Mehriban Xanlarova: “Ölülər XXI əsr” filmi mənim üçün ikinci nəfəs oldu
Medeniyyet / Video
Oxunub: 1 307
29 avq 2016 | 08:32
Mehriban Xanlarova: “Ölülər XXI əsr” filmi mənim üçün ikinci nəfəs oldu









Onlardan təklif alacağım ağlıma gəlməzdi

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2012-ci və son üç ildə Prezident mükafatına layiq görülmüş aktrisa Mehriban Xanlarova ilə müsahibəni təqdim edirik.

M.Xanlarovanın Fatma xanım rolunu canlandırdığı “Ölülər XXI əsr” filmi sentyabrın 22-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.

- Uğurlu layihələri ilə məşhur olan, bununla yanaşı, son zamanlar efir problemi ilə üzləşən “Planet Parni iz Baku” teatrının təklifinə münasibətiniz necə oldu?

- Düzünü deyim ki, şok keçirdim (gülür). Yəni onlardan təklif alacağım ağlıma gəlməzdi.

- Səbəb?

- Çünki həmişə düşünürdüm ki, onların öz aktyor çevrəsi var və yalnız o çevrə ilə işləyirlər. Yəni, onlardan təklif alacağım ağlıma gəlməzdi. Ona görə də Tahir İmanovun zəngi məni təəccübləndirmişdi. Daha sonra ora toplaşan komandanı gördükdə, məndə ciddi bir işin ortaya çıxacağına əminlik yarandı.

- Komanda ilə ilk işdən təəssüratlarınızı bölüşərdiniz...

- İlk olaraq ciddiyyət gördüm. O qədər işgüzar və eyni zamanda xoş aura var idi ki, sözlə demək bir qədər çətindir. Hər şeyin zamanı o qədər dəqiq hesablanmışdı ki, işdən yalnız zövq almaq mümkün idi.

- Yaradıcı insanlarda zaman və məkan məhdudiyyətinin olmadığı kimi bir fikir var...

- Yaradıcı insan sərbəstliyi sevir, amma filmin çəkilişi zamanı yaranan vəziyyət heç də sıxıcı deyildi. Yaradıcı insana nə lazımdır? Öz potensialını üzə çıxarmaq üçün meydan, imkan, fürsət... Bütün bu sadaladıqlarım var idi. Qalırdı sadəcə yaratmaq (gülür). Orda hətta çəkiliş qrupunun iştirakçılarından birinin ad gününü qeyd etdik. Kollektiv çox mehriban idi.

- Rol seçimi necə, sizin istəyinizlə oldu, ya artıq sizə ssenari təqdim edilənə qədər seçilmişdi?

- Tahir İmanovun bir xüsusiyyətinin şahidi oldum. O, aktyora öz potensialına uyğun rol seçmə imkanı verir. Əslində bu gözəl bir cəhətdir, çünki rolun bu cür seçilməsi aktyordan daha məsuliyyətli yanaşma tələb edir.

- Bu dəfə aktrisanın seçimi ilə rejissorun seçimi üst-üstə düşdümü?

- Mən özümü o rolda gördüm. T.İmanovda bu rolda, necə deyərlər, mənə öz məharətimi göstərmək imkanı yaratdı (gülür). “Ölülər XX əsr” filmi, bu filmə dəvət mənim üçün ikinci nəfəs oldu. Son zamanlar yaşadığım xoşagəlməz hadisələrdən sonra, karyeramda belə bir səhifə mənə qol-qanad verdi. Filmdə mən Hacı Həsən ağanın arvadı Fatma xanımın rolunu oynamışam. Ümid edirəm, tamaşaçılar tərəfindən bəyəniləcək.

- Rolda sizi nə cəlb etdi?

- O Fatma xanımın qızı və oğlu ilə danışıqlarında mənə aid olan bir şeylər gördüm. O, elə də avam qadın deyil. Ərindən qorxur, amma öz bildiyini də əldən qoymur (gülür). Sadəlövhdür, bu səbəbdən də təsir altına düşür və ölülərin dirilməsinə inanır.

- Klassik Fatma xanımın müasir Fatma xanım ilə fərqi nədir?

- Fərq yoxdur, çünki həmin dövrdə yaşanan problemin indi də həlli yoxdu. İndi də həmin Fatma xanımlar, həmin cahillər, həmin sadəlövhlük və bu sadəlövhlükdən faydalanan fırıldaqçılıq hökm sürür. Bəlkə də indi də hardasa ölünün dirilməsinə inananlar var (gülür), bu gülüş göz yaşı içində gülüşdür. Film cahilliyə, nadanlığa qarşı mübarizəyə çağırışdır.

- Mehriban xanım, sizə uğurlar arzu edirik. İnanırıq ki, bizi qarşıda hələ çox rollar ilə sevindirəcəksiniz.

- Təşəkkür edirəm, sizə də uğurlar arzu edirəm. Son olaraq oxucularınızı filmə baxmağa dəvət edirəm və inanıram ki, “Ölülər XXI əsr” filmi maraqla qarşılanacaq.




Bu gün, 11:54
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
Bu gün, 11:28
Culfada hərbçi dəm qazından öldü
Bu gün, 11:13
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
Bu gün, 10:33
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
Bu gün, 10:28
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
Bu gün, 10:23
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
Bu gün, 09:22
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
Bu gün, 09:17
“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu
Bu gün, 09:12
Mikroavtobus aşdı, xəsarət alanlar var
Bu gün, 09:00
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Dünən, 16:00
Avropa İttifaqında ilk: Rusiyaya qarşı sanksiyalar...
Dünən, 15:30
Qalibaf ABŞ-ni hədələdi
Dünən, 14:22
Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir
Dünən, 13:40
Prezident fərman imzaladı
Dünən, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Dünən, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Dünən, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Dünən, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Dünən, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Dünən, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Dünən, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Dünən, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Dünən, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Dünən, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Dünən, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Dünən, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Dünən, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub