Azərbaycanın xalq şairi vəfat etdi
Şairin bu yaxınlarda hər iki ayağı amputasiya olunmuşdu
Azərbaycanın Xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən şairin bu yaxınlarda hər iki ayağı amputasiya olunmuşdu.
Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub..
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olub.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur.
1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə, Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Dünən, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Dünən, 10:41
Azərbaycan nefti bahalaşdı
Dünən, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Dünən, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Dünən, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Dünən, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Dünən, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
13-03-2026, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
13-03-2026, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
13-03-2026, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
13-03-2026, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
13-03-2026, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
13-03-2026, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi