ATV-dən Xoşqədəmə sərt cavab: "Abır-həyasından imtina etməsinə gərək yoxdur" ÖZƏL
Medeniyyet
Oxunub: 1 446
15 apr 2015 | 20:14
ATV-dən Xoşqədəmə sərt cavab: "Abır-həyasından imtina etməsinə gərək yoxdur"  ÖZƏLATV ilə keçmiş əməkdaşı Xoşqədəm Hidayətqızı arasındakı gərginlik səngimək bilmir.

Telekanalın mətbuat xidmətindən Ölkə.Az-a xüsusi olaraq göndərilən açıqlamanı diqqətinizə çatdırırıq: Son illər ölkəmizdə müxtəlif sahələrdə gedən inkişaf göz önündədir. İstər iqtisadi, istərsə digər istiqamətlərdə əldə etdiyimiz uğurlar heç şübhəsiz ki, aparılan düzgün siyasi kursun və məqsədyönlü siyasətin nəticəsidir. Biz də telekanal olaraq bu inkişafa tövsiyəmizi vermək, Azərbaycan tamaşaçısının ən səviyyəli verilişlərə layiq olduğunu əməlimizlə də sübut etmək üçün son üç ildə telekanal daxilində necə deyərlər, sanitar təmizləmə işləri aparırıq. Bu müddət ərzində televiziya ənənələrinə, peşəkarlıq tələblərinə, tamaşaçı zövqünə cavab verməyən bir sıra layihələr yayımdan qaldırılıb. Bəzi layihələrdə isə müəyyən dəyişikliklər edilib. Məsələn, bir müddət öncə Zaur Baxşəliyevin aparıcısı olduğu "Ümid var" layihəsi sadalanan tələblərə tam cavab vermədiyindən müəyyən dəyişikliyə ehtiyac duyduq və ona daha məzmunlu, cəmiyyət üçün xeyirli layihə təklif etdik.
Bildiyiniz kimi o, bizim təklifimizi adekvat qarşıladı və hazırda "Öz aramızda" verilişinin aparıcısıdır Son bir neçə ayda isə "Səni axtarıram"la bağlı eyni təkliflə çıxış etdik. Məqsədimiz həmin layihəyə son verərək, daha yeni və baxımlı layihəylə tamaşaçı qarşısına çıxmaq idi. Və bu məsələnin zəruriliyini Xoşqədəm Hidayətqızının diqqətinə çatdırdıq. Ancaq o, bizim təklifimizi qəbul etməyərək, telekanaldan uzaqlaşmağı məqbul saydı.
ATV olaraq bildiririk ki, efirimizdə milli-mənəvi dəyərlərə xələl gətirən, peşəkarlıq prinsiplərinə zidd olan istənilən layihənin yayımlanmasına qarşıyıq. Digər tərəfdən son zamanlar ölkəmizin tanınmış ziyalıları, elm adamları, tanınmış ictimai xadimlərdən eyni səpkili iradlar eşidirdik. Şirkətimizin əsas gəlirinin reklamdan formalaşdığını və "Səni axtarıram"ın telekanalın yüksək reytinqli proqramlarından biri olduğunu nəzərə alsaq, dediklərimizi əməlimizlə sübut etdiyimizə şübhə yeri qalmaz. Yəni biz iqtisadi baxımdan ziyanımıza olsa belə, bu verilişin eyni tərzdə davam etməsinə razı ola bilməzdik.

Bildirmək istəyirik ki, Azərbaycan hüquqi dövlətdir və kiminsə kiminsə qarşısında nəyəsə nail olması üçün abır-həyasından imtina etməsinə gərək yoxdur. Qanun qarşısında haqlı olmaq kifayətdir ki, sənin hüquqların bərpa olunsun. Keçmiş əməkdaşımıza yeni iş yerində uğurlar arzulayırıq.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bundan sonra ANS telekanalında fəaliyyət göstərəcək.

Ölkə.Az
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO