"Səni axtarıram" verilişi ilə bağlı RƏSMİ QƏRAR
Medeniyyet
Oxunub: 1 998
17 apr 2015 | 23:36
"Səni axtarıram" verilişi ilə bağlı RƏSMİ QƏRARMüəllif Hüquqları Agentliyi (MHA) "Səni axtarıram" televiziya verilişi ilə bağlı şərh açıqlayıb. MHA-dən APA-ya verilən xəbərə görə, şərhdə qeyd olunub ki, son günlər kütləvi informasiya vasitələrində "Səni axtarıram" televiziya verilişinin müstəsna müəlliflik hüququnun kimə məxsus olması barədə müxtəlif yazılar gedir.

Bildirilib ki, "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası (ATV) ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının birgə məhsulu olan "Səni axtarıram" televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 09 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Agentliyə məktubla müraciət edib. Məsələnin hüquqi aspektləri ilə bağlı bildirilib ki, əlaqəli hüquqlar obyekti olan "Səni axtarıram" televiziya verilişi agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli şəhadətnamələr verilib.
Qeyd olunub ki, müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. "Səni axtarıram" verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur. ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz. Verilişin formatının dəyişdirilməsi, digər formatda istifadəsi, retranslyasiyası də həmçinin tərəflərin qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər.

Müqaviləyə əsasən, ssenari müəllifi və aparıcı Xoşqədəm Hidayətqızına əmək haqqı ödənişi onunla ATV arasında bağlanmış əmək müqaviləsi ilə həyata keçirilib və verilişin hazırlanması və ATV-də yayımına görə ssenari müəllifi və aparıcısına qonorar ödənilmir.

Beləliklə, verilişin ayrılmaz, parçalanmayan şərikli obyekt kimi istifadəsi (yayılması) müəllif-hüquq nöqteyi-nəzərindən iki hüquqi rejimlə bağlıdır:

a) 2015-ci 1 oktyabr tarixinə qədər əlavə ödəniş, o cümlədən qonorar almayan və ATV ilə əmək müqaviləsi ilə bağlı olan Xoşqədəm Hidayətqızının verilişi yalnız ATV-də istifadə olunur. Bu vəziyyətdə verilişin dayandırılması, dəyişməsi, yayımı və s. hüquq sahibi kimi ATV-nin inzibati qərarından asılıdır;

b) 2015-ci il 1 oktyabr tarixindən sonra müəllif müqaviləsinin müddəti hüquq sahibləri tərəfindən uzadılmadığı halda və ya Xoşqədəm Hidayətqızının ATV-ilə əmək müqaviləsinə istənilən zaman xitam verildiyi halda, hər-hansı bir tərəfin diğər tərəfə verilişin istifadəsinə qadağa qoyması yalnız onun əsaslı səbəbləri olduqda mümkündür. Bununla belə, qadağa qoyan tərəf istifadəyə razılıq verdiyi halda, digər tərəf həmin verilişi yenidən istifadə edə bilər.

O da bildirilib ki, verilişdən (əlaqəli hüquqlar obyekti) fərqli olaraq, ssenari bilavasitə müəllif hüququ obyektidir. Səhadətnaməyə əsasən, "Səni axtarıram" əsərinə şəxsi hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm Hidayətqızına məxsusdur. Bu isə o deməkdir ki, ATV ilə əmək müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bilər. Danışıqlar yolu ilə mübahisə həll edilmədiyi halda, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, tərəflər məhkəməyə müraciət edə bilərlər.

http://bizimyol.info
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu