Anar Nağılbaz: "Balalarıma gün ağlamağa ehtiyacım var"
Medeniyyet
Oxunub: 1 197
3 in 2015 | 15:07

Bu günlərdə sosial şəbəkədə reper Anar Nağılbazın ölkəni tərk etdiyi, Çexiyada siyasi sığınacaq istəməsi ilə bağlı xəbərlər yayıldı. Bu söhbətin yayılmasına səbəb isə Polşada siyasi mühacirət alan hüquq müdafiəçisi Mətanət Əzizovanın statusu idi. Mətanət xanım statusunda "siz orada mübahisə etdiyiniz zamanda o da burada klip çəkir. İki ulduz)))" yazaraq polemikalara start vermişdi.

Bu statusun ardınca 1news.az saytı da reperin mühacirət etməsi barədə geniş məqalə dərc etdi. Həmin məqaləyə görə, A.Nağılbaz "azül" (mühacirət) üçün artıq müraciət edib. Yazının sonunda reperin Polşa kanallarından birinə verdiyi müsahibə də yayımlanıb. Çex dilini bilməyənlər üçün həmin süjetdə nə dediyi qaranlıq qalır. Amma bununla paralel süjetdə "miqrant" sözünün tez-tez işlənməsi, qaçqın düşərgələrindən görüntülərin verilməsi diqqət çəkir.

Reperin atası, sabiq deputat Rizvan Cəbiyev də artıq bu mövzu ilə bağlı açıqlama verib. O, bildirib ki, Anar öz vətənini sevən, vətənpərvər bir insandır: "İnanmıram ki, belə bir qərar qəbul etsin. Yox, əgər öz dövlətinin əleyhinə gedəcəksə, mən öz oğlumdan imtina edəcəyəm. Anar uşaq deyil, o, belə bir şey edə bilməz".

"Mən müalicə və istirahətdəyəm, heç kimə məlumat verməyə həvəs-halım yoxdur. Məni yaxından tanıyanlar bilirlər vəziyyətimi, bəsimdir. Çex televiziyasında qaçqınlar haqqında çəkəcəyim veriliş barədə müsahibə verərkən kadrda yer almışam. Babalı yozanların boynuna! Fikir versəniz, verilişdə də 1-2 bənd sadəcə rep deyirəm. O da dostların xahişi ilə". Reper bunu anspress.com saytına açıqlamasında bildirib.

"Yeni Müsavat"ın sualına cavabda isə A.Nağılbaz dedi ki, "mənim müalicə olub, öz ailəmin üstündə olmağa, onları ac-susuz qoymamağa, balalarıma gün ağlamağa ehtiyacım var". Reper mühacirət etməsi ilə bağlı yazılanları isə yalan adlandırdı. Dedi ki, hazırda həm klip çəkdirir, həm də müalicə olunur.

Xatırladaq ki, Anar Nağılbaz ailəlidir, iki övladı var. O 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib.

Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq