"Bakı Beynəlxalq Muğam Festivalı ənənəvi milli musiqi üçün böyük bayramdır" - Leyla Əliyeva
Medeniyyet
Oxunub: 1 763
16 mar 2015 | 15:31
"Bakı Beynəlxalq Muğam Festivalı ənənəvi milli musiqi üçün böyük bayramdır" - Leyla Əliyeva


“Vaxtilə Qarabağda yaranmış klassik Azərbaycan muğamı milli muğam operaları, simfonik muğamlar, tar ilə simfonik orkestr üçün konsertlər, etno-caz musiqisi ilə yanaşı səslənəcək... Bakı Beynəlxalq Muğam Festivalı təkcə Azərbaycan muğamı üçün yox, bütövlükdə ənənəvi milli musiqi üçün böyük bayramdır - uyğur makomundan başlamış ispan flamenkosuna qədər”.

“Baku” jurnalının mart nömrəsi nəşrin baş redaktoru Leyla Əliyevanın bu sözləri ilə başlanır.

Azerinfo.az AZƏRTAC-a istinadən bildririr ki, baş redaktorun məqaləsi Bakıda keçirilən Dördüncü Beynəlxalq Muğam Festivalına həsr edilib. Leyla Əliyeva qeyd edir ki, festival dövründə keçirilən beynəlxalq müsabiqə adətən bizi yeni parlaq istedadlarla tanış edir. Baş redaktor yazır: “Bir qayda olaraq, festival bahar bayramı – Novruz ərəfəsində başa çatır. Bunun rəmzi mənası ondan ibarətdir ki, ənənə yaşayır və yeniləşir: o, müəllimdən şagirdə keçməklə ölməzlik qazanır”.

Leyla Əliyevanın fikrincə, xanəndə Alim Qasımov hazırda dünyada ən çox rəğbət qazanmış muğam ifaçılarından biridir. Baş redaktor hesab edir ki, Alim Qasımovun populyarlığının sirri texnikanı mükəmməl mənimsəməsi və klassikanı virtuozcasına interpretasiya etməyi bacarmasındadır. Bu, əyani şəkildə sübut edir ki, novatorluq ənənəni inkar etmir, onu yalnız gücləndirir. Lakin bu, yalnız böyük istedad sahiblərinə müyəssər olur.

“Baku” jurnalının yeni nömrəsinin səhifələrində ən müxtəlif mövzularda olduqca maraqlı məqalələr tapmaq olar.

Xüsusi layihə. Jurnalın bu bölməsində Azərbaycanın ənənəvi musiqi alətləri, “Bizimkilər” televiziya layihəsi haqqında məqalələr, Alim Qasımovla müsahibə, Azərbaycanın qədim musiqi alətləri ansamblı barədə material təqdim edilir.

İşlər və hisslər. “Polad Bülbüloğlu öz ad gününü yalnız doğma Bakıda qeyd etməyə hazırlaşırdı, lakin Prezident İlham Əliyev ona Moskvada da bir konsert verməyi məsləhət gördü və bununla musiqiçinin istedadının Rusiyadakı bütün pərəstişkarlarına hədiyyə etmiş oldu”, - bu sözlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bu günlərdə qeyd olunmuş 70 illik yubileyi haqqında Anna Qordeyevanın məqaləsindən götürülüb.

“Xalq artisti”. “Həqiqətin və məhəbbətin gücü” məqaləsi Azərbaycanın və Rusiyanın digər tanınmış baritonu, Böyük Teatrın solisti Elçin Əzizova həsr edilib. Məşhur həmvətənimiz bu yaxınlarda Nyu-York Metropoliten-Operanın səhnəsində P.Çaykovskinin “İolanta” operasında mavritaniyalı təbib İbn Hakianın rolunu böyük müvəffəqiyyətlə ifa edib.

Bakı mühiti. “Bakılılar arasında müxtəlif təbəqələr olub: bomond, modabazlar, alimlər, lotular... Lakin bu insanların hamısını birləşdirən ümumi anlayışlar var: əgər kişi qadınla gedirsə, həmin qadına baxmaq olmaz. Vəssalam”, - məşhur fotorəssam Sənan Ələsgərov “Müqəddəs diyar” adlı məqaləsində öz xatirələrini bölüşür.

Qovuşuq. Heydər Əliyev Fondunun vitse-prezidentinin təşəbbüsü ilə Bakıda Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr edilmiş təntənəli tədbirlər keçirilib. “M.Y.Lermontovun yaradıcı irsi dünya mədəniyyətinin bir hissəsi kimi” mövzusunda "dəyirmi masa" Lermontov günlərinin proqramının mühüm tərkib hissəsi olub. Bu görüşdə rusiyalı və azərbaycanlı alimlər, mədəniyyət xadimləri, ədəbiyyatçılar, jurnalistlər arasında fikir mübadiləsi aparılıb. “Baku” jurnalı bu tədbir haqqında çox maraqlı məlumatlar təqdim edir.

Moda marşrutu. “Bakıda gördüklərim, əlbəttə, yalnız tərifə layiqdir” – “ZİLLİ” markasının banisi Alen Şimel bu sözləri “Baku” jurnalına müsahibəsində söyləyib. Bu rubrikanın qonağı, “Buşeron” zərgərlik evinin rəhbəri Pyer Buissu isə hesab edir ki, “Bakı hamının can atdığı məkana çevrilir”.

Möcüzəli yemək. “Baku” jurnalının qonağı, Abşerondakı bağ evlərindən birinin sahibi Sinavər Maniyeva bu rubrikada səməni halvası hazırlamağın sirlərini oxucularla bölüşür.
Bu gün, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Bu gün, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Bu gün, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Bu gün, 13:02
Müəllimlər də forma geyinəcək
Bu gün, 12:57
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
Bu gün, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Bu gün, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Bu gün, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
Bu gün, 10:47
Prezident qəbul keçirdi - Foto
Bu gün, 10:34
Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
Bu gün, 10:14
Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
Bu gün, 09:51
“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Bu gün, 09:42
Bu yollar tıxaclıdır - Siyahı
Bu gün, 09:32
Bakıda atəşfəşanlıq oldu -Fotolar
Bu gün, 09:30
Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"
Bu gün, 09:26
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
Bu gün, 09:11
"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama
Bu gün, 09:00
Bu gündən Məhərrəm ayı BAŞLAYIR
Dünən, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Dünən, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Dünən, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Dünən, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Dünən, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Dünən, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Dünən, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Dünən, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Dünən, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı