Sevgililəri ilə cinsi əlaqədə olub telefona çəkdi- Bakıda biabırçı hadisə
Maraqli
Oxunub: 3 511
3 sen 2015 | 12:20
Sevgililəri ilə cinsi əlaqədə olub telefona çəkdi- Bakıda biabırçı hadisə

















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki sevgilisi ilə intim münasibətdə olub sonradan onları şantaj etməkdə təqsirləndirilən 29 yaşlı Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs üçün cəza istəyib.

A.Məmmədov 2014-cü ildə iki qadınla eyni vaxtda sevgili olub. Tanış olduğu Günel adlı qadınla bir evdə yaşayıb, eyni zamanda Türkanə adlı qızla da sevgili olub. A.Məmmədov hər iki qadınla bir neçə dəfə cinsi əlaqədə olub və bunu mobil telefonun kamerası ilə çəkib. Sonradan isə həmin videoları yayacağı ilə hədələyərk sevgililərindən 3 min manata yaxın pul alıb. Bu məsələ ilə bağlı mübahisələrin birində Anar Məmmədov sevgilisi Türkanəni döyüb.

Hazırda Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən A.Məmmədov bundan öncə də Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 600 manat cərimə olunub. A.Məmmədov rayon məhkəməsinin qərarını bu günə kimi icra etməyib.

Anar Məmmədov istintaqa ifadəsində qızlardan pulu borc aldığını deyib, məhkəmədə də özünü təqsirli bilib. Sevgililərinə dəyən maddi ziyanı ödəyib.

Dövlət ittihamçısı A.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cərimə olunduğu 600 manatı ödəməsini istəyib.

Zərərçəkən Günel dövlət ittihamçısının istədiyi cəzaya münasibət bildirərkən deyib ki, keçmiş sevgilisinin həbs edilməsini istəmir: “Yalnız cərimə olunsa, bəsdir”.

Digər zərərçəkən sevgili Türkanə isə ümumiyyətlə Anar Məmmədov haqda şikayətçi olmadığını bildirib. O qeyd edib ki, onu bu qərarı verməyə heç kim məcbur etməyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək dəyən ziyanın ödənildiyini və Anar Məmmədovun özünü təqsirli bilməsini xatırladaraq məhkəmədən şərti cəza çıxarmasını xahiş edib.

Anar Məmmədov son söz demək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 10-na təyin edilib.
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ