Didivan (Dədəban) qalası (VIDEO)
Medeniyyet / Video
Oxunub: 3 543
18 yan 2015 | 23:58
Didivan (Dədəban) qalası (VIDEO)



Tariximizin incilərindən olan Didivan qalası Qazax şəhərindən 5 km aralıda, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə yerləşir. İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi qalasıdır. Dədəban - Dədə evi də deyirlər. Qala XX əsrin ortalarınadək ziyarətgah olub. E.ə. I minillikdə inşa edilən bu gözətçi qülləsi Avey dağındakı Alban məbədiylə birlikdə müdafiə sistemi təşkil edib. Xanlıqlar kəndi ərazisindəki müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına aiddir. Adını müxtəlif cür desələr, ayrı - ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Dədəban Qalası kəsik konusvari formadadır. Hündürlüyü 9 - 10 metr, diametri 5 - 6 metrdir. Qalanın rəngi qaraya çalan boz rəngdir. Uzaqdan baxdığınız zaman Osmanlı dönəmi türk fəs papaqlarına bənzərliyi ilə diqqəti cəlb edir. Didevan dağının zirvəsində, İrəvandan Qazağa səmtlənən qədim karvan yolunun qırağındadır. İri qaya parçalarından hörülüb. Ermənistanla sərhəddə, Dəmirçilər - Xanlıqlar kəndi yaxınlığında Göl deyə bilinən, yaşıllığı ilə seçilən möhtəşəm mənzərəli ərazidəki restoran sovet vaxtından bəri məşhurdur. İrəvan - Qazax karvan yolunun qırağında yerləşən qalanın bəzi parçaları keçən əsrin 70-ci illərində yuxarıdakı restorana yol çəkilərkən dağıdılıb. VI - VII əsrlərə aid Didivan qülləsi el - oba içərisində Koroğlu qalası kimi tanınmasının səbəbi var. Ehtimal edilir ki, Koroğlu hansısa səfərlərindən birində buradan keçib.
Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək