Faytonçu Nazimin biznesi çökdü

Daha çox “Faytonçu Nazim” kimi tanınan müğənni Nazim Pişiyarinin biznesi çöküb
Bu barədə Axşam.az saytı məlumat yayıb. ”İlk dəfə deyil ki, biznesim bağlanır. Dəfələrlə olub ki, biznesə qatılmışam, amma alınmayıb. Qoyduğum pullar hədər gedib.Məndə iş alınmır, batırıram. Mənimki oxumaqdan pul qazanmaqdır. Amma toydan əlavə gəlir yerinin olması yaxşıdır”, müğənni deyib.
Musavat.com isə şou-biznes aləmində iflasa uğrayan digər müğənniləri xatırladıb.
Bir müddət öncə tanınmış müğənni Yaqub Zurufçu banklarda 250 min dollarının batdığını bəyan etmişdi. Belə ki, müğənni Bakıya gələrkən “Royal Bank”a 250 min dollar əmanət qoysa da, sonradan bankın bağlanması ilə pullarının da taleyi bağlı qalıb. Müğənni pulları ilə bağlı üzləşdiyi problemlə bağlı prezidentə müracitə etmək məcburiyyətində qalıb. O, “Bakıda qərib olduğunu, heç bir yerdə işləmədiyini, maddi durumu haqda heç kəsə deyə bilmədiyini, bu səbəbdən də onun məsələsinə diqqət göstərilməsini” xahiş edib.
Özünü “biznes ledi” adlandıran müğənni İlahə Fəda da ötən il “bankrot” olduğu barədə açıqlama vermişdi. Müğənni uzun müddət şou-biznes aləmindən uzaqlaşaraq xarici ölkədə biznes qurduğunu, lakin ölkəmizdə baş verən məlum devalvasiyadan sonra iflasa uğradığını bildirib. Buna baxmayaraq, müğənni biznesinin tam çökmədiyini, hazırda bir istiqamətdə fəaliyyətini davam etdiyini qeyd edib.
Biznesə qatılıb gəlir əldə etməkdənsə “bankrot” olan tanınmışlardan biri də tele-aparıcı Kamran Həsənlidir. Tele-aparıcı 2009-cu ildə müğənni Samir Piriyev ilə Türkiyədə şərikli obyekt götürdüyünü, bunun üçün hansısa şirkət ilə müqavilə imzaladığını, lakin şirkətin tezliklə iflasa uğraması ilə hər ikisinin pullarının batdığını deyib. Onun sözlərinə görə, adı çəkilən şirkətin iflasa uğraması ilə özünün 300 min avrosu, müğənninin isə 80 min manatı batıb. Xatırladaq ki, məsələ ilə bağlı müğənni Samir Piriyev və Kamran Həsənli arasında uzun müddət “80 minlik qalmaqal” yaşanıb.
Xalq artisti Aygün Kazımova isə bu günədək nə qazanıbsa hamısını dünyaca məşhur reper Snup Doqla birgə olan layihəyə xərcləyib. Müğənni açıqlamasında həmin layihəyə lazım olan 500 min üçün prezidentin ona verdiyi evi də satdığını qeyd edib.
Tele-aparıcı İlkin Həsəni də biznesdə özünü sınayıb, lakin iflasa uğrayan tanınmışların siyahısında yer alıb. Aparıcı iflas edən biznesi haqda bunları deyib:
“Vaxtilə mən də şərikli restoran işlədirdim. Lakin uduzduqlarımız çox olduğu üçün bu sahədən ayrılmışıq. Sonra düşündük ki, istedadımızdan maksimum istifadə edərək filmlər çəkib kinoteatrlarda yayımlayaq”.
Bu gün, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Bu gün, 10:41
Azərbaycan nefti bahalaşdı
Bu gün, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Bu gün, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Bu gün, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Bu gün, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Bu gün, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
Dünən, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
Dünən, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
Dünən, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
Dünən, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
Dünən, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
Dünən, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
Dünən, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
Dünən, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
Dünən, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
Dünən, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
Dünən, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
Dünən, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
Dünən, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
Dünən, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
Dünən, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
Dünən, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
Dünən, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
Dünən, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
Dünən, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi