – işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.

Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.

Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu həllini tapmaq olar.

Əkizlər – ağır işə, genişmiqyaslı layihəyə başlamağın zamanı deyil. Qüvvələrinizi bərabər paylaşdırmasanız, potensialınızı dürüst qiymətləndirməsəniz, uğursuzluğa düçar ola bilərsiniz. İfrat yorğunluğa mübtəla olmayın.
Günün ikinci yarısında sayıq və diqqətli olun. Ətrafınızdakı insanlarla birbaşa qarşıdurmadan yayının. Bütün mübahisəli məsələləri sülh yolu ilə, danışıqlarla həll etmək olar. Təhqir, təhdid, zor tətbiqi yolverilməzdir.
Ailə üzvləri daha çox diqqət tələb edirlər. Sizə ehtiyacı olan insanların qayğısına qalın.

Xərçəng – günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.

Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və aksessuarların yenilənməsi üçün münasib zamandır.

Axşam saatlarında yaxşı bələd olmadığınız yerdə istirahət etməyin.

Şir – maliyyə məsələlərində diqqətli davranın. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Əks halda borca düşə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var.
Çılğın olmayın, emosiyalarınızı idarə edin.
Günün ikinci yarısında tanış və dostlardan dəstəyi əsirgəməyin. Sifarişçi, müştəri, tərəfdaş və ya şəriklə görüşdə mümkün qədər diqqətli davranın. Eşitməklə yanaşı, deyilənin məğzini anlayın. Sözlərin fərqli mənalarını qulaqardına vurmayın.

Qız – mümkün qədər intizamlı, məsuliyyətli olun. Əməllərinizə və sözlərinizə görə cavab verməli olduğunuzu unutmayın. Vədlərə əməl edin. Yalançı, unutqan insan təsiri bağışlamayın.
Günün ikinci yarısında dostların, qohumların təkliflərini nəzərə alın. Başqalarının fikirlərinə sayğı ilə yanaşın. Təxribatlara uymayın, səbrli və təmkinli davranın. Mövqelərinizdən əsla geri çəkilməyin.
Vicdansız insanların yalanlarının qurbanı olmayın.

Tərəzi – situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.

Günün ikinci yarısında yeni layihəyə başlamayın. İti və kəsici alətlərlə ehtiyatlı davranın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda gərginlik, qarşılıqlı iradlar olacaq. Fikir ayrılıqlarını normal şəkildə nizamlayın. Günün təmayüllərini nəzərə alaraq problemləri dərhal aradan qaldırın. Axşam saatlarında yeni ideyalar istisna deyil.

Əqrəb – yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə gərginlik yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun. Mühüm informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın tələb etdiyi addımların ardıcıllığını intuisiyanız sizə deyəcək.

Günün ikinci yarısında mübahisələrə qarışmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və alicənab olun. Zəifə, ağır durumda çaş-baş qalmış insana yardım edin. Sevdiyiniz insandan çoxsalyı sirlər saxlamayın. Axşam saatlarında vəziyyət sakit olsa da, hansısa işi başa çatdırmaq asan deyil.

Oxatan – məşğul olduğunuz işə bütün diqqətinizi və vaxtınızı ayırsanız, ciddi uğurlara nail ola bilərsiniz. Başladığınız işi əsla yarımçıq qoymayın. Məqsədə doğru inadla, qətiyyətlə irəliləyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hədəfi “vurmaq” üçün yardımlara ehtiyacınız var. Etibar etdiyiniz insanın, inandığınız yoldaşın köməyindən bəhrələnə bilərsiniz. Dedi-qodulara aldanmayın.
Axşam saatlarında çevik və hətta hiyləgər olun.

Oğlaq – bütün diqqəti əsas məsələnin həllinə yönəldin. Cari işləri uğurla başa vurun, axşamalara və ləngimələrə şərait yaratmayın. Aktiv olun, rəqiblərinizi üstələmək üçün bütün gərəkli metod və vasitələrdən yararlanın. Təsadüfi maneələr və kənar təsirlər sizi yolunuzdan döndərməməlidir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşıdurmaya zəmin yaratmayın. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Qarşılıqlı anlaşma və səmimiyyətə ehtiyac duyulur.

Dolça – şəxsi münasibətlər və karyeranızla bağlı durum motivasiyadan asılıdır. Qətiyyətli olun, kiçik problemlərə görə ruhdan düşməyin. Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin güclənməsinə imkan verməyin. Yeni işə başlamaq, gəlir mənbələrini artırmaq olar.
Günün ikinci yarısında rəqiblərlə tərəfdaşları ayırd etməyi bacarın.
Yaxınlarınız və qohumlarınızla qarşılıqlı anlaşmanın güclənməsi sizdən asılıdır. Peşəkar məziyyətlərinizdən yararlanın, uğurlarınızı artırın. Yeni iş yeri və ya gəlir mənbəyini əldə etmək üçün adekvat addımlar atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizin gərilməsiən can atmayın. Həssas, qayğıkeş olun. Münaqişə yaranarsa, səbrli və təmkinli davranın.
Axşam saatlarında təmkinli olun.

Balıqlar – başqalarının mövqelərindən və fikirlərindən çox asılı olmayın. Öz biliklərinizə, bacarıqlarınıza güvənin. İntuisiyanız sizi aldatmayacaq. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət zamanı eşitdiyiniz hər sözə inanmayın.
Günün ikinci yarısında məqsədə doğru inamla irəliləyin. Aldığınız bəzi məlumatlar bilərəkdən təhrif olunub. Dostlarınızdan biri ilə münasibətləri bədxahlar korlamağa çalışırlar. Münaqişələri kompromis və güzəşt yolu ilə həll edin.
Neytral situasiyanın yaranması üçün təşəbbüskar olun.

Milli.Az
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN