Murad Dadaşovun başına iş gəldi - cinayət kimi olay

Azerinfo.az xəbər verir ki, şoumen Murad Dadaşovla bağlı "Yeni Müsavat"a maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, son günlər şoumenin istifadə etdiyi mobil nömrədən ayrı-ayrı adamların telefonlarının mesaj qutusuna təhqiramiz ifadələr göndərilir. Həmin ifadələrdə ictimailəşdirilməsi mümkün olmayan təhqirlər, küçə söyüşləri var
Bu cür mesajları alan bir neçə şəxs nömrə sahibi ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, mobil nömrənin sahibi tanınmış şoumen, "Parni iz Baku" KVN komandasının məşhur üzvlərindən bir olan Murad Dadaşovdur. Belə ki, o, zənglərə cavab verərək özünü təqdim edib və bildirib ki, həmin mesajlardan xəbəri olmayıb. Hakerlər onun adından müxtəlif şəxslərə təhqiramiz mesajlar yollayır. Şoumen hazırda ölkə xaricində olduğunu, Azərbaycana dönən kimi məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini, kiber xuliqanlığı törədən şəxs və ya şəxsləri araşdıracağını deyib.
Olayla bağlı olaraq Murad Dadaşovla əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı və məlum oldu ki, şoumen, həqiqətən, ölkə xaricindədir.
Bəs görəsən, hansı halda şəxsin iradəsi olmadan mobil nömrəsindən başqalarına mesaj göndərilə bilər?
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə deyib: "İnternetdə mobil telefonlar üçün bu tip ödənişli və ya ödənişsiz proqramlar var. Bunun vasitəsilə də internet üzərindən telefonları asanlıqla idarə etmək olur. Bunlara adətən kəşfiyyatçı, casus proqramlar deyilir".
O.Gündüz bildirib ki, aldadıcı nömrə vasitəsilə də casusluq mümkündür: "Yəni, faktiki olaraq gələn mesajlar başqa mobil nömrədən göndərilir, lakin ekranda şəxsin nömrəsi qeyd olunur. Eyni zamanda digər bir proqram var ki, mobil telefona həmin proqram yazılanda şəxsin telefonunu kənardan izləmək olur. Yəni həmin proqram şəxsin telefonunda varsa mobil nömrəyə gələn mesaj və zənglərin əksi çıxarılır. Güman edirəm ki, Murad Dadaşov da bu tip proqramın qurbanı olub. Ola bilsin ki, zamanında kimsə onun şəxsi telefonunu əldə edib. Və yaxud da internetdən mobil nömrəyə gələn hansısa bir məktub açılıb və həmin proqram dərhal onun telefonuna yerləşib".
Osman Gündüz bu cür xoşagəlməz olaylarla qarşılaşmamaq üçün əvvəlcədən ehtiyat tədbirlərin görülməsinin mütləq şəkildə lazım olduğunu vurğulayıb:
"Şəxs, ilk növbədə, öz mobil telefonunu qorumağı bacarmalıdır. Buna görə telefonuna antiviruslar, kəşfiyyatçı proqramlara qarşı proqramlar köçürülməlidir".
O.Gündüz kiber xuliqanlığı ilə üzləşərkən dərhal mütəxəssisə müraciət etmək lazım olduğunu bildirib: "Əgər artıq hadisə baş veribsə, şəxs dərhal telefonunu mütəxəssisə göstərməli, təhlükə yaradan proqramları sildirməlidir. Unutmaq olmaz ki, proqramı mütəxəssis rəyi olmadan silmək olmaz. Çünki, aydınlaşdırılmalıdır ki, o proqram kim tərəfindən və hansı tarixdə telefona yazılıb".
O.Gündüz deyib ki, bununla bağlı mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır: "Əvvəllər bu cür olaylarla Milli Təhlükəsizlik Nazirliyi məşğul idisə, hazırda Daxili İşlər Nazirliyinin nəzarətindədir".
Dünən, 16:00
Paşinyanın referendum XOFU
Dünən, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Dünən, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Dünən, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Dünən, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Dünən, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Dünən, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Dünən, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Dünən, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Dünən, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Dünən, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Dünən, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Dünən, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Dünən, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Dünən, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Dünən, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Dünən, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Dünən, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Dünən, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Dünən, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Dünən, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Dünən, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
21-07-2026, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
21-07-2026, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
21-07-2026, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."