Kişiləri necə sevək? - PSİXOLOQ TÖVSİYƏLƏRİ

Psixoloq Nataliya Belousovanın kişiləri sevməklə bağlı 10 tövsiyəsini təqdim edirik:
Təbii, hər şey fərdidir, ancaq hər bir qadına məntiqi nəticələr əldə etmək üçün vaxt lazımdır. Ağıl və hisslər arasındakı qarışıqlıqda qalan qadın heç bir zaman həyat yoldaşı ilə arasındakı divarı dağıtmağı bacarmır və əksinə, münasibəti daha da korlamış olur. Qaranlıqdan çıxaraq, emosional prosesi saxlayaraq və düşüncəyə güc verərək bu psixoloq qaydalarına əməl edin.
Bunlar hansısa teorem deyil, sadəcə sınaqdan keçirilmiş məsləhətlərdir.
Hər dəqiqə ərinizlə aranızdakı münasibətin hansı dəyəri kəsb etdiyini xatırlayın.
Normal insanlar üçün münasibətin dəyəri özünü də, sevdiyini də xoşbəxt edərək birlikdə uzun bir müddət yaşamaq deməkdir. Bax, bunu özünüzə hər an xatırladın – onunla hansısa məsələlərdə dalaşarkən, onu qısqanarkən, tənqid edərkən, dostları haqqında fikir bildirərkən və başqa vaxtlarda belə.
Onu tərifləyin
Əgər o, tərifə layiq deyilsə və hər şeyi tərsinə edirsə, nəyə görə bu məğlub olan şəxsin yanında durursuz? Gedin, bir-birinizə od püskürməyin. Onun üçün anası, ciddi müdir və kaprizli qızı kimi davranmayın. “Təriflədik deyə zayı çıxdı” — yəqin ki, bu sözü çoxlarınız uşaqlıqda, elə indiki yaşınızda da eşitmisiz. Bax, bu mifə görə, böyük, ağlı başında olan yetkinləri tərifləmək mümkün deyil, onların bir mənliyi var. Onları tərifləmək yaltaqlanmaq demək deyil, bu, ona yaxşı şeyi görmək arzusu ilə baxmaqdır.
Onu alçatmayın və insanların arasında onunla dalaşmayın
İctimai yerlərdəki imic qadınlardan fərqli olaraq kişilər üçün çox önəmlidir. İctimai yerdə, dostlarının arasında kişinin avtoritetinin xanımı tərəfindən sarsıdılması yaxın biri tərəfindən kürəyindən bıçaqla vurulması kimidir. Belə hallar bağışlansa da, heç vaxt unudulmur. Əgər ictimai yerdə xoşunuza gəlməyən bir şey olubsa, bildirməyin. Bütün tənqid və qəzəbinizi evə saxlayın.
Müraciət edərkən artıq sözlər işlətməyin
“Pişiyim”, “ cücəm”, “dovşanım”, “masya” — bunlar kişinin arzularında özünü görmək istədikləri deyil. Məsələn, təsəvvür edin ki, o da sizi “anam”, “rəfiqəm” deyə çağırır. Təsəvvür etdiz? Bu da onunla eynidir. Kiçildən suffikslərdən, müraciət formalarından istifadə etməyin. Əzizləyici sözlərinizi yatağa saxlayın.
Onun hər addımını hətta axmaqlıq belə olsa dəstəkləyin
Siz bazarlığa gedərkən paltarlara o qədər pul xərcələyəndə kişiniz dillənmir, ancaq dostları ilə yemək-içməyə, ya hansısa əyləncəyə çox pul xərcləyəndə axmaqlıq olur? O qədər pulu sevdiyiniz insanın xoşbəxtliyinə qıymarsız? Bir düşünün!
Ən cazibəli görünüşü onun üçün seçin, sinif yoldaşlarınızla görüşə gedərkən yox!
Kişi ilə evləndiz deyə onun yerdən göyə qədər sizi çox sevdiyini və heç vaxt soyumayacağını düşünürsüz. Yanlışdır! Psixoloq yanına gələn bir çox kişilərin əsas şikayəti münasibətlərin normal davam etdiyi zamanlarda qadınının öz görünüşünə fikir verməməsidir. Qəşəng paltarlar alsanız da, yenə də evdə kişilər bunu seksual hesab edir deyə gecə paltarında gəzirsiz. Toy günü sarışın gözəl bir gəlin olursuz, toydan sonra əsl evdar qadına çevrilirsiz. Bu yanlışdır. Bayıra çıxanda yox, həyat yoldaşınız üçün xüsusi bəzənin. Ancaq çox təəssüf ki, qadınlar bu cür səhvləri etməkdən əl çəkmir.
Əsas odu və nöqtə
Kişilər problemi həll edən, lider, kapitan və daha başqa bu cür avtoritet rollar üçün yaradılıb. Bu, heç bir cəhətdən sizi alçatmır və buna özünüz qərar verirsiz. Bəzi qızlar avtobusdan düşərkən oğlanın ona əl uzatmasını centlmen hərəkəti kimi qəbul etsə də, bəziləri bunu qadının fiziki cəhətdən zəif olmasının göstəricisi kmi qəbul edir. Necə bir xanım olmağa özünüz qərar verməlisiz. Güclü olmaq, hərəkətdə olmaq, düşünmək və birinci olaraq oynamaqla ona xoşbəxtlik verin. Ona bütün hüququ, hökmranlığı verin, o zaman “rəqs” alınacaq. İcazə verin hər işi o həll etsin, səhv də etsə, özünüz sakitcə həll edərsiz. “Həmişə sən mənim qəhrəmanımsan, mən də qanadların”, — deyə bir portret canlandırın.
Vacib şeylər haqqqında birbaşa danışın, sözü uzatmayın
Kişilər işarələri anlasalar da, onlarla birbaşa, açıq danışılmasını sevərlər. Onlar bir şeyi deyərkən, söhbəti uzatmazlar, siz də uzatmayın.
Onu həyatınızın mərkəzinə qoyaraq ondan da bunu tələb etməyin
Gündə 5 dəfə telefonda boş-boşuna danışmaq kişilərin xoşuna gəlmir. Psixoloji cəhətdən bu aslılıq onun zəhləsini tökür. Buna görə bütün həyatınızı ona həsr etməyin. Bu, zamanla onu yora bilər və sonda siz “Nankor, mən ona bütün həyatımı verdim”, — deyə ağlayaraq qalacaqsız.
Ləzzətli bişirməyi öyrənin
Və bişirin də. Kişinin “O, yemək bişirmir” kəlməsinin ekvivalenti qadının “o, evə az pul gətirir” deməsidir.
Bu gün, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Bu gün, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
Bu gün, 09:40
Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
Bu gün, 09:37
Bakıdan Kürdəmirə rəmzi qatar yola salındı
Bu gün, 09:28
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 09:24
Rusiyada kriptobirja sındırıldı, istifadəçilərin milyonlarla pulu oğurlandı
Bu gün, 09:20
Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA
Bu gün, 09:16
Yutubda artıq bu da mümkündür
Bu gün, 09:00
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra