Cinsini dəyişən azərbaycanlı gənc: Anama dedim ki, oğlanlardan xoşum gəlir o isə... – FOTO
“16 yaşımda anama dedim ki, oğlanlardan xoşum gəlir…”
Avropada keçirdiyi uğurlu əməliyyat nəticəsində cinsini dəyişən Raul Məmmədli Qaynar.info-ya müsahibə verib.
Azerinfo.az müsahibəni təqdim edir:
- İlk olaraq, özünüzü təqdim edin.
- Məni burada Aqnes Landau kimi tanıyırlar. 21 yaşım var. Bu adı özüm seçmişəm. 2011-ci ilin 12 sentyabrında Litvaya - Vilnusa gəlmişəm. O zamandan da burda yaşayıram.
- Litvaya nə məqsədlə gəlmişdiniz?
- Oxumağa gəlmişdim. Amma buna qədər mamamla hər danışanda deyirdim ki, mən sırğa taxmaq, saçımı uzatmaq, tatoo döydürmək istəyirəm. O da həmişə etiraz edirdi. Deyirdi ki, bunlar bizə yaraşmaz, kişi olmaq lazımdır və sairə. İndi onlar yadıma düşəndə gülürəm. O vaxt öyrənmişdim ki, imtahanları keçsəm, Litvada pulsuz təhsil ala bilərəm. Həmin ildə imtahanlarda 500 bal yığmışdım. Amma buna baxmayaraq yenə evdə narazı idilər. Hər dəfə gəlib niyə 600-700 yığmadığıma görə narazılıq edirdilər. Həmin il Litvanın Bakıdakı səfirliyində imtahanlar keçirilirdi. İmtahanların biri ingilis dilindən, biri isə esse yazmaq idi. Mən essedən 5, dil imtahanından isə 4 almışdım. Həmin vaxt ən yüksək nəticəni də mən göstərdim. Ona görə də birinci məni çağırdılar ki, hansı universiteti istəyirsən, onu da seç. Pulsuz olduğu üçün Vilnus Universitetini seçmişdim. Bir il təhsil aldım, amma sonda universitetdən imtina etdim.
- Universiteti atandan sonra nə etdiniz?
- Burda gözəllik salonunda işləməyə başladım. Ustam da məndən çox razılıq edirdi. Daha sonra yenidən bir il oxumağa başladım. Bu dəfə aşbazlığı oxudum, amma ordan da imtina etdim.
- İndi nə işlə məşğulsunuz?
- Hazırda televiziyalar vasitəsi ilə pul qazanıram. Reklamlara çəkilirəm, pul qazanıram.
- Bəs nə vaxtdan özünüzü qadın kimi hiss etməyə başladınız? Bura gələndən sonra, yoxsa elə Azərbaycanda?
- Yox, Azərbaycanda artıq bu hisslər məndə vardı. 16 yaşım olanda mən anama dedim ki, oğlanlardan xoşum gəlir. O zaman anam çox pis olmuşdu, məni həkimə aparmaq istəyirdi.
- Necə oldu ki, cinsinizi dəyişmək fikrinə düşdünüz? Əks nəticələrindən qorxmadınız?
- Mən həmişə əməliyyatdan qorxmuşam. Fikirləşirdim ki, bu, təbiətə qarşı çıxmaq deməkdir. Qorxurdum ki, heç vaxt oğlan kimi doğulmuş adamdan qız olmaz. Amma bu məsələni araşdırdıqdan sonra öyrəndim ki, əslində, müasir elm və tibbin qarşısında bunlar elə də çətin bir şeylər deyil. Hətta elə əməliyyatlar olub ki, inanılmaz dərəcədə uğurlu alınıb. Həm də əməliyyat olunan insandan da çox şey aslıdır. Bir adam qidasına, səhhətinə fikir verərsə, keçirdiyi əməlliyyatda uğurlu alınar. Mən 2015-ci ildə iki əməliyyat keçirdim. Bir burnumdan bir də sinəmdən. Hər ikisi də çox uğurlu alındı.
- Litvalıların belə hallara münasibəti necədir? Məsələn, biləndə ki, süni yolla cinsinizi dəyişdirmisiniz, sizə münasibətləri necə olur?
- Buradakı insanlar da bir az bu cür məsələlərə həssasdırlar. Amma Azərbaycandakı kimi vəziyyət çətin deyil. Əvvələr bir az aqressiya hiss edirdim, indi elə bir şeylər yoxdur.
- Axrıncı dəfə nə vaxt Azərbaycanda olmusunuz?
- 2012-ci ildə.
- Xarici görünüşünüz dəyişilmişdi, yoxsa?
- Yox, heç bir dəyişiklik yox idi. Amma saçımı uzatmışdım, qaşımı almışdım. O vaxt evdəkilər deyirdilər ki, heç hara çıxma, evdə otur, yolda sənin üçün pis olar.
- Ailənizlə münasibətiniz necədir, əlaqəniz varmı?
- Hə, danışırıq. Nə qədər mənim bu hərəkətimi qəbul etməsələr də, amma yenə də övladlarıyam da. Uşaqları olduğum üçün danışırlar. Deyirlər ki, səni atası deyilik ki?
- Bacın, qardaşın varmı?
- Bir bacım var.
- Onlara münasibətin necədir?
- Normaldır, skayp vasitəsi ilə danışırıq, elə bir problemimiz yoxdur.
- Azərbaycana getmək kimi bir planınız yoxdur?
- Yox, bu barədə heç fikirləşmirəm. Çünki mən özümə ailə qurmaq istəyirəm. Heç mən Litvada belə bunu düşünə bilmirəm. Çünki burda məni əksər adamlar tanıyır. Ona görə başqa bir ölkəyə gedib orda ailə həyatı qurmaq istəyirəm. Mən istəyirəm ki, elə bir ölkədə yaşayım ki, onlar buna pis baxmasınlar. Əslində, mənim burda da sevgilim vardı. Bizim bütün yayı bir yerdə olmuşuq. Çox güclü bir oğlan idi. Kim nə deyirdisə də, vecinə almırdı. Hər yerə birlikdə gedirdik, hətta efirlərə də birlikdə gedirdik.
- Azərbaycanlı bir oğlanla sevgili olmaq istərdinmi?
- Hə, çox istərdim. Niyə də olmasın. Bizim azəri oğlanlarını mən niyə istəyirəm? Çünki bizdə qadınla, kişinin yeri var. Mən də elə bir ailə istərdim.
- Məktəb yoldaşlarına necə münasibətin varmı?
- Bir sinif yoldaşım vardı, məktəb vaxtı ən yaxın dostum idi. Onunla danışmışdıq, sonra bildi mənəm. Çox darıxıram Bakı üçün. Azərbaycana gəlsəm, mütləq gedib, sinif yoldaşlarımla görüşəcəm.
- Bəs Azərbaycanda baş verən hadisələri necə, tez-tez izləyirsən?
- Yox, heç xəbərim yoxdur. Bilmirəm nələr baş verir. Amma arada bir Azərbaycan musiqilərinə qulaq asıram. Ən çox da Röya və Sevil-Sevinc bacılarına…
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video